Azərbaycan tərəfin atəşkəsi pozması barədə yayılan məlumat yalandır Müdafiə Nazirliyi
Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycan tərəfinin minaatanlardan istifadə etməklə atəşkəs rejimini pozması barədə yayılan xəbər yalandır, həqiqəti əks etdirmir. Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib ki, Ermənistan tərəfinin iddiasının əksinə olaraq bu gün gündüz saatlarında düşmən ordusunun bölmələri atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutub:
"Azərbaycan Ordusunun bölmələri 82 millimetrlik minaatanlardan istifadə etməklə cavab atəşi ilə düşmənin atəş nöqtələrini susdurub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB