Sosial şəbəkənin həm dünyanın, həm də cəmiyyətlərin inkişafına gətirdiyi yeniliklər, onun müsbət və mənfi tərəfləri haqqında çox yazılıb, çox deyilib. Bu dəfə yazmayacam və deməyəcəm, sadəcə, göstərəcəm. Uzun müddətdir ki, gözəl həyat ardınca, hansısa yolla Amerika Birləşmiş Ştatlarında mühacir(?) həyatı yaşayan bir xanım mənim feysbook səhifəmə dostluq mesajı göndərdi. Mesajı qəbul etdikdən sonra, messencerdə mənimlə dialoqa başladı. Esmira Mooney (Soyadını da amerikanlaşdırıb) adlı həmin xanımla dialoqun əsas hissələrini təqdim edim, oxuyun, sonda mövqeyimi bildirəcəm.
- Esmira xanım, Koronovirusdan qorxmursunuz, hələ də Amerikada oturmusunuz?
- Yok, evde kaldik.
- Allah yardımçınız olsun. Dostluğumuzda milli məsələlərlə bağlı materiallar atımmı o zaman, Amerikada yayımlayarsınız.
- İyi olur. Teshekkur.
- Esmira xanım, Azərbaycanın harasındansınız?
- Bakidanam. Baki gozel sheher. Mehriban diyar. Nasil durumlar Bakida? Cok shikayet var, nedense. Yasham nasil?
- Şikayət edənlər ”ver yeyim, ört yatım, gözlə canım çıxmasın” deyənlərdir. Hər şey gözəldi.
- Ama her kes ayni demir.
- Onlar demokratiya adı altında xaos, anarxiya arzulayanlardı ki, buların da heç biri dövlətçilik baxımından olmamalı məsələlərdir. Yanlışmıyam?
- Eyet. Amma insalar iyi yashamirlarsa, ister maddi ya isterse menevi.Bu bakimdan adamlarin maddi durumu kotudur.
- Necə düşünürsünüz, üç yüz illik imperiya olan, dünyanın var-dövlətini daşıyıb xəzinəsinə yığan Amerikanın vətəndaşları kimi yaşamalıdır cəmi 25 illik tarixi olan ölkənin vətəndaşları?
- Ama sizde xezine var. Neft. Diger kicik neft olkeleri cok guzel hayat yashiyorlar. 25 ilde cok sheyler yapmak olurdu, ama men anliyiram, bizim olkede savash da var.
- Neftin hesabına nəhəng layihələr həyata keçirilir. O layihələr ki, yüz illər boyu Azərbaycana həm maddi, həm də siyasi divident gətirəcək. Qaldı ki, neft var deyə, işləməli deyilik? Neftin pulun paylayıb, insanları ələbaxım öyrətməliyik? Mən belə düşünənlərin qəti əleyhinəyəm.
- Ishlemelisiz, ama 200 manata yok. Ya da 300. Evi olmuyan adam ele bir mevacible yashiya bilirmi?
- Özünüz dediniz, savaş gedir burda. Savaşa görə dövlət nə qədər vəsait xərclədiyindən xəbəriniz varmı? Siz intiligensiyanın yüksək olduğu bir ölkədə yaşayırsınız. Gərək mədə güdən, sabahını düşünməyən, cılız fikirli insanların dediklərini saf-çürük edəsiniz, Esmira xanım. Cılız düşüncəli insanların qafası ilə düşünməyiniz heç xoşagələn deyil. İncisəniz, üzr istəyirəm. Amma mən səmimi adamam və hər zaman düşündüyümü deyirəm.
- Gənclər çox ağır durumda!
- Gənclərin gözəl həyat yaşamaları üçün Azərbaycanda hər cür şərait var. Qaldı yazdığınız əmək haqqı məbləğinə, bunu hardan götürmüsünüzsə yanlışdı. Azərbaycanda normal çalışan hər kəs ayda azı 700-800 manat qazanır. Təkcə ötən il əmək haqları da, pensiyalar da 40-45 faiz artırılıb. Baxın, birdən - birə insanların gəlirini iki dəfə, üç dəfə artırsalar, dövlətin büdcəsi nə günə düşər? Eyni zamanda, bazarda qiymətlər necə sürətlə qalxar. Dövlət əmək haqlarını tədricən qaldırır və çalışır ki, bazarda qiymətlər artmasın. Yəni tənzimləyici funksiyasını yerinə yetirir. Məncə ən doğru yol budur.
- Ama her kes almir o parani.Meselen, men google the check(?) yapiram. Google gosterir ki, Bakida müəllimlər 250-300 manat alir.
- Esmira xanım, düşünməyin ki, mən hakimiyyət adamıyam. Əksinə, mən 1982-ci ildən yüksək vəzifələrdə olmuşam. Rayon rəhbəri olmuşam. Məhz indiki hakimiyyətin zamanında vəzifədən çıxarılmışam, indi də heç yerdə işləmirəm (Yəni dövlət işini nəzərdə tuturam). Bu müddət ərzində məmurlar tərəfindən olmazın əziyyətlərini çəkmişəm. Bütün bunlara baxmayaraq, mən məsələlərə hər zaman dövlətçilik prizmasından yanaşan adamam. Müəllimlərin maaşından dediniz. Mənim həyat yoldaşım müəllimədir, sıravi biologiya müəlliməsi! Aylıq maaşı 780 manatdır. Sizin aldığınız məlumatlar kimlərinsə tərəfindən məqsədli saxtalaşdırılan məlumatlardır, Esmira xanım. Mən demirəm ki, hər şey superdir, problem yoxdur. Var, amma o qədər şişirdirlər ki, sanki Azərbaycan banan ölkəsidir. Elə deyil axı! Bir sual, Amerikanın siyasətindən hamı razıdırmı? Orda da problemlər var. Amma beş-on narazının istəyi ilə dövlət idarə olunmaz. Dövlətin strategiyası var, ona uyğun taktiki gedişlər edilir.
- Yok, bilirsiz, Tehmasib muellim, deyishiy insanlarin deyishik fikirleri var.
- Dəyişik fikirlərin olması təbiidir. Amma gerçəklə üzləşəndə onunla razılaşmamaq artıq cığallıqdır.
-Tabii! Size iyi gunler!
Vəssalam. Oxucum əmin ola bilər ki, xırda hərf və durğu işarələri qüsurlarını aradan qaldırmaqdan başqa, məzmuna toxunmadan bu sosial müzakirəni oxucuların diqqətinə çatdırdım. İndi gələk niyə sualına cavab məqamına. Yəni, sual verən tapılar ki, şəxsi yazışmanın camaata nə dəxli? Var, əziz oxucum, dəxli var ki, sizin də qızıl kimi vaxtınızı məşğul etməli oldum. Dəxli ondan ibarətdir ki, özünü Bakıda doğulan azərbaycanlı adlandıran bu xanım, ola bilsin ki, düşmən millətin nümayəndəsidir. Belədə, düşmənin təxribatı qarşısında ehtiyatlı olmaq üçün hər bir sosial şəbəkə istifadəcisi ehtiyatlı omalıdır. Verdiyimiz ən xırda bir yanlış informasiyadan istifadə edib, qarışqanı filə elə döndərə bilərlər ki, nəticədə düşmən əlinə fakt vermiş bir vətəndaş olaraq mənəvi əzab çəkə bilərik. İkincisi, ola bilsin ki, bu xanım həqiqətən millətimizin nümayəndəsidir. O zaman belə yanlış informasiyalar toplamaqda məqsədi nədir görəsən? Ehtiyatlı olaq, ehtiyatlı olaq ki, sonar peşman olmayaq. Allah amanında!
Təhmasib Novruzov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB