Siz Azərbaycanı böyük bəlalardan qoruyursunuz - MƏKTUB

Siz Azərbaycanı böyük bəlalardan qoruyursunuz - MƏKTUB

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması istiqamətində atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA xəbər verir ki, Ağcabədi rayonu, Avşar kənd sakini İqbal Abdullayev yazır:

Hörmətli cənab Prezident.

Tarix sübut edir ki, güclü və müdrik lider hər bir xalq, hər bir dövlət üçün çox mühüm amildir. Biz bunu müstəqil Azərbaycanımızın timsalında da görmüşük və bu gün də görürük. Ulu öndər Heydər Əliyev ölkəmizi, xalqımızı fəlakətdən necə xilas etmişdisə, Siz də bu gün Azərbaycanı böyük bəlalardan qoruyursunuz. Son vaxtlar yaşanan hadisələr bunu bir daha sübut edir. Vaxtında atdığınız uğurlu addımlar, verdiyiniz müdrik qərarlar sayəsində ölkəmiz koronavirus pandemiyası ilə qətiyyətlə mübarizə aparır və əminik ki, bu mübarizədən qalib ayrılacaqdır.

Cənab Ali Baş Komandan, şəhid Milli Qəhrəman Abdullayev Namiq Vahid oğlunun ailəsi Sizin gördüyünüz işlərin dəyərini çox yaxşı bilir və Sizə hər zaman güvənir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə