İlk modul tipli xəstəxana gələn həftə təhvil veriləcək

İlk modul tipli xəstəxana gələn həftə təhvil veriləcək

Gələn həftə Azərbaycanda ilk modul tipli xəstəxana TƏBİB-ə təhvil veriləcək. SİA-nın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda ölkədə modul tipli xəstəxanaların tikintisi davam etdirilir:

“Gələn həftə ərzində ilk xəstəxana TƏBİB-ə təhvil veriləcək. Bu xəstəxananın işçiləri üçün təlimlər başa catmaq üzrədir. Belə xəstəxanaların tikintisi ilə çarpayı fondu və kadr potensialı daha da zənginləşdirilir”.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə