"Prezidentin gördüyü uğurlu işlər bütün dünyada təqdir olunur" ŞƏRH-ÖZƏL

"Prezidentin gördüyü uğurlu işlər bütün dünyada təqdir olunur" ŞƏRH-ÖZƏL

“Ölkə başçısı tərəfindən qəbul edilən qərarların və görülmüş uğurlu tədbirlərin bütün dünyada Azərbaycanın bu sahədə kimi nailiyyətləri kimi qiymətləndilir. Bununla bərabər, hökumətin vaxtında atdığı addımlar olduqca qətiyyətli və çevik hərəkətlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də təqdir edilib”. Bunu SİA-ya açıqlamasında iqtisadçı Elçin Quliyev deyib.

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə Prezidenti İlham Əliyev arasında keçirilən videokonfransı xatırladan iqtisadçı söyləyib ki, videokonfransda Bank rəhbəri Suma Çakrabartinin də qeyd etdiyi kimi, ölkəmizin yoxsulluğun rekord dərəcədə aşağı salınmasına nail olması dünyada ən yüksək templərdən biri olub.

E.Quliyev söyləyib ki, həmin nailiyyətlərin qorunub saxlanılması, əhalinin müdafiəsi sahəsində görülən işlər xüsusilə qeyd edilməli, sahibkarlara dəstək, inqilabi sosial paketlərin tətbiqi uzun müddətli dövrü əhatə edən və perspektivli addımlardır: “Azərbaycanın həm regionda, həm də dünyada dayanıqlı inkişaf yolunda stabil addımlar atan azsaylı ölkələrdən biri, hətta yeganə ölkə olması ölkəmizə nüfuzlu bank tərəfindən verilən yüksək qiymətdir”.

Ekspert qeyd edib ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan məqsədyönlü addımlar nəticəsində, böhran vaxtı qeyri-neft sektorunun artım templəri də ölkəmizin uğur hekayəsidir: “Eyni zamanda, videokonfransda cənab Çakrabarti bildirdi ki, gələn il Bank tərəfindən aparılacaq qiymətləndirilmə Azərbaycan üçün çox müsbət olacaq. Bütün bunları nəzərə alaraq, Bank tərəfindən Azərbaycana enerji, infrastruktur və İKT sahələri üzrə böyük həcmdə - 250 milyon dollardan artıq sərmayə yatırılacağı planlaşdırılır ki, bu da böhrana cavab tədbirləri və iqtisadiyyatın canlandırılması baxımından təqdirəlayiqdir”.

Elektrik enerjisi şəbəkəsinə gəldikdə, E.Quliyev vurğulayıb ki, Azərbaycan bu sahədə ixracatçı ölkələr sırasındadır və biz şəbəkənin təkmilləşdirilməsinə təxminən 100-200 milyon avro məbləğinin yatırılması bizim bu sektorda ixrac potensialımızın artırılmasına imkan verəcək və regionda müqayisəli üstünlüyümüzü daha artıracaq: “Bundan başqa, yaşıl şəhər təşəbbüsünə qoşulan ilk ölkələrdən biri olan Azərbaycan üçün geniş imkanlar mövcuddur. Tullantıların idarə edilməsi layihəsi baxımından Gəncə şəhərinin ilk yaşıl şəhər layihəsi olması təklifi xüsusilə cəlbedicidir və əhəmiyyətli məsələlərdəndir. Həmçinin, Aztelekom şirkəti ilə bağlı təklifləri də qeyd etmək olar. Belə ki, regionlarda genişzolaqlı internet imkanları genişləndirilməsi pandemiyadan sonra bərpa mərhələsi, o cümlədən xidmətlərin elektronlaşdırılmasının sürətləndirilməsinə əhəmiyyəti təsir edə bilər”.

İqtisadçının sözlərinə görə, Bankın təklifləri arasında mühüm infrastrukturlar üzrə proqramlarının, o cümlədən aqrar sahənin inkişafı üçün yeni texnologiyaların tətbiqinin yer alması qeyri-neft sektorunun inkişafına ciddi təkan verə bilər: “Bütün bunlar bir daha göstərir ki, dövlət başçısının məqsədyönlü siyasəti ölkəmizin daha uğurlu inkişafı üçün ciddi təməl yaradıb və gələcəkdə iqtisadiyyata əlavə investisiyaların cəlb olunmasına təkan verəcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə