ƏƏSMN-nin rəsmisi: “2011-cu ilin birinci rübü ərzində qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 5 əcnəbi aşkar olunub”
Bu il əməkçi miqrantlar üçün ayrılan kvotanın sayı 9875 nəfərdir. SİA-nın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müfəttişliyinin rəisi Rauf Tağıyev deyib. O, qeyd edib ki, artıq 8 mindən çox xarici vətəndaş Azərbaycanda əmək fəaliyyətini həyata keçirir: "Bunlar dünyanın 87 ölkəsini təmsil edirlər. Böyük əksəriyyəti isə tikinti sektorunda çalışan Türkiyə Respublikasının vətəndaşlarıdır".
Qeyri-leqal əmək fəaliyyətinin qarşısının alınmasına gəlincə ƏƏSMN-nin rəsmisi bildirib ki, qanunvericiliyin təkmilləşməsi və Dövlət Miqrasiya Xidmətinin yaranması bu məsələyə böyük təkan verib. Belə ki, artıq respublikada 2011-cu ilin birinci rübü ərzində əmək müfəttişliyi tərəfindən qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olan 5 əcnəbi aşkar olunub və işəgötürənlər aidiyyətı üzrə cərimələnib: "Amma əvvəlki illərdə bu böyük idi. Azərbaycanda daha çox Gürcüstan vətəndaşları qeyri-leqal əmək fəaliyyəti məşğul olurlar. Bu da Gürcüstan azərbaycanlılarıdır. Düşünürəm ki, onlarda qohumlarının yanında çalışmaqla hesab edirlər ki, onlar da Azərbaycan vətədaşıdırlar. Amma qanun qanundur. Eyni zamanda onların daha çox xidmət sahəsində və xüsusilə də avtomobil təmiri sexlərində qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olmaları aşkar olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB