Nə? Harada? Nə zaman? onlayn intellektual yarışa start veriləcək

Nə? Harada? Nə zaman? onlayn intellektual yarışa start veriləcək

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və "Xəzər" Gənclərin İntellektual Klubunun birgə təşkilatçılığı ilə Nə? Harada? Nə zaman? onlayn intellektual yarışı keçiriləcək. SİA-nın məlumatına görə, ilk dəfə keçiriləcək Nə? Harada? Nə zaman? onlayn intellektual yarışı Gənclər və İdman Nazirliyinin tapşırığı əsasında gerçəkləşir.

Yarışda yeniyetmə və gənclər iştirak edirlər. Yarış 02 may 2020-ci il tarixdə saat 12.00-da başlanır. Qeydiyyat "Xəzər" Gənclərin İntellektual Klubunun facebook səhifəsində aparılır.Qeydiyyat 01 may 2020-ci tarixində saat 20.00-da bitir.Artıq 52 komanda qeydiyyatdan keçmişdir. Hər komandanın tərkibi 8 nəfərdən ibarətdir. Komandalar distant üsulu ilə Whatsapp qrupları vasitəsilə müzakirə aparır, verilən sualı 1 deqiqə ərzində cavablandıraraq müəyyən edilmiş linkə göndərirlər. Komandaların tərkibində işğal altındakı rayonlardan olan yeniyetmə və gənclər də təmsil olunurlar.

Oyunu izləmək üçün azarkeşlər müvafiq linkdən izləyə bilərlər. İntellektual yarışda suallar ümumi olaraq dünya görüşü, məntiq, tarix,idman, təhsil,hərbi vətənpərvərlik və s. sahələri əhatə edir. Yarış BŞGİBİ-nin sifarişi ilə xüsusi hazırlanmış proqram əsasında komandalara verilmiş kodlar vasitəsilə həyata keçirilir. Qaydalar elanlar vasitəsilə komandalara əlavə olaraq bildiriləcək.

Yarışın qalibləri karantin dövrü bitdikdən sonra BŞGİBİ-si tərəfindən müvafiq dərəcəli diplomlarla və xatira hədiyyələri ilə təltif olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə