Ölkədə yol infrastrukturunun yenilənməsi istiqamətində işlər davam edir - TƏHLİL

Ölkədə yol infrastrukturunun yenilənməsi istiqamətində işlər davam edir - TƏHLİL

Prezident İlham Əliyev: “Əldə edilmiş uğurların dünyada bərabəri yoxdur”

Hər bir xalqın dünyada tanınmasında, uğurlar əldə etməsində və təbii ki, dünyada cərəyan edən qlobal proseslərin öndə gedənlərinə çevrilməsində liderlərin xüsusi əhəmiyyəti mövcuddur. Liderlik amili elə bir şəxsiyyətlərə aid olunur ki, onlar xalqın və dövlətin maraqlarını müdafiə etməklə yanaşı, həm də inkişaf etdirir. Məhz bu kimi önəmli faktorun təhlilini apararkən, Azərbaycanın bu siyahıda birinci olması şəksizdir. Eyni zamanda, son aylar bütün dünyanı ağuşuna alan koronavirusla mübarizədə əksər ölkələr gözlənilmədən bəşəriyyətin üzərinə yeriyən koronavirus adlı kabusun qarşısında aciz qaldığı halda, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və operativ olması, kreativ lider kimi ən mürəkkəb hadisələri yüksək peşəkarlıqla idarə etməsi, qarşısına çıxan maneələri sürətlə keçməsi, düzgün qərarlar verməsi və bütün ölkənin aqibəti ilə yanaşı, hər bir vətəndaşın da qayğılarını eyni həssaslıqla düşünməsi Onun nüfuzunu dünya miqyasında artırır. Dövlət başçısının mübarizliyi və müdrik lider keyfiyyətləri yüz minlərlə insanın rəğbətinə səbəb olur. Bir sözlə, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə konkret iş görməklə daima öndədir.

Bəli, əsl iyasət konkret real iş görməkdən ibarətdir. "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir" deyən dövlət başçısının son 16 il ərzində qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar Cənab Prezidentin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, gerçəkliyə adekvat olduğunu göstərmişdir.

Məhz ölkəmizin davamlı inkişafına, xalqımızın rifahının yüksəlişinə xidmət edən, sürətlə yeniləşən və müasirləşən yol infrastrukturu da müstəqil dövlətçiliyimizin çox mühüm nailiyyətlərindəndir.

İnkişaf və tərəqqi yollardan başlayır

Dövlət başçısının mütəmadi olaraq, nəinki avtomobil yollarının, həmçinin digər sahələrin də inkişaf etməsin vəsaiti ayırır. Qeyd etdiyimiz növbəti Sərəncam da bunun təsdiqidir.

Elə bu günlərdə Prezident İlham Əliyevin “Azərbaycan – Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncamı yol-nəqliyyat infrastrukturunun müasir tələblərə cavab verən növbəti uğurlu addımıdır.

Sərəncama əsasən, Azərbaycan–Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun uzunluğu 23,5 kilometr olan hissəsinin 4 zolağa genişləndirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 30 milyon manat ayrılıb.

Budur, Prezident İlham Əliyevin ən böyük amalı. Və görülən işlərin reallıqları.

Son 16 ildə ölkə ərazisində 16 min 700 km yol salınıb

Dünyanın 141 ölkəsi arasında belə yüksək nəticənin əldə olunması son illər Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla aparılan yol infrastrukturunun genişləndirilməsi və təkmilləşdirilməsi işlərinin məntiqi nəticəsidir. Bir məqamı da vurğulamaq istərdim ki, 14-cü dəfə DAVOS İqtisadi forumunda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev keçirdiyi görüşlərdə müxtəlif sferalara, o cümlədən, tranzit potensialının reallaşdırılmasına, iqtisadiyyatın müxtəlif sahələrində, xüsusən enerji sahəsində qlobal əhəmiyyətli layihələrin icrasına aid məsələləri müzakirəsi zamanı Azərbaycanda kənd təsərrüfatı, nəqliyyat, infrastruktur, digər sahələrdə layihələrin həyata keçirilməsi ilə bağlı əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb. Prezident ölkəmizdə inkişafın yeni mərhələsində həyata keçirilən iqtisadi islahatlardan söz açıb. Onların əsas məzmunu, mahiyyəti və məqsədləri barədə geniş fikir mübadiləsi aparıb. Bu sırada informasiya-kommunikasiya texnologiyalarının tərəqqisinin prioritet sahələrdən biri olduğunu dövlət başçısı ayrıca vurğulayıb.

"Müasir infrastrukturun yaradılması bizim hökumətin ən əsas məqsədlərindən biridir"

Keçirilən görüşlərdə bu məqamı xüsusi olaraq vurğulamaq istərdik ki, şirkət rəhbərləri Azərbaycanda reallaşdırılan islahatların əsl mahiyyətini yaxşı anlayırlar. Əslində, bu məsələ "Bir kəmər, bir yol" təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı" adlı sessiyada öz konkret ifadəsini tapıb. Belə ki, müasir infrastrukturun yaradılması ilə bağlı verilən sualı Prezident İlham Əliyev lakonik cavablandırıb: "Müasir infrastrukturun yaradılması bizim hökumətin ən əsas məqsədlərindən biridir. Düşünürəm ki, biz coğrafi vəziyyətimizdən faydalanaraq əsasən infrastruktura, yəni, daxili infrastruktura və Azərbaycanın beynəlxalq hablardan birinə çevrilməsinə imkan verəcək infrastruktura sərmayə yatırmaqla doğru iş görmüşük".

Bəli, bütün deyilənlə onu sübut edir ki, dövlət başçımız hər bir Azərbaycan vətəndaşına açıq, rahat və müasir yol şəbəkəsi təqdim edir. Bu işlərin icrası həm də onu nümayiş etdirir ki, Azərbaycanda bütün sosial layihələr uğurla icra olunur. Bu isə, dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir.

"Biz bu uğurlara doğru birlikdə, vəhdət şəklində getmişik, bundan sonra da həmin yolumuzu davam etdirəcəyik"

Bəli, Azərbaycan inkişaf yolunu tutub və bu reallıq inkaredilməzdir ki, dövlətimizin düzgün təmələ əsaslanan siyasəti nəticəsində arxada qalan il əvvəlki ildən daha böyük uğurlarla zəngin olur. Ölkənin hərtərəfli inkişafında iqtisadi amilin rolunu önə çəksək, Azərbaycanın iqtisadi inkişaf srategiyasının bu gün digər ölkələrə nümunə göstərilməsi, ən əsası inkişafın Azərbaycan modelinin mövcudluğundan bəhs olunması uğurlarımızın təsdiqidir. Dövlətimizin başçısı İlham Əliyev də bu uğurlara əsaslanaraq bildirir: "Bu gün Azərbaycan öz qüvvəsi, maliyyə imkanları hesabına ən mürəkkəb layihələri icra edə və onu məntiqi sonluğa çatdıra bilər. Biz bu uğurlara doğru birlikdə, vəhdət şəklində getmişik, bundan sonra da həmin yolumuzu davam etdirəcəyik".

Göründüyü kimi, bütün bunlar bir daha onu təsdiqləyir ki, xalqımız möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında bundan sonra daha böyük nailiyyətlərə imza atacaq, qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaq.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə