Bu gün “Unudulmuş, unudulmaqda olan milli adət və ənənələrin dirçəlməsinə dəstək” mövzusunda dəyirmi masa keçirilib
Bu gün "Unudulmuş, unudulmaqda olan milli adət və ənənələrin dirçəlməsinə dəstək" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, tədbir Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyi və Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə həyata keçib.
Tədbirdə Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri Cavid Şahverdiyev, Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədri İlham Əliyev, AMEA-nın Folklor İnstitutunun elmi işçisi Elçin Qaliboğlu və başqaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri Cavid Şahverdiyev bildirib ki, biz bu kimi dəyirmi masalar rayonlarda da dəfələrlə keçirilib. Onun sözlərinə görə, məqsəd bu cür dəyirmi masalar keçirdərək keçmişdəki adət-ənənələrimizi yada salmaqdır.
Tədbirdə söz alan AMEA-nın Folklor İnstitutunun elmi işçisi Elçin Qaliboğlunun sözlərinə görə, hər bir millətin bir toplum olaraq özünəməxsus inkişaf tarixi və mədəniyyəti vardır: "Amma bizim toylarla bağlı ciddi problemlərimiz var. Bütövlükdə toylarımız özgələşərək yarış meydanına çevrilib və milli dəyərlərimiz indiki toylarda unudulub. Bizim məqsədimiz toylar, orada ifa edilən mahnılar, rəqslər, milli mətbəximiz və geyim mədəniyyəti ilə bağlı ictimaiyyət arasında geniş maarifləndirmə işi aparmaqdır".
Qeyd edək ki, tədbirin sonunda qonaqlar mövzu ətrafında öz fikirlərini və rəylərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB