Ağstafada imkansız ailələrə ərzaq yardımı paylanılıb

Ağstafada imkansız ailələrə ərzaq yardımı paylanılıb

Koronavirusa qarşı mübarizə tədbirlərinə başlanıldığı ilk gündən Prezidentimiz İlham Əliyev ölkə vətəndaşların sağlamlığının qorunmasını, koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsini bir nömrəli vəzifə kimi qarşıya qoydu, bütün diqqəti bu sahəyə yönəltdi. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə respublikamızda tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar ölkə başçısı tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olaraq ayrı-ayrı iş adamları tərəfindən aztəminatlı ailələrə, ahıl və tənha yaşayan vətəndaşlara ərzaq yardımlarının göstərilməsi davam etdirilməkdədir.

YAP Ağstafa rayon təşkilatının sədr müavini, iş adamı Elmar Kərimov bu missiyaya qoşularaq öz şəxsi vəsaiti hesabına Ermənistanla sərhəddə yerləşən Köhnəqışlaq kəndində hər bir ailəyə ərzaq yardımı paylanıldı. Rayon ərazisində yaşayan aztəminatlı ailələrə, ahıl və tənha yaşayan vətəndaşlara Elmar Kərimov tərəfindən ümumilikdə 1000 ailəyə ərzaq yardımının paylanılması davam etdirilir. Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən diqqət və qayğıya görə Elmar Kərimova minnətdarlıqlarını bildirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə