"Azərbaycan dünyanın ən sabit ölkələrindəndir" ÖZƏL - AÇIQLAMA

"Azərbaycan dünyanın ən sabit ölkələrindəndir" ÖZƏL - AÇIQLAMA

"Bundan sonrakı mərhələyə baxaraq karantin rejiminin daha da yumşaldılması və ya biraz daha sərtləşdirilməsi haqqında qərar qəbul edilə bilər". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü deputat Cavid Osmanov ölkədə karantin qaydalarının yumşaldılması ilə əlaqədar yeni mərhələyə keçid dövrünü dəyərləndirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, karantin rejiminin yumşaldılması o demək deyil ki, artıq ölkədə virus təhlükəsi yoxdur, hətta bu halda belə insanlar yenə də ən zəruri hallarda evlərindən çölə çıxmalıdırlar: "Mütləq sürətdə özümüzü qorumalıyıq. Bütün gigiyenik qaydalara riayət etməliyik. Artıq təkcə müəssisələr yox, eyni zamanda kafelər, restoranlar və digər obyektlərin açılması günü sabahdan həyata keçiriləcək. Bu halda müəyyən edilən sanitariya və gigiyenik qaydalara sərt karanin rejimində riayət etdiyimizdən daha çox əməl etməliyik. Artıq çoxlu sayda insanlar öz evlərindən çölə çıxmaq imkanı əldə etdilər. Buna görə də xüsusilə qapalı yerlərdə mütləq şəkildə maskalardan istifadə etmək, iş yerlərində sosial məsafəni qorumaq lazımdır və təbii ki, əgər bunlara əməl etsək növbəti mərhələdə karantin qaydalarının daha da yumşaldılmasına getmək mümkündür".

Cavid Osmanov vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentı tərəfindən verilən tapşırıqlar və ümumilikdə ölkədə koronavirus pademiyasına qarşı aparılan mübarizə fonunda müşahidə etmiş olduq ki, Azərbaycan bu baxımdan dünyanın ən sabit ölkələrindən biridir: "Son dövrlərdəki dinamika onu göstərdi ki, məhz, həyata keçirilən tədbirlər yoluxanların sayının qarşını çox ciddi şəkildə almışdır. Ona görə də yumşalma tendensiyası həyata keçirildi. Təbii ki, bundan sonrakı mərhələyə baxaraq karantin rejiminin daha da yumşaldılması və ya biraz daha sərtləşdirilməsi haqqında qərar qəbul edilə bilər. Bu təbii ki, insanlardan, ümumiyyətlə, hər birimizdən asılıdır. Mütləq şəkildə ümumi və gigiyenik qaydalara əməl olunmalıdır. Sosial məsafə qorunmalıdır. Bu virusun daha tez ölkəmizdən kənarlaşması insanların özündən asılıdır. Nə qədər tez köhnə həyat tərzimizə qayıtmaq istəyiriksə, o qədər də qayda-qanunlara ciddi şəkildə riayət etməliyik".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə