Cəmil Həsənlinin “SMS hoqqabazlığı”

Cəmil Həsənlinin “SMS hoqqabazlığı”

Əlisahib Hüseynov: "Onun ənənəvi məqsədi Azərbaycanı dünya ictimaiyyətinə mənfi yöndən tanıtmaqdır"

Son aylar satqınlar yuvası olan “Milli Şura” adlı ölü qurumun rəhbəri Cəmil Həsənlinin karantin qaydalarını “SMS”-lə icazənin şərtlərini pozan şəxslərə polis orqanlarının cərimə təyin etməsinə qarşı çıxaraq, bu cərimələri inzibatı qaydada ödənilməsi hallarını qanunsuz hesab edərək, “kəntoş” düşüncələrlə «varlığını» nümayiş etdirməkdədir. Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov sözü gedən məsələyə münasibət bildirərək, "Milli Şura" sədrinin vətəndaşlara tövsiyyə və çağırışlarının bir-birinə ziddiyyət təşkil etməsi onun hüquqi nihilizmini, məntiqsizliyini təsdiqlədiyini deyib: “Cəmil Həsənli Facebook hesabındakı paylaşımında əvvəlcə vətəndaşlara bildirir ki, -"bütün imkanlar daxilində karantin qaydalarına əməl etmək vacibdir". Sonrakı fikirlərindən birində isə deyir ki, - "cərimələri ödəməyə tələsməyin". Baxın, bir-biri ilə daban-dabana ziddiyət təşkil edən bu iki fikrin ikisini də eyni adam səsləndirir və bununla da vətəndaşları həm də qanunlara tabe olmamağa, anarxiyaya sövq etmiş olur.

Bu "peşəkar" siyasətçi sırf hüquqi məsələlərə dair status paylaşır, amma C.Həsənli hüquqi məntiqdən tamamilə uzaqdır. Onun bu fikirlərini oxuyan hər kəs başa düşür ki, Cəmil “professor” yox, kəntoşdur, qanunlardan xəbərsiz savadsızdır. Xəbəri olsaydı bilərdi ki, karantin günlərində tətbiq edilən cərimələr instututunun söykəndiyi konkret normativ huquqi aktlar var və bu normativ aktlar kimliyindən asılı olmayaraq qanunu pozan bütün şəxslər üçün hüquqi məsuliyyət yaradır. Bu mənada, Cəmil Həsənli və onun düşərgəsindən olanların "inzibati cərimələr polis tərəfindən tətbiq edilə bilməz və bu cərimələri yalnız məhkəmələr təyin edə bilər" fikiri tamamilə əsassızdır, yanlışdır. İnzibati Xətalar Məcəlləsinin tətbiqi ilə bağlı 795 saylı və 1256 saylı Fərmanlar hüquqi baxımdan cərimələrin polis tərəfindən tətbiqinə icazə verir. Odur ki, “siyasi təşkilat” rəhbərinin hüquqi məsələlərə bu cür bəsit tərzdə yanaşması yolverilməzdir".

Ə.Hüseynov qeyd edib ki, «Milli Şura» rəhbərinin “SMS-lə icazə sistemini ələ salaraq "SMS hoqqabazlığı" kimi səviyyəsiz bir ifadə işlətməsi də necə bərbad düşüncəyə malik olmasını açıq-aydın göstərir: "Onun "SMS hoqqabazlığı" adlandırdığı icazə sistemi pandemiya ilə mübarizə dövründə təkcə

Azərbaycanda deyil, əksər ölkələrdə, o cümlədən qonşu Gürcüstanda da tətbiq edilib. Həmçinin, Həsənlinin özünün də tez-tez "siyasi turist" kimi getdiyi, gəzdiyi xarici ölkələrin də bir çoxunda SMS-lə icazə rejiminin tətbiq edilməsinin şahidi olduq. Onda bu adamın xəstə məntiqindən belə çıxır ki, bu ölkələrin hamısı onun iddia etdiyi kimi hoqqabazlıqla məşğuldur? Bu dərəcədə qərəzli olmaq bir «siyasi təşkilat» rəhbəri və bir «professor» üçün ayıbdır. Məqsəd aydındır: Azərbaycanda demokratik mühitə zərbə vurmaq, xaos yaratmaq. Bunlar bu dərəcədə bu xalqa qənim kəsiliblər. İndi daxildəki bu düşmənlərin növbəti dəfə fürsəti olmayacaq. Çünki artıq güclü və inkişaf etmiş Azərbaycan dövləti, öz Prezidenti ətrafında böyük inamla birləşən xalq var. Artıq əksəriyyət və həqiqi demokratik prinsipləri meyar seçən müxalifət də bu qrupların xalq düşməni olduğunu aydın görür. Və dünyadakı karantin rejimindən istifadə edib Azərbaycana qarşı daxildəki bu qruplardan istifadə edərək məkrli planlar həyata keçirmək istəsələr də məqsədlərinə çatmayacaqlar. Çünki nə Azərbaycan 30 il əvvəlki deyil, güclü dövlətdir, nə də xalq əvvəlki deyil. Və məkirli niyyətləri elə niyyət olaraq qalacaq».

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə