Müxalifət tərbiyəsizlər etalonuna çevrilib

Müxalifət tərbiyəsizlər etalonuna çevrilib

Və yaxud müxalifət liderləri Əli Kərimli kimiləri deqradasiyaya uğramış əxlaqlarını tərbiyə etməyə çağırdılar

Son günlər ən çox gündəmdə olan AXCP sədri Əli Kərimlinin sosial şəbəkələrdən "ev dustağı" olması və internetinin "kəsilməsi" ilə bağlı çağrışları və yalanları müxalifət liderlərinin əsəblərini daha da gərginləşdirib. Ancaq görünür, Ə.Kərimli də anlamırdı ki, "qaş düzəltdiyi yerdə" vurub… o kor olan gözlərini də çıxaracaq. Elə güman etdi ki, bəlkə növbəti bu fırıldağı baş tutacaq. Ancaq qaş düzəltdiyi yerdə, əksinə daha da belə bir vəziyyətdə "keflərinə soğan" doğradı. Və tərəfdarları Əli Kərimlinin vəziyyəti ilə bağlı ona dəsətək vermədiyinə görə digər müxalifət partiyalarını kəskin ittiham etməyə başladı.

"Satqın və fırıldaqçı Əli Kərimli indiki koronavirusdan da həyasızdır"

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev satqın Əlişka Kərimlinin koronavirusdan da həyasız olduğunu bildirib: "Bu Əlişka Kərimlinin növbəti oyunudur. Bu ərəfələr hamı evdə qalmalıdır. Və dövlətin qanunlarına əməl də etməliyik. Bir də hər kəs çörəyi qulağına yox, ağzına yeyir. İndi heç kəsin internetini kəsmir, özün kontr yükləyisən və nə qədər danışırsan danışırsan. İndii gəldi Kərimlinin interneti kəsildi. Mən belə yalanları qətiyyən qəbul eləmirəm. Bu, özünü "əzabkeş" obrazında, xalqa canıyanan kimi sırımaq bəhanəsidir. O siyasi dələduzdur, satqın və öz liderinə nankor çıxan cinayətkardır. Sosial şəbəkələrin "ulduzu" olan Əlişkanın bu cür “tryukları” keçməyəcək. 27-30 ildir “mən müxalifətəm” deyərək, siyasi alverlə məşğul olub. Məqsədləri də ölkədə siyasi vəziyyti gərginləşdirmək və daha çox qrant almaqdır".

Rəsul Quliyev: "Yaxşı olar ki, Əli Kərimli müxalifət olmamışdan öncə deqradasiyaya uğramış əxlaqlarını tərbiyə etsinlər"

Son vaxtlar sosial şəbəkələrdən dünyanı ağuşuna alan koronavirus epidemiyası qarşısında, hətta inkişaf etmiş dövlətlər belə aciz qaldığı halda insanların sağlamlığı və insan itkisinin daha az olması məqsədi ilə Azərbaycan dövləti tərəfindən düşünülmüş, ardıcıl addımlar atılmasına qarşı radikal müxalifətin, xüsusilə də AXCP sədri Əli Kərimli trollarının hərəkətlərini tərbiyəsizlik və xalqa qarşı düşmənçilik adlandıran eks-spiker Rəsul Quliyev "AXCP-"Milli Şura"-nın siyasət adı ilə əsil əxlaqsızlnümayiş etdirdiklərini deyib: "Bir diqqət yetirək - siyasətə və sosial şəbəkələrə təhqir və söyüşü kimlər gətirib? Sözsüz ki, AXCP sədri Əli Kərimli siyasi karyerası boyunca fərarilik, satqınlıq, qorxaqlıq və xəyanət kimi “ilk”lərə imza atan müxalifət funksionerlərindən biridir. Belə ki, hər kəlməsində özünü “Rəsulzadəçi” kimi qələmə verən Ə.Kərimli ilk cəbhəçi idi ki, Azərbaycanın işğal tarixi (28 aprel 1920-ci il) ilə bağlı mitinqin keçirilməsinin əleyhinə olub, orada iştirak etməyib; Əli Kərimli ilk cəbhəçidir ki, qanlı 20 Yanvar hadisələri zamanı satqınlıq edib və onun Müdafiə Komitəsinin üzvü olduğuna dair vəsiqə "Krasnaya Zvezda" qəzetində çap olunub; Əli Kərimli ilk cəbhəçidir ki, lider adlandırdığı Əbülfəz Elçibəyin əleyhinə təbliğat aparıb, AXC-nin parçalanmasına səbəb olub. Rəqiblərini ləkələməyə, siyasətdən iyrəndirməyə, mövqelərindən çəkindirməyə çalışan Əli Kərimlinin trollara əsas məxfi tapşırığı da məhz qarşı tərəfin təhqir edilməsi ilə bağlı olur. Heç kəsə sirr deyil ki, Avropada “söyüş müxalifəti”nin formalaşdırılmasında Ə.Kərimlinin “xüsusi xidmətləri”, daha doğrusu, "xüsusi əməyi" var: Məhəmməd Mirzəli, Vidadi İsgəndərli, İnqilab Kərimov, Rəfail Piriyev və… kimi savadsız, etik dəyərlərdən və əxlaqdan uzaq olan tərbiyəsizlər…Və bir çoxlarından fərqli olaraq sosial şəbəkədə yazılan şərhləri də ağılsızlıq etalonunun tərbiyəsiz çıxışlarıdır".

R.Quliyev qeyd edib ki, bu çıxşların tərzi və üslubu xaricdən təşkil edilmiş söyüş kampaniyalarının (ifrat tərbiyəsizlik, nadanlıq etalonu) müəlliflərinin mətbəxində yetişdirilməsi qənaəti yaradır: "Bu səviyyədə aşağı keyfiyyətli, ağılsız üzvləri olan Əli Kərimli kimilərin özlərini "müxalifət" adlandırmağa haqları yoxdur. Bu tip insanlar mütləqdir ki, müxalifət olmamışdan öncə deqradasiyaya uğramış əxlaqlarını tərbiyə etsinlər. Adətən, ağlı yerində olan liderlər buraxılmış səhvləri nəzərə alaraq yeni nəsl, yeni ağıllar yetişdirməyə çalışır. Azərbaycan Xalq Cəbhəsi Partiyası isə, təəssüf olsun ki, ağıldan kəm, nadanlar istehsal etmək maşınına çevrilib. Özünü ağıllı təqdim etmək üçün bu sayda insanları ağıldan şikəst etməsin!".

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə