Ruslan Əliyev: “İsa Qəmbər və Əli Kərimli ermənipərəstdirlər, gəncləri onların yalan təbliğatına uymamağa çağırırıq” - DEBAT (SƏS TV)
Yeni Azərbaycan Partiyası Nizami rayon Gənclər Birliyinin sədri Əli Pənahov, sədr müavini Ruslan Əliyev, Yeni Azərbaycan Partiyası Qaradağ rayon Gənclər Birliyinin üzvü Tünzalə Muradova, Yeni Azərbaycan Partiyası Nəsimi rayon Gənclər Birliyinin idarə heyətinin üzvü Bəxtiyar Budaqlının SİA-ya müsahibəsi:
- Azərbaycan gəncliyi ölkəmizdə gedən ictimai-siyasi proseslərdə neçə iştirak edir?
Ruslan Əliyev - Bildiyiniz kimi, ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra gənclərə geniş imkanlar açılıb. Ulu öndərin davamçısı olan hazırki prezidentimiz İlham Əliyev bu siyasəti daha təkmil formada həyata keçirir. Ölkəmizdə gənclərə böyük şərait yaradılır, onlarla bağlı yeni sərəncamlar verilir. Gənclərin ölkənin ictimai-siyasi proseslərində fəal iştirak etməsi üçün bütün şərait yaradılıb. Onların xaricdə təhsil almaları mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda gənclər istədikləri ali məktəbə, akademiyalara daxil ola bilirlər. Əvvəllər bu cür imkanlar yox idi.
Bundan əlavə ölkə başçısının gənclərlə bağlı yeni sərəncamı var. Bütün bunlara görə, biz ölkə başçısına minnətdarlığımızı bildiririk. Gənclərimiz də onlara verilən diqqət, qayğını itirməməlidir. Ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi uğrunda mübarizə aparmalıdır.
- Bəs, gəncləri narazı salan nədir? Nəyə görə bəzi gənclər müəyyən qüvvələrin təsiri altına düşərək qanunsuz aksiyalarda iştirak edirlər?
Tünzalə Muradova - Bilirsiniz, həmin gənclər Azərbaycanın sağlam ruhlu gənclərinin adından danışa bilməzlər, onlara bu haqqı heç kim verməyib. Bir neçə nəfərə görə bütün gənclərin adı bədnam olmamalıdır. Hər bir gəncin demokratik fikirləri olmalıdır. Hansısa qüvvələrin təsiri altına düşüb Azərbaycanın imicini ləkələmək, bizə yaradılan şəraiti, qayğıları görməzliyə vurmaq olmaz. Onların etdikləri bir gənc kim məndə də böyük təəssüf hissi doğurur. Çox təəssüf ki, bəzi gənclər sağlam qüvvələr ətrafında birləşmək, daha da inkişaf etməkdənsə onlara lazım olmayan tərəflərə yönəlirlər. İstəməzdim ki, belə bir proses baş versin.
- Ölkəmizdə gənclərə diqqət-qayğı olduğu bir vaxtda nəyə görə radikal müxalifətin gənclər siyasəti pozuculuğa yönəlib?
Əli Pənahov - Azərbaycanın qayğısı ilə xaricdə təhsil alan gənclərimiz küçələrə çıxamaqla, sosial portallarda nalayiq sözlər işlətməklə nəyəsə nail olmağa çalışırlar. Təsadüfi deyil ki, bu gənclərdən istifadə edərək ölkəmizin inkişafından geri salmaq istəyirlər. Müxalifətin mövcudluğu labüddür, lakin Azərbaycanın mədəniyyətinə, mənəviyyatına, onun inkişafına, müasirləşməsinə, hətta Azərbaycan gəncliyinə müxalifət lazım deyil. Azərbaycanı təxribata aparanların yox, biz gəncləri dəstəkləyənlərin daim arxasındayıq. Müxalifətin gənclərdən istifadə etməsinə gəlincə, gənclik çılğınlıq deməkdir və müxalifətin gənclərdən istifadə etməsi onların son ümid yeri kimi görünür. Lakin Azərbaycan gəncliyi 3-5 nəfərdən ibarət deyil. Biz gənclər müxalifətin nəyə qadir olduğunu bilirik. Biz gənclərə göstərilən diqqət qayğı çox böyükdür. Biz bu ehtimadı doğrultmağa çalışırıq. Çünki biz öz inkişafimızı iqtidarın yanında görürük.
- Bəzi qüvvələrin təsir altına düşən gənclər bu azmış kimi sosial şəbəkələrdə erməni gənclərinin də təsir altına düşürlər. Sizin buna münasibətiniz necədir?
Bəxtiyar Budaqlı - Bu gün dünyada hər kəs sosial şəbəkələrdən istifadə edir. Onlar bu şəbəkələrdən öz dövlətlərini, mədəniyyətlərini təbliğ etmək üçün istifadə etsələr də təəssüf ki, Azərbaycanda bəzən sosial şəbəkələrdən əks istiqamətdə istifadə olunur. Necə ki, müxalifətin müəyyən qrup tərəfdarları bu şəbəkələrdən istifadə edir. Təəssüf ki, orada erməni gəncləri və ermənilər tərəfindən dəstəklənən insanlar iştirak edirlər. Bu bizi hiddətləndirir, nifrətimizi artırır. Biz bilirik ki, ermənilər Xocalı və digər bu kimi soyqırımlar törədiblər. Heyf ki, bəzi gənclər bu kimi insanların təsir altına düşərək onların istəklərini həyata keçirmək istəyirlər. Ermənistanın bu cür addımı başa düşüləndir. Çünki ölkəmizin inkişafı, regionda lider dövlətə çevrilməsi onlarda qısqanclıq hissi oyadır. Onlar bilirlər ki, ölkəmizin inkişafı Dağlıq Qarabağ probleminin tez bir zamanda həllinə gətirib çıxaracaq. Lakin biz gənclər heç bir zaman radikal müxalifətin bəzi qüvvələrinin təsiri altına düşəməyəcək, daim ölkə başçısını dəstəkləyəcəyik.
- Təsir altına düşən bəzi gənclərin bu yoldan çəkindirmək üçün hansı təbliğat üsulları doğrudur?
Əli Pənahov - Biz Nizami rayonu olaraq gənclərlə dəfələrlə görüşlər tədbirlər keçiririk. Onları marriflənməyə çağırır, ölkədə gedən inkişafı, reallıqları onlara çatdırmağa çalışırıq. Gəncləri bu cür əməllərdən çəkinməyə çağırırıq.
Tünzalə Muradova - Hər bir gənc çalışmalıdır ki, keçmişinə baxıb gələcəyinə qiymət versin. Biz keçmişimizi unutmamalıyıq, əgər keçimişimizi unutsaq, bizim gələcəyimiz də olmaz. Erməni daşnakları, bəzi müxalifət partiyaları ilə birləşib gəncliyimizə xələl gətirəcək addımlar atsaq, bu bizim ölkəmizin inkişafına, bizim gələcəyimizə mənfi təsir göstərə bilər. Biz ulu öndərin ideyaları arxasınca getməli, prezident İlham Əliyevin ətrafında sıx birləşməliyik. Keçmişimizi unutmamaqla gələcəyimizi qurmalıyıq.
Ruslan Əliyev - Biz səhv yola düşən gəncləri bu yoldan çəkindirmək üçün sosial şəbəkələrdən istifadə edirik. Orada biz təbliğat aparırırıq və deyirik ki, İsa Qəmbər və Əli Kərimli ermənipərəstdir. Biz gəncləri onların yalanına uymamağa çağırırıq. Bununla bağlı təbliğat işi aparırıq.
Bəxtiyar Budaqlı- Biz təbliğat apararkən bu cür gənclərə başa salırıq ki, əgər hər hansı bir problem varsa, onu bu cür yolla deyil, sakit formada bildirmək olar. İstənilən Avropa dövlətlərində də bu belədir. Əgər müxalifət sistemdən narazıdırsa, məsələni dinc yolla da həll edə bilər. Lakin bu cür aksiyalar keçirməklə, insanların istirahətini pozmaqla nəyəsə nail olmaq olmaz. Biz bundan əlavə bu cür gənclərə ölkədə gedən inkişaf prosesləri haqqında məlumat veririk. Biz bunları onlara göstərməklə iqtidarın düzgün siyasət həyata keçirdiyini sübut edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB