Siz Azərbaycan xalqının qayğıkeş Liderisiniz! - PREZİDENTƏ MƏKTUBLAR

Siz Azərbaycan xalqının qayğıkeş Liderisiniz! - PREZİDENTƏ MƏKTUBLAR

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması istiqamətində atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Baba Səmədov Şəkidən yazır:

Çox hörmətli Prezident.
Koronavirusun dünyanı cənginə aldığı dövrdə ölkəmizdə bu bəlaya qarşı gördüyünüz qabaqlayıcı tədbirlərə görə Sizə minnətdarlığımı bildirirəm. Mən fəxr hissi keçirirəm və qürrələnirəm ki, Sizin Prezidenti olduğunuz dövlətdə yaşayıram. Siz xalqınızı, millətinizi canınızdan da çox istəyirsiniz. Əminik ki, bu şərəfli işinizi bundan sonra da uğurla davam etdirəcəksiniz.

Neftçala rayonundan İkinci dərəcəli əmək ordenli Əlihüseyn Hacıyev yazır:

Hörmətli cənab Prezident.
Sizin tapşırığınızla görülən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, Azərbaycanda koronavirus pandemiyasi tam nəzarət altındadır. Halbuki dünyanın ən inkişaf etmiş ölkələrində virusa yoluxma və ölüm halları dəfələrlə çoxdur.
Əlbəttə, bu Sizin uzaqgörənliyinizin sayəsindədir. Sizinlə fəxr edirik. Allah Sizə və ailənizə cansağlığı versin.
Mən Sizin vətəndaşa necə dəyər verdiyinizin canlı şahidi olmuşam. 2017-cl ildə Neftçalaya səfəriniz zamanı mənim fermer təsərrüfatımda oldunuz, təsərrüfatın üzvləri ilə səmimi görüş keçirdiniz, müvafiq tövsiyələr verdiniz.
Biz Azərbaycan xalqı fəxr edirik ki, Sizin kimi Liderimiz var. Bu işləriniz bir daha sübut edir ki, Siz Azərbaycan xalqının dahi Lideri Heydər Əliyevin davamçısınız.
Allah Sizi qorusun.

Qubadlı rayonundan məcburi köçkün İlkin Cabbarlı Bakıdan yazır:

Çox hörmətli möhtərəm Prezident.
Mən bir Azərbaycan gənci olaraq, bu çətin dövrdə biz məcburi köçkünlərə göstərdiyiniz qayğıya görə Sizlərə öz adımdan və məskunlaşdığımız yataqxananın məcburi köçkünləri adından təşəkkür edir, dərin minnətdarlığımızı bildiririk.Bir daha bəyan edirik ki, dövlətçiliyimizin inkişafı, millətimizin xoşbəxtliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda apardığınız mübarizədə daim Sizi dəstəkləyir və Sizinləyik.Hər şey üçün təşəkkür edirik.

Bakı şəhər sakini Fuad Paşayevin qeydlərindən:

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Sizə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi kimi müraciət edərək, həm bizə yaradılan şəraitə, həm tətbiq edilmiş onlayn dərs sisteminə, həm də bu ağır günlərdə xalqımıza, millətimizə qayğı göstərib yanımızda olduğunuza görə təşəkkürümü bildirirəm.
Televiziyada Sizə yazılan məktubları görüb mən də öz təşəkkürümü və minnətdarlığımı çatdırmaq qərarına gəldim.
Mənim ən böyük arzum Dövlət Sərhəd Xidmətində zabit kimi çalışıb Azərbaycan Respublikasına xidmət etməkdir.Həm hərbi xidmətə olan marağım, həm də Prezidentimə, xalqıma olan sevgim məni bu peşənin vurğunu edib. Zamanı gəldikdə Sizin əmrinizlə torpaqlarımızı geri qaytarmaq üçün mətanətlə ən irəlidə getməyə hazıram.
Mənim anam da bir tibb işçisi olaraq koronavirusa qarşı ən öndə mübarizə aparanlardandır.İnşallah, bu ağır günləri geridə qoyub gözəl günlərə addım atacağıq.Allah bizlərin köməyində olsun.
Cənab Prezident, bir daha Sizə və ailənizə təşəkkür edirəm. Bu sınaq günlərində Sizə cansağlığı, uğurlar arzulayıram.Allah Sizləri qorusun.

Saray Fərziyeva Astara rayonundan yazır:

Möhtərəm cənab Prezident.
Ölkəmizdə şəhid ailələrinə olan yüksək münasibət Sizin şəhidlərin ruhuna sonsuz ehtiram hissinizdən, şəhid ailələrinə olan böyük qayğınızdan irəli gəlir. Mən Heydər Əliyev Fondunun xəttilə müayinə və müalicə olunduğuma görə, Sizə və Mehriban xanım Əliyevaya sonsuz təşəkkürümü bildirirəm.
Əziz Prezidentimiz, ölkəmizdə koronavirusa qarşı mübarizə çərçivəsində vətəndaşların sağlamlığını düşünməyiniz, karantin dövründə maddi çətinliklərlə üzləşmiş ailələrə etdiyiniz yardımlar, pandemiyaya qarşı yüksək səviyyədə qabaqlayıcı tədbirlərin təşkili bir şəhid anası kimi ürəyimə rahatlıqgətirir. Övladımın düşmənlə mübarizədə şəhid olması ilə nə qədər qürur duyuramsa, nəvə-nəticələrimin bu virusun qurbanına çevrilməsindən o qədə vahimələnirəm. Çox sağ olun ki, xalqımızı bu bəladan qorumaq üçün bütün imkanları səfərbər edirsiniz. Gördüyünüz bütün işlərə görə 117 ailə üzvüm – 17 övladım, 45 nəvə və 55 nəticəm adından Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan xalqı hər bir işdə Sizə güvənir, dəstəyinizi, gücünüzü daim hiss edir, Sizinlə qürur duyur. Tanrı Sizi və xalqımızı qorusun.

Bakıdan Zəngilan rayonundan məcburi köçkün, Qarabağ Müharibəsi veteranı Sultan Şükürovun məktubunu oxuyuruq:

Hörmətli cənab Prezident.
Siz hər zaman vurğulayırsınız ki, “Mən hər bir azərbaycanlının Prezidentiyəm və hər bir azərbaycanlının yanındayam”. Biz də bunu həmişə hiss edirik. Bu çətin dövrdə Sizin xalqın yanında olmanız buna bariz nümunədir. Məhz buna görə Sizə minnətdarıq.
Cənab Prezident, hər çətin gündə Sizinlə yanaşı olan, Sizinlə çiyin-çiyinə xidmət edən, xalqına diqqət və qayğısını əsirgəməyən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da “çox sağ olun” deyib, minnətdarlığımızı bildiririk.
Ulu öndər Heydər Əliyevin siyasi irsini sevən və dəstəkləyən bir nəslin nümayəndəsi kimi Sizi, bir seçiciniz olaraq hər zaman dəstəkləmişəm və dəstəkləyəcəyəm. Sizinlə yanaşı Sizi dəstəkləyənlərə də “çox sağ olun” demək istəyirəm. Sizə xain gözlə baxanları isə pisləyirəm.
Möhtərəm Prezident, Siz doğru yoldasınız və bu yolda Sizə uğurlar arzulayıram. Ulu Tanrı Sizi qorusun, xalqına çox görməsin.

Qubadlı rayonundan məcburi köçkün Kamil Əhmədov Sumqayıt şəhərindən yazır:

Hörmətli cənab Prezident.
Ölçüyəgəlməz xidmətlərinizə görə bir vətəndaş kimi Sizə minnətdarıq.Mən gənc dövlətimizin dünya dövlətləri arasında böyük nüfuza malik olmasından qürur duyuram.
Siz xalqın çətin anlarında, təbii fəlakətlər zamanı vətəndaşın yanında oldunuz.Məcburi köçkünlərə qayğınız isə ölçüyəgəlməzdir.Münxendəki görüşdə Paşinyana ustadlıq dərsi keçməniz isə Sizə olan sevgimizi qat-qat artırdı.
Son zamanlar ölüm kabusuna çevrilmiş, dünya iqtisadiyyatını iflic vəziyyətə salmış, bəşəriyyətə qlobal təhlükə yaradan koronovirus pandemiyası ölkəmizə də təsirsiz ötüşməmişdir.
Mənim yaşım 65-i ötmüşdür. Pandemiya ilə mübarizə tədbirləri haqqında məlumatları, Sizin çıxışlarınızı mətbuatdan izləyirəm və hər gün qürur hisləri keçirirəm. Görürük ki, Sizin üçün hər bir Azərbaycan vətəndaşının sağlamlığının qorunması bu gün hər şeydən irəlidir. Mən də xalqımızı həmrəyliyə səsləyən “Biz birlikdə güclüyük!” çağırışı edən rəhbərə “min alqışlar olsun” deyirəm.
Yaranmış iqtisadi vəziyyətdə də Siz birinci növbədə vətəndaşlarımızı düşündünüz. Sizin atdığınız hər bir addım bizdə nikbinlik yaradır.
Heydər Əliyev Mərkəzinin binasının üzərində pandemiyadan əziyyət çəkən ölkələrin bayrağının dalğalandırılması Azərbaycanın bütün dünyada sülh, dostluq, tolerantlığın, insanlığa sevgi mesajı idi.
Böyük Yaradan adı Azərbaycan dövlətçilik tarixinə əbədi həkk olunmuş ümummilli liderimiz Heydər Əliyevin davamçısı kimi Sizi hifz etsin.

Gəncə şəhərindən Azərbaycan Texnologiya Universitetinin tələbəsi Elxan Hüseynov yazır:

Möhtərəm cənab Prezident.
Hazırda bəşəriyyət koronavirus pandemiyasının yaratdığı problemlərlə, böhranlarla üz-üzə qalmışdır. Pandemiyanın təhlükəsinin miqyası inkişaf etmiş dövlətlərin düşdüyü dəhşətli vəziyyətdə öz əksini tapmışdır. Belə bir fövqəladə vəziyyətdə verdiyiniz düzgün qərarlar, qabaqlayıcı tədbirlər, sosial rifahın yüksəldilməsi tədbirləri Sizin Azərbaycan xalqı üçün qayğıkeş Lider olmağınızın təzahürüdür. Şəxsiyyətindən, yaşından və dinindən asılı olmayaraq həmişə vətəndaşlarımızın yanında olmuş, dərdlərinə dərman olmusunuz. Xarici media orqanlarında Azərbaycan Respublikasının pandemiya ilə apardığı mübarizə modelini nümunə kimi göstərildiyini görəndə dərin fəxr hissi keçirdirəm. Xalqımızın rifahı üçün göstərdiyiniz xidmətə görə Nizami yurdu Gəncədən Sizə ailəmizin səmimi qəlbdən Salamını göndərir və dərin minnətdarlığımızı bildirirəm.

Qax rayonu, Zəyəm kəndindən Pənah Baliyev yazır:

Möhtərəm cənab Prezident.
Qürurla deyə bilərik ki, bütün bəşəriyyət üçün təhlükə yaradan koronavirus pandemiyasının ölkəmizdə yayılmasına qarşı mübarizə Sizin rəhbərliyinizlə çox yüksək səviyyədə təşkil olundu, dövlətimiz tərəfindən zamanında qəbul edilən mükəmməl qərarların müsbət nəticələri artıq göz qabağındadır.
Cənab Prezident, kommunal xərclər üçün limitin artırılması, aztəminatlı və imtiyazlı ailələrə yardım paketlərinin çatdırılması, işsizlərə birdəfəlik ödənişlərin verilməsi, bir sözlə, hər bir azərbaycanlının dövlətimizin diqqət və qayğısının mərkəzində olması Sizin hər zaman vətəndaşları düşünməyinizin aydın təzahürüdür.
Hörmətli cənab Prezident, xalqımıza daim dayaq olaraq, bizim həyat şəraitimizin yaxşılaşdırılmasına, sağlamlığımızın qorunmasına və problemlərimizin anında həll edilməsinə göstərdiyiniz xüsusi diqqətə görə şəxsən öz adımdan, kəndimizin bütün sakinləri adından Sizə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildirirəm. Ulu Tanrı Sizi qorusun.

Bütün xəbərlər Facebook səhifəmizdə