Siz daim xalqımızı düşünür və hər bir vətəndaşın qayğısına qalırsınız - MƏKTUB

Siz daim xalqımızı düşünür və hər bir vətəndaşın qayğısına qalırsınız - MƏKTUB

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması istiqamətində atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA xəbər verir ki, Xaçmaz rayonunda yaşayan Nuranə Hacımirzəyeva yazır:

Hörmətli cənab Prezident.

Azərbaycan xalqının lideri kimi atdığınız mötəbər addımlara, ən ağır zamanlarda öz xalqınızın yanında olduğunuza görə Sizə sonsuz minnətdarlığımı bildirirəm.

Dünyada böyük bir bəlaya çevrilən koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Belə bir vəziyyətdə Siz öz vətəndəşlarınızın yanında oldunuz.

Cənab Prezident, insanların sağlamlığının qorunması məqsədilə gördüyünüz işlər, qabaqlayıcı tədbirlər bir daha sübut edir ki, Siz daim xalqımızı düşünür və hər bir vətəndaşın qayğısına qalırsınız. Sizin hər bir işiniz xalqımız tərəfindən dəstəklənir.

Xalqımızın rifahı, daha yaxşı yaşaması üçün gördüyünüz bütün işlərə, yorulmaz fəaliyyətinizə, Sizin və Mehriban xanımın bu dar gündə xalqımıza verdiyiniz dəstəyə görə bir gənc olaraq Sizə təşəkkür edirəm.

Allah-Təala Sizi və ailənizi qorusun.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə