Narıncı zonada koronavirusa yoluxma daha təhlükəlidir. Bu zonada icazə əvvəlki sistemlə qalacaq. Sarı zonada isə karantindən çıxış daha sürətlidir. Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, icazə sistemi rayonlarda ləğv olunub. Vətəndaşın evdən hər hansı yerə getməsi üçün icazəyə ehtiyac yoxdur.
İ.Məmmədov qeyd edib ki, dövlət orqanlarında işləyənlərin sayında tədricən artım olacaq. Amma bəzi qadağalar hələ də qüvvədə qalacaq.
Qeyd edək ki, sanitar-epidemioloji vəziyyətə əsasən narıncı rənglə qiymətləndirilən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonundan sarı rənglə qeyd olunan ölkənin digər ərazilərinə gediş və gəliş qadağası qalır. Lakin sarı zona və narıncı zona daxilində hərəkət sərbəstdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB