Xalqın çətin anlarının Prezidenti - ŞƏRH

Xalqın çətin anlarının Prezidenti - ŞƏRH

Prezident İlham Əliyev verdiyi vədləri qətiyyətlə və istənilən şəraitdə yerinə yetirir

Bəli, düz 17 ildir ki, Prezident İlham Əliyev bu yolu davam etdirir. Hələ Prezident İlham Əliyev 2003-cü ildə prezident seçilərkən Azərbaycan həlli müşkül görünən bir sıra problemlərlə üz-üzə idi. O vaxt ölkə hələ yeni-yeni dirçəlirdi, işsizlik, məcburi köçkünlərin acınacaqlı halı, bölgələrin inkişafdan geri qalması, əhalinin sosial vəziyyəti ciddi narahatlıq doğururdu. Prezidentin ilk vədi bu oldu: ölkədə yüz minlərlə yeni iş yeri yaradılacaq. Ötən illər ərzində 2 milyona yaxın iş yeri yaradıldı. İşsizlik səviyyəsi 40 faizdən 5 faizə endi. Bir dənə də olsun çadır düşərgəsi qalmayacağını demişdi. Çox keçmədən axırıncı çadır düşərgəsi ləğv olundu. Xüsusilə, son 16 il ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda bütün sosial-texniki infrastruktura malik 102 müasir qəsəbə salınıb, ki, bunun da 3-ü ötən il istifadəyə verilib. Ötən il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və təqdim olunub. Bununla bərabər, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 620-dən çox mənzil verilib.

Bu Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə diqqət və qayğısının reallığıdır. Ölkə Prezidentinin rəhbərliyi altında hər il bu istiqamətdə müvafiq addımlar atılır, qaçqın və məcburi köçkünlər, Qarabağ əlilləri, ailə qayğısından məhrum olmuş gənclər və digər bu kateqoriyadan olan vətəndaşların problemləri öz həllini tapır.

Bəli, son 16 il ərzində ölkə Prezidenti İlham Əliyevin şəhid ailələrinin, Qarabağ əlillərinin, məcburi köçkünlərin, hərbçilərin sosial problemlərinin həlli istiqamətində uğurlu addımlar atılıb. Təsadüfi deyil ki, iqtisadi inkişaf tempinə görə dünyanın gündəmində olan Azərbaycan, həm də sosial dövlət kimi xarakterizə olunur. Bu o deməkdir ki, dövlət siyasətinin bütün istiqamətlərinin və sahələrinin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənir.

Milyonların rifahına xidmət edən sosial islahatlar

Təbii ki, ildən-ilə daha geniş miqyas alan, milyonların rifahına xidmət edən sosial islahatların əsasında ölkənin iqtisadi qüdrəti, dinamik inkişafı dayanır. Bu işləri görmək üçün iqtisadi güc olmalıdır. Yuxarıda bəzi xarakterik faktları xatırlatdıq. Deyilənlərə daha nəyi əlavə etmək olar? Belə ki, ötən ildə ölkə üzrə ümumi daxili məhsulun artıb ki, Azərbaycan sənayenin qeyri-neft sektorunda artımla dünya rekorduna imza atması və ölkəmizlə bağlı müsbət proqnozlar vətəndaşlarımızın gələcəyə daha nikbin nəzərlərlə baxmasına əsas verməklə yanaşı, sözsüz ki, Prezidentin reytinqinə də birbaşa təsir göstərir.

Dara, çətinliyə düşən insanlar hər zaman yanlarında dövləti, Prezidenti görürlər. Ağsu, İsmayıllı və Şamaxı rayonlarında zəlzələ zamanı zərərçəkənlərin köməyinə birinci olaraq Prezident yetişdi. İnsanlar hiss etdilər ki, bu təbii fəlakət qarşısında tək deyillər. Və yaxud, "Diqlas" ticarət mərkəzində yanğın nəticəsində zərərə düşmüş sahibkarlara da birinci olaraq məhz dövlət başçısı yardım əlini uzatdı. Onun tapşırığına əsasən yanmış malın müqabilində yardım ödənilir, sahibkarlara öz biznesini qurmaq üçün başqa yerlər təklif edildi.

Vaxtilə banklardan kredit götürən on minlərlə vətəndaş devalvasiya nəticəsində ciddi çətinliyə düşmüşdü. Problemli kreditlərlə bağlı məsələ Prezident İlham Əliyevin 2019-cu il 28 fevral tarixli Fərmanı ilə birdəfəlik həllini tapdı. 800 mindən çox insanın narahatlığına bir gündə son qoyuldu. Prezidentin vurğuladığı kimi, bu fərmanın dünyada analoqu yoxdur: "Dövlət bir daha göstərdi ki, vətəndaşının yanındadır. Ciddi devalvasiyadan əziyyət çəkən ölkələrin sayı kifayət qədər çoxdur və bizdən də dərin devalvasiyaya uğramış ölkələr vardır. Ancaq heç bir ölkədə bu dərəcədə sosialyönümlü və vətəndaşın marağını güdən addım olmamışdır".

"Bizim bütün addımlarımız ölçülüb-biçilmiş addımlardır və təsadüfi deyil ki, bir neçə ölkə bizim təcrübəmizdən yararlanıb oxşar addımlar atır"

"2020-ci il uğurla başlamışdır. İlin əvvəlinin göstəriciləri deməyə əsas verir ki, Azərbaycanda islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır". Bu fikirləri dövlət başçımız ilin birinci rübünün yekunlarının müzakirəsi zamanı bildirib. Ancaq koronavirus bütün dünya üçün böyük bəla və dünya iqtisadiyyatı üçün böyük problem olsa da dövlətimizin başçısı qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində Azərbaycanda insan təlafatı az sayda olub. Dövlət başçısı birinci ilin yekunları ilə bağlı keçirilən vidiokonfransda bildirərək deyib ki, Əgər bu addımlar vaxtında atılmasaydı və biz düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejimi mərhələli yollarla sərtləşdirməsəydik, bu gün xəstələrin sayı min yox, bəlkə də 10 min, bəlkə də 20 min ola bilərdi. Ən inkişaf etmiş ölkələrin təcrübəsi onun göstərir ki, heç bir ölkə özünü tam sığortalı hesab edə bilməz. Heç bir ölkənin səhiyyə sistemi bu xəstələrin artan dinamikasının qarşısında duruş gətirə bilməz. Ona görə bu, bizim üçün də dərs olmalıdır və mən bunu artıq bildirmişəm, bir daha demək istəyirəm ki, ibrət götürməliyik. Bizim bütün addımlarımız ölçülüb-biçilmiş addımlardır və təsadüfi deyil ki, bir neçə ölkə bizim təcrübəmizdən yararlanıb oxşar addımlar atır. Biz bunu görürük: "Ona görə bizim bundan sonrakı addımlarımız elə atılmalıdır ki, insanların sağlamlığını, onların həyatını qoruya bilək. Əvvəllər qeyd etdiyim kimi, biz addımlarımızı vəziyyətə uyğun atacağıq və əlbəttə, hamımız istəyirik ki, bu karantin rejiminə tezliklə son qoyulsun və vətəndaşlar öz normal həyatına qayıtsınlar. Ancaq bir daha demək istəyirəm ki, bizim üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır. Bu günlərdə mənə ünvanlanan yüzlərlə, minlərlə məktublar, elektron məktublar, mesajlar göstərir ki, vətəndaşlar bizim atdığımız addımları yüksək qiymətləndirirlər".

"Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var - düşmən. Hər kəs bunları belə də çağırmalıdır"

Dövlət başçısı koronavirus başlayandan radikal müxalifətin çirkin niyyətinə də aydınlıq gətirərək, onları xalqa düşmən qüvvə adlandırıd: "Bu düşərgədə cəmləşən insanlar uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar. Onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir. Ölkəmiz üçün, xalqımız üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Onların fəaliyyətinin tarixi də bunu göstərir. Biz bu tarixi yaddan çıxarmamışıq…".

Prezident çıxışı zamanı həmin radikal müxalifətin koronavirusdan yararlandıqlarını, "göydəndüşmə bir hədiyyə" olduğunu da deyib: "Koronavirus bunlar üçün sanki, göydəndüşmə bir hədiyyədir. Bu gün koronavirusa sevinən ancaq bu antimilli qruplaşmadır. Mən təbii ki, baş verən hadisələrdən xəbərdaram və bilirəm ki, bunların bu çirkin niyyətləri dəhşətli bir mənzərə yaradır. Ölənlərin sayının artmasını arzulayırlar, xəstələrin sayının artmasını istəyirlər, sevinirlər ki, insanlar vəfat edir. Yəni, bu, iqtidara qarşı deyil, dövlətə qarşı düşmənçilikdir. Mən hər şeyi öz adı ilə çağırıram. Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var - düşmən. Hər kəs bunları belə də çağırmalıdır. Bunların indiki arzuları da gözlərində qalacaq. Sözüm onda deyil, sözüm ondadır ki, siyasi islahatlar bu gün tam yeni bir konfiqurasiya yaradır. Əminəm ki, marginal qruplaşmaya yeni konfiqurasiyada yer yoxdur və olmamalıdır. Azərbaycan xalqı onları 27 il bundan əvvəl tarixin zibilxanasına atıbdır".

Dövlət başçısı koronavirusla bağlı ardıcıl addımların atılmasında məqsəd Azərbaycan xalqının sağlamlığı olduğunu bildirib: "Bizim bu sahədə görülən işlərə ən gözəl qiyməti Azərbaycan xalqı verir. Bir daha demək istəyirəm ki, mən minlərlə elektron məktub alıram. Bu məktublarda görülən işlərə görə minnətdarlıq ifadə olunur. Ümumdünya Səhiyyə Təşkilatı bizim gördüyümüz işlərə yüksək qiymət verərək Azərbaycanı koronavirusla mübarizə sahəsində nümunəvi ölkə adlandırıbdır.

Bütün bunlar deməyə əsas verir ki, biz bu bəlanı da dəf edəcəyik, bu mübarizədə qalib gələcəyik. Biz xalq olaraq artıq BİRLİK, HƏMRƏYLİK nümayiş etdirmişik, indi daha çox məsuliyyət və nizam-intizam nümayiş etdirməliyik. Belə olan halda biz bu ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağıq".

"Bəlkə də dünyada öz vətəndaşına bu qədər qayğı və diqqət göstərən ikinci ölkə yoxdur"

Bəli, dövlət başçısı çıxışlarında dəfələrlə bu cavabı verib. Və ölkə başçısının bu cavabı Azərbaycan dövlətinin sosial siyasətinin fəlsəfəsi, iqtisadi inkişafın nəticələrinin əhalinin rifah halının yüksəldilməsinə yönəldilən real sübutudur. Bu prinsip hər gün daha geniş şəkildə davam etdirilir. Bugün ölkə Prezidentininq həyata keçirdiyi uğurlu sosial siyasəti bunu sübutudur. Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaq, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını yaxşılaşdırmaqdan ibarətdir. Azərbaycanda da dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

Əslində, dövlət başçımız bu siyasətini 16 ildir ki, davam etdirir, ancaq hazırkı məqamda həmin siyasət daha aşkar görünməkdədir. Yəni Prezident İlham Əliyev deyərkən, xalq yalnız dövlət başçısı deyil, həm də bir qayğıkeş şəxsiyyət, böyüklük rəmzi, ağsaqqala, ağbirçəyə sonsuz hörmət bəsləyən Vətən övladı görür. Və həmişə də bu qayğı görünməkdədir. Hələ 2016-cı ilin Aprel zəfəri zamanı Azərbaycan xalqı bir yumruq kimi birləşib, cəbhədə yağı düşmənə layiqli cavab verən, işğal altındakı torpaqlarımızın bir hissəsini azad edən Ordumuza möhtəşəm dəstəyini göstərdi. Bu dəstək Ali Baş Komandanımıza verilən dəstək idi və hər kəs veriləcək əmrə tabe olduğunu nümayiş etdirirdi. Bu dəstək dağı belə yerindən oynadan xalqın dəstəyi, birliyi idi! Bu dəstəyin, xalqın dövlətinə olan etibar və inamının sübutudur.

Göründüyü kimi, görülən hər bir iş, atılan hər bir addım, Azərbaycan dövlətinin uğurlu inkişafı, xalqın rifahının yaxşılaşmasına xidmət edir. Və bu gün koronavirusa qarşı mübarizədə atılan ardıcıl və düşünülmüş addımlar, məhz ölkə başçısının vətəndaşına olan, həmitşə onların yanında olmasının reallığıdır. Və hər şeydən əvvəl Prezident İlham Əliyevin bəyan etdiyi "siyasətimizin mərkəzində Azərbaycan insanı dayanır" prinsipinin növbəti əyani təcəssümü sayıla bilər. Çünki insana tükənməz qayğı, onun həyat şəraitinin yaxşılaşdırılması Azərbaycan hakimiyyətinin əsas qayəsinin təşkil edir. Və bu gün bu uğurlu siyasətə qara yaxmağa çalışan, yalan və manipuliyasiyalarla insanların fikirlərini dəyişdirməyə can atan məkrli xarici qüvvələri və nüfuzdan düşmüş radikal müxalifətin anti-Azərbaycan təbliğatını mənasız və əsassızdır.

Bəli, bütün bunları xalqımız görür və öz Prezidentinin yanındadır

Məhz buna görə son günlərdə dövlət başçısına gələn təşəkkür məktublarının sayı-hesabı yoxdur. Prezidentin saytında oxuya biləcəyimiz məktublarda insanlar böyük səmimiyyətlə və ürəkdən gələn sözlərlə dövlətin həqiqətən xalqla birlikdə olduğunu deyir, “Biz birlikdə güclüyük!” şüarının sadəcə bir söz olmadığını ifadə edirlər. Əslində hər zaman cənab İlham Əliyevin bütün düşüncələri, qərarları və addımları vətəndaşın rifahına yönəlmişdi. Xüsusi dövrdə isə belə olduğu xüsusilə hiss edilirbütün bunlar bir daha onu təsdiqləyir ki, xalqımız möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında bundan sonra daha böyük nailiyyətlərə imza atacaqdır.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə