Bu gün, 4 aprel 2020-ci il tarixdən Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə start verilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşlara tövsiyələrini əsas tutaraq “Biz birlikdə güclüyük” devizi altında və yeni növ koronavirus (COVİD - 19) pandemiyası ilə əlaqədar olaraq ölkə ərazisində elan edilmiş xüsusi karantin və bu çərçivədə tətbiq edilən hərəkət məhdudiyyətləri rejimini nəzərə alaraq Gənclərin asudə vaxtlarının səmərəli həyata keçirilməsi ilə əlaqədar olaraq onlayn qaydada keçirilən "Foto Mən" adlı müsabiqəyə yekun vuruldu.
Müsabiqənin şərtlərinə cavab verən fotoları izləyicilər tərəfindən bəyənmə səs çoxluğuna uyğun olaraq I, II və III yerlərə layiq görülmüş fotolar müəyyən edilmişdir.
Beləliklə birinci yerə Abı Müşfiq oğlu Bağırov, ikinci yerə Pünhan Atamoğlan oğlu Zahidov, üçüncü yerə Qulamhüseyn Elxan oğlu Kərimov layiq görülmüşdür.
Karantin müddəti bitdikdən sonra həmin fotoları göndərən şəxslər Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunacaqdır.
ƏLİHÜSEYN ŞÜKÜROV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB