Çamura bulaşmış xəyanətkar…

Çamura bulaşmış xəyanətkar…

Yaxud Əli Kərimli satqın axtarışında…

Ataların sözünə qüvvət «sözün ucundan tutub, ucuzduğa getmək» istəyən AXCP sədri, daha çox "Milli Şura"nın "xaç atası" Əli Kərimli xarab olmuş maqnitafon kimi "ev dustağı olmaqla telefonlarım da ev dustağıdır" sözlərini sosial şəbəkələrdən deməkdən hələ də usanmayıb. Və görünür, Ə.Kərimli hələ də anlamırdı ki, "qaş düzəltdiyi yerdə" vurub, o kor olan gözlərini də çıxaracaq. Elə güman etdi ki, bəlkə bu koronavirusun tüğyan etdiyi məqamda növbəti fırıldağı baş tutacaq. Və başladı "tərəftarlarının" ünvanlarına təhqirli sözlər deməyə. "Satqınlara etibar etmək olar?" deyə onları qınadı. Elə bu sözlə də aləm qarışdı, nə qarışdı.

Eynulla Fətullayev: "Əli Kərimli və digər murdar cəbhənin virusları koronavirusdan da həyasız viruslardır"

Jurnalist Eynulla Fətullayev AXCP sədri və onun tərəfdarlarına həsr etdiyi statusda ilginc iddia ilə çıxış edərək bildirib ki, Əli Kərimli və digər murdar cəbhənin virusları koronavirusdan da həyasız viruslardır: "Görünür, Əli Kərimli virusa həqiqətən də tutulub. Əgər belə olmasaydı, görəsən anadan satqın doğulduğu halda, kimə satqın deyir. Bu qədər də abırsızlıq olar? Mən deyəndə ki, belələri quduz itləri kimi güllələnməlidir, qınayırlar. Güllənəlsəydi Azərbaycan siyasətindən belə üfunət gəlməzdi... Və belələrini Azərbaycan məmləkətindən təmamilə silmək lazımdır! Bu murdar kütləyə tarixdə 2-ci şans verilməməlidir. Koronavirusun qarşısını almaq olduğu halda, bu alçaq Əli Kərimli kimiləri birdəfəlik məhv etmək lazımdır!".

Hafiz Hacıyev: "Əli Kərimli kimdir ki, hamıya «satqın» deyir, ən alçaq satqın və cinayətkar özüdür"

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev satqın və fırıldaqçı Əli Kərimlinin özünü "müxalifətçiyəm" deməklə hamını satqın adlandırmasını onun növbəti dələduzluğu adlandırıb: "O, əsil simasız, satqın dələduzdur. Oğru itlər kimi, bilmir ki, hansı hiyləyə əl atsın. 27-30 ildir “mən müxalifətəm” deyərək, siyasi alverlə məşğul olub. "Müxalifətçi" olmaq dərəbəylik demək deyil. Əsl müxalifətçi ümumi ictimai qaydalara saymazyana yanaşması ilə yox, nümunəvi vətəndaş olması ilə diqqətləri cəlb etməli, ictimai rəydə müsbət imic qazanmağa çalışmalıdır. Satqınlar yuvasının "xaç atası" Əli Kərimli və onun qabağında quyuruqbulayanı Cəmil Həsənli kimi viruslar satqın axtarışına niyə çıxırlar? Özləri ən böyük satqın deyillərmi? Və bu gün satqınlar yuvası olan "Milli Şura" hakimiyyətdən saxta ittihamlarla həbs olunanları azadlığa buraxmağı, müxalifətçilərə, ictimai fəallara qarşı təqib və təzyiqləri dayandırmağı tələb etməklə nə demək istəyir?. Cinayətkarı niyə hakimiyyət buraxmalıdır?".

Haqq nazilər, amma üzülməz…

Nə bilirdin, Əli Kərimli? Haqq nazilər, amma üzülməz. Deyəndə ki, Əli Kərimli xəyanətkar, satılıb, satan, Vətən xainidir, irad tuturlar, "müdafiəsinə" də qalxırlar. Bəlkə Əli Kərimli Bakı Ağır Cinayətlər Məhkəməsində şahid qismində dindirilənlərin verdikləri ifadələri unudub? Dindirilən şahidlər Elçin Əsgərbəyli, Cavid Məsimli, Tural Mehdixanov və Cavanşir Abışov AXCP sədrinə vəsait toplanıldığını və bu pulların Əli Kərimliyə çatdığını bildirməsini nə tez unutdun?

Bu yerdə KXCP-nin sədri Mirmahmud Fəttayevin Ə.Kərimliyə keçmişi xatırladaraq onun bu gün siyasi arenada hörməti olmayan və küncə sıxışdırılmış xəyanətkar və satqın olduğunu bildirməsi lap yerinə düşdü: "Bu gün Azərbaycan gerçəkliyində Əli Kərimli xəyanətkarlığı var, özü də saya gəlməz xəyanətləri...1995-ci il... Ə.Kərimli AXC-ni partiyaya çevirmək tapşırığını uğurla yerinə yetirdi və mandat sahibi oldu. 1996-cı il... AXCP daxilindəki "Yurd" funksiyası partiyanı tam özəlləşdirmək üçün fəal cəbhəçilərə, hərəkatçılara qarşı təzyiqlərə başladı, bir çox insanı cəbhədən uzaqlaşdırdı. 1997-ci il... Xaricdən aldığı maliyyə dəstəyi nəticəsində, Əli Kərimli media vasitəsilə Əbülfəz Elçibəyə zərbələr vurdu, 2005-ci il... Ə.Kərimlinin Ruslan Bəşirli olayı və çevriliş planı fiaskoya uğradı. 2008-ci il... Qənimət Zahidi qurban verib diqqəti özünə çəkən Əli Kərimli Sem dayısından pul almaq üçün planlar qurdu. Aqil Xəlil deyilən olayı da Əli Kərimlinin qurduğu iyrənc oyunlardan biri idi. Məlum oldu ki, Aqil Xəlili bıçaqlayan küçədən keçən şəxs deyil, məhz Əli Kərimlinin yaxından tanıdığı mavidir. Beləcə Əli Kərimlinin bu planı da suya düşdü. O, qazdığı quyuya özü düşdü. Ə.Kərimli həm də Ermənilərin dostudur. O, bu "fəxri damğa"nı böyük iftixarla daşıyır"...

Beləliklə, bu gün dünyanı ağuşhuna alan koronavirusun qarşısını almaq üçün dövlət tərəfindən uğurul addımlar atıldığı halda, yenə də bu satqın çamura bulaşmış xəyanətkar satqın virus Əli Kərimli görülən uğurları görmədiyi və dövlətin ünvanınıa böhtanlar yağdırdığı üçün cəmiyyət onun kimi virusların qarşısını almaq üçün daha ciddi tədbirlərin görülməsi tələbini irəli sürür. Ona görə də, Azərbaycan iqtidarı dövlətin, millətin maraqlarını heçə sayan, hər kəsi mənəvi terrora məruz qoymağa çalışan Ə.Kərimli və onun kimi anti-milli ünsürlər barəsində sərt ölçü götürməli, cəmiyyətdən təcrid etməlidir.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə