Nə yaxşı ki, varsınız və bizim Prezidentimizsiniz - MƏKTUB

Nə yaxşı ki, varsınız və bizim Prezidentimizsiniz - MƏKTUB

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması istiqamətində atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA xəbər verir ki, Goranboy rayonu Nizami kənd tam orta məktəbin VII sinif şagirdi Gül İbrahimova yazır:

Sevimli prezidentimiz, Azərbaycan xalqının dəyərli rəhbəri.

Siz bu çətin vaxtlarda - pandemiya dövründə bizlərin qayğısına qaldınız. Düzgün qərarlarınızla virusun əhali arasında daha çox yayılmasının qarşısını aldınız, xalqımıza əsl atalıq qayğısı göstərdiniz. Biz şagirdlər evdə qalsaq da, Sizin sayənizdə onlayn dərslərlə təhsildən qalmadıq. Buna görə Sizə dərin minnətdarlığımı bildirirəm. Nə yaxşı ki, varsınız və bizim Prezidentimizsiniz.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə