Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər. SİA Qaradağ rayonu, Qobustan qəsəbə sakini, Azərbaycanın Milli Qəhrəmanı Yusif Əliyevin atası Əliyusif Əliyevin məktubunu təqdim edir:
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə!
“Hörmətli cənab Prezident, Sizin indiki çətin bir vaxtda xalqımızın sağlamlığı naminə yorulmaz fəaliyyətininizi yükdək dəyərləndirir və Milli Qəhrəman atası olaraq Sizinlə fəxr edirik.
Sizinlə yanaşı çiyin-çiyinə xalqa, dövlətçiliyə və hər bir vətandaşa tükənməz qayğı göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da dərin təşəkkürümüzü bildiririk. Çünki dünyada böyük faciələr törədən pandemiyanın xarici ölkələrdə fəsadlarını görəndə Sizin kimi görkəmli siyasətçilərin Azərbaycana rəhbərlik etdiyini, ilk andaca qabaqlayıcı fundamental tədbirlər gördüyünüzü və bizi bu fəlakətlərdən qoruduğunuzu qürur hissi ilə vurğulayırıq.
Siz “Mən hər bir azərbaycanlının Prezidentiyəm və hər bir azərbaycanlının yanındayam” fikrinizi həmişə reallaşdırır və xalqımızın yüksək etimadını əməli işinizlə doğruldursunuz. Bizlər isə Sizin fəaliyyətinizi yüksək dəyərləndirir və Sizə xain gözlə baxanları Vətənimizin düşmənləri hesab edirik.
Bir daha Sizlərə ailəmiz adından dərin minnətdarlığımızı bildiririk.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB