Mayın 11-dən sonra 65 yaşdan yuxarı şəxslərin evdən çıxması məsələsinə baxılacaq
Mayın 11-dən sonra 65 yaşdan yuxarı şəxslərin evdən çıxması məsələsinə baxılacaq. SİA-nın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, mayın 11-dək ölkədəki vəziyyət qiymətləndiriləcək və vəziyyətdən asılı olaraq qərar veriləcək:"Mayın 4-dən tətbiq edilən yumşaldılmaya ola bilsin ki mayın 11-də yenidən baxılsın və həmin mərhələdən sonra yumşaldılma haqqında qərar qəbul olunsun və yaxud əksinə. Situasiya diqqətlə izlənəcək və yumşaldılma barədə qərar qəbul olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB