Əli Kərimli avantürist və satqındır

Əli Kərimli avantürist və satqındır

Bu bir real faktdır ki, müxalifət düşərgəsində təmsil olunan partiya funksionerlərinin əsas məqsədləri ancaq Azərbaycan dövlətçiliyini, onun müstəqilliyini sarsıtmaqdır ki, buna da nail ola bilmirlər. Müxalifətçi partiya sədri adı altında maskalanan Kərimli və yaxın ətrafı qarşısında dayanan əsas məqsəd dövlətimizin strateji hədəflərinin sabotaj olunması, dövlətimizin beynəlxalq aləmdə qazandığı yüksək nüfuzuna xələl gətirməkdir. Nə əldə edib, indi də Belə ki, ölkədə keçirilən hər seçkiərəfəsi "boykot" etmək çağırışlar etməsi avanturist və satqın Ə.Kərimli xəstəliyidir. Və bu günə kimi etdiyi bu çağırışları ilə nə əldə edib?. Soruşmaq istərdik ki, onları özlərindən başqa eşidən varmı? Bu barədə düşünüblərmi ki, 26 il müddətində dəfələrlə seçkiləri və referendumları "boykot" etmələrinə rəğmən, nə əldə ediblər? Necə deyərlər, özlərini daha pis duruma sürükləyiblər. Əlbəttə ki, indi xarici qüvvələrin Bakıdakı təmsilçisi Ə.Kərimli kimi avanturist və satqının bu barədə düşünməsi, nəticə çıxarması ona sərf də etmir. Ona sərf edən budur ki, dövlət öz təməllərini möhkəmləndirməkdən ötrü xalqın marağına cavab verən qanun layihələri hazırlasın, bunlar da həmin layihələr ətrafında varlığını sübut etməyə çalışsın.

Ancaq əbəs yerə özünü yorur. Çünki Ə.Kərimlinin fəaliyyəti və irəli sürdüyü iddialar ermənilərin Azərbaycana qarşı həyata keçirməyə cəhd etdikləri informasiya müharibəsinin başlıca istiqamətləri ilə tam şəkildə üst-üstə düşür.

Ə.Kərimli həmişə olduğu kimi, bu gün də daxildə vəziyyəti gərginləşdirməyə xidmət edən çağırışlar irəli sürür. Elə bu günlərdə neftin qiymətinin aşağı düşməsi ilə bağlı sosial şəbəkələrdə bildirir ki, "Azərbaycan iqtisadi çətinliklər ərəfəsindədir". Bax, budur Ə.Kərimlinin əsl siması - uğurumuzu uğursuzluq, qələbəmizi məğlubiyyət kimi qələmə verməklə, və hakimiyyəti ittiham hədəfinə çevirməyə cəhd göstərməklə satqınçılığını nümayiş etdirir. Çünki Ə.Kərimli həmişə anti-Azərbaycan qüvvələrin dəyirmanına su töküb.

Siyavuş Novruzov: “Əli Kərimli ilana ağı verən kərtənkələdir”

YAP İcra katibinin müavini , Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov dövlətin pandemiyaya qarşı apardığı mübarizəyə müxalifətin hay-həşir salmasının onların satqın və xəyanət yolu tutması ilə əlaqələndirib: “Xaricdə oturub Azərbaycan əleyhinə iş aparan adamlar var. Biz konkret olaraq adlar deməliyik, onları ifşa etməliyik. ABŞ-da oturan Sevinc Osmanqızı, Avropada oturan Qənimət Zahit Avropada deyir ki, Azərbaycanda koronavirusa qarşı mübarizə aparılmır. Bəs ölkəmizdə bu qədər işlər görülür, karantin rejimi tətbiq olunur. Bu işləri kim görür?”.

O qeyd edib ki, həmin insanlar özləri xaricdə evdə oturub çölə çıxa bilmirlər, hüquq-mühafizə orqanlarının tələblərinə ikiqat tabe olurlar: “Ancaq burda Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və…bu kitmi satqın və xainlər, xalqa düşmən olanlar deyirlər ki, çölə çıxın. Bunlar istəyirlər ki, Azərbaycanda vəziyyət pis olsun və onlar sevinsinlər. Deyir “ilana ağı verən kərtənkələrdir". Bunlara da ağlı verən Ə.Kərimlidir. Utanmasalar deyərlər ki, koronavirusu Azərbaycan yaradıb. Biz bunları ifşa etməliyik ki, bunlar hardan maliyyələşdirilir. Bunlar iqtidara müxalifət deyil, bunlar xalqa, dövlətçiliyə müxalifətdir. Ona görə də belələrini hətta ölkənin həssas dönəmlərində Vətən, dövlət, xalq kimi əhəmiyyətli faktorlar qətiyyən maraqlandırmır. Xəyanətkarları, satqınları birləşdirən məqam da məhz budur".

S.Novruzovun sözlərinə görə hazırda Azərbaycanın əldə etdiyi üstün mövqeyə dəstək vermək əvəzinə, Əli Kərimli və onun rəhbərlik etdiyi AXCP, onun sosial mediadakı söyüş qrupları tam əks-mövqe tutaraq, erməni dəyirmanına su tökməklə məşğuldurlar: “Əli Kərimli kimi ünsürlər əsl düşmən xislətini bir daha açıq şəkildə ortaya qoymuş olur. Əsl düşmən kimi uğurumuzu uğursuzluq, qələbəmizi məğlubiyyət kimi qələmə verməklə və hakimiyyəti ittiham hədəfinə çevirməyə cəhd göstərməklə! Və xalq ölkədə vətəndaş qarşıdurması yaratmağa cəhdlər göstərən Əli Kərimlini və ətrafındakıları etdiyi əməllərinə görə cəzasını almaq tələbini irəli sürür. Ona görə də, Azərbaycan iqtidarı dövlətin, millətin maraqlarını heçə sayan, hər kəsi mənəvi terrora məruz qoymağa çalışan Əli Kərimli və onun kimi antimilli ünsürlər barəsində sərt ölçü götürməli, cəmiyyətdən təcrid etməlidir”.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə