Gəncədə veteran idmançılara və aztəminatlı ailələrlə ərzaq sovqatı verilib - FOTO

Gəncədə veteran idmançılara və aztəminatlı ailələrlə ərzaq sovqatı verilib - FOTO

Koronavirus pandemiyası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi karantin rejimi ilə bir sıra vətəndaşların evdən çıxma qadağası nəzərə alınaraq aztəminatlı ailələrə yardım aksiyası reallaşdırılır. SİA-nın xəbərinə görə, Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına dəstək olaraq, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi də yerli icra hakimiyyətinin təşəbbüsünə qoşulub. İdarə tərəfindən sağlamlıq məhdudiyyətli şəxslərə, veteran idmançılara və digər kateqoriyadan olan aztəminatlı ailələrə ərzaq sovqatı verilib.

Yardım aksiyasında İdarənin əməkdaşları 50-yə yaxın aztəminatlı ailəyə baş çəkiblər. Ayrıca pandemiya müddətinə kimi bu cür aksiyaların davam etdirilməsi qərara alınıb

Şəhər sakinləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Məlumat üçün bildirək ki, pandemiya dövründə aztəminatlı ailələrlə bərabər, veteran idmançılar da ərzaq yardımı ilə təmin edilib

Bütün xəbərlər Facebook səhifəmizdə