Vətəndaşlar dövlət başçısının diqqət və qayğısını hər zaman üzərində hiss edir
Azərbaycanın uğurları, iqtisadi inkişafı bütün sahələrdə özünü göstərir. Bütün sahələrin paralel olaraq inkişafi səhiyyə sahəsindən də yan kecməmişdi. Səhiyyə sisteminin təkmilləşdirilməsi, bu sahənin müasirləşdirilməsi və inkişafı istiqamətində, son illərdə həyata keçirilən dövlət proqramları, eləcə də, islahatlar bu sahəyə də dəyərli töhfələr verir. Müxtəlif səhiyyə müəssisələrinin, o cümlədən, xəstəxanaların, müalicə-diaqnostika, reabilitasiya mərkəzlərinin, poliklinikaların inşası həyata keçirilib, səhiyyə ocaqları əsaslı təmir olunub və lazımi avadanlıqla təmin edilib. Azərbaycanda səhiyyənin inkişafı istər yeni tibb ocaqlarının inşasında, istər mövcud xəstəxana və tibb mərkəzlərinin bərpasında, istərsə də tibb müəssisələrinin ən müasir avadanlıqla təchiz edilməsində özünü daha qabarıq büruzu verir. Bütün bunlar sübut edir ki, Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin edilməsi istiqamətində icra olunan layihələri dövlətimizin başçısı daim nəzarətdə saxlayır. Bu layihələr, eyni zamanda, vətəndaşlarımızın, məhz ölkəmizdə yüksək səviyyəli tibbi xidmətlərdən yararlanması ilə bağlı görülən mühüm işlərin davamlı olduğunu göstərir. "İnsan sağlamlığı bizim üçün ən başlıca məsələlərdən biridir" deyən Azərbaycan Prezidenti İlham Əliyev bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının dayandığını dəfələrlə bildirib: "Hər bir insan üçün onun sağlamlığı, onun yaxınlarının sağlamlığı xüsusi əhəmiyyət daşıyır. Biz çalışırıq və çalışacağıq ki, bu sahədə bütün lazımi tədbirləri görək".
Son 16 il ərzində ölkəmizdə yüzlərlə xəstəxana, tibb müəssisəsi tikilib, eləcə də, əsaslı şəkildə təmir edilib. Ölkəmizin hər bir bölgəsində vətəndaşlara yüksək səviyyəli tibbi xidmət göstərilir. "Yaxın gələcəkdə Azərbaycanda elə bir şəhər olmayacaq ki, orada ən müasir tibbi mərkəz olmasın" deyən dövlət başçısı insanların sağlamlığının ən vacib məsələ olduğunu bildirib: "Bu gün statistikaya, Dünya Səhiyyə Təşkilatının hesablamalarında Azərbaycanın artan reytinqinə baxdıqda, görürük ki, bu sahədə çox yaxşı nəticələr var. Azərbaycanda insanların ömrünün uzunluğu artır, körpə-ana ölümü azalır. Əlbəttə ki, bu istiqamətdə daha da böyük addımlar atılacaq".
Bu gün ölkə vətəndaşlarının hər biri dövlət başçısının diqqət və qayğısını öz üzərində hiss edir. "İnsan sağlamlığını şərtləndirən bir çox amillər var" - deyən ölkə Prezidenti onların arasında, ilk növbədə, sağlam həyat tərzi olduğunu bildirir: "...Sağlam həyat tərzi hər bir vətəndaş üçün əsas prinsip olmalıdır".
Görülən davamlı işlər Azərbaycan vətəndaşlarının daha da yaxşı - sağlam və rahat yaşamasına yönəlib. "Buna nail olmaq üçün güclü iqtisadiyyat olmalıdır və biz bu iqtisadiyyatı qururuq" deyən Azərbaycan Prezidenti ölkəmizin öz daxili imkanları hesabına bütün lazım olan məsələləri həm sosial, həm iqtisadi, həm də infrastrukturla bağlı və digər məsələləri həll etdiyini vurğulayıb.
Bu gün bütün dünyanı cənginə alan koronavirus pandemiyasının sürətlə yayıldığı bir vaxtda Azərbaycanda Ğənab İlham Əliyevin uzaqgörən siyasəti, qabaqlayıcı tədbirləri sayəsində bu virusun genişlənməsinin qarşısı alındı. Bu bir daha göstərdi ki, Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi hər şeydən üstün tutulur. Dövlət başcısının Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, ən müasir avadanlıqlarla təchiz edilmiş "Yeni klinika" tibb müəssisəsinin, Sumqayıt Kimya Sənaye Parkı tibbi maska istehsalı müəssisəsinin açılması, xüsusi karantin rejimi çərçivəsində atılan qabaqlayıcı addımlar, bir daha sübut etdi ki, Ğənab İlham Əliyev hər zaman Azərbaycan xalqının sağlamlığını və təhlükəsizliyini düşünür. Dövlət başcısının doğru qərarları, uzaqgörən siyasəti nəticəsində Azərbaycan xalqı tezliklə bu xəstəlikdən ən az itki ilə qurtulacaq. Özünütəcrid dövründə dövlət başcısının verdiyi hər bir qərar, imzaladığı hər bir Sərəncam Azərbaycan vətəndaşlarının yanında olduğunu, onun qayğısına qaldığını bir daha sübut etdi.
NƏZAKƏT ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB