Rəşad Mahmudov: “Azərbaycanda ildə beş minə yaxın xəstənin transplantasiyaya ehtiyacı olur”

Rəşad Mahmudov: “Azərbaycanda ildə beş minə yaxın xəstənin transplantasiyaya ehtiyacı olur”

Azərbaycanda ildə beş minə yaxın xəstənin transplantasiyaya ehtiyacı olur. SİA-nın xəbərinə görə, bunu Mərkəzi Neftçilər Xəstəxanasının ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, tibb elmləri namizədi Rəşad Mahmudov deyib. O, qeyd edib ki, bu xəstələrin donorlarla normal qanuni tərəfdən təşkil olunması dövlət proqramları şəklində ortaya qoyulur: "Hər il dünyada 100 mindən çox insan transplantologiyadan şəfa tapır. Bildiyiniz kimi, canlıdan canlıya qaraciyər transplantasiyanı həyata keçirən regionda və yaxın şərqdə ilk dəfə Azərbaycan olub. Məhz buna görə, bizim bütün məqsədimiz orqan çatışmazlığından əziyyət çəkən minlərcə insana daha rahat bir şəkildə yaşaması üçün kömək etməkdir".

Beyni ölən insanların orqanlarının istifadə edilməsinə gəlincə Rəşad Mahmudov Azərbaycanın Mülki Məcəlləsində beyin ölümünün insan ölümünə ekvivalent olduğunu göstərən bir maddənin olduğunu bildirib. O, qeyd edib ki, bu gün Azəbaycanda bu işin geniş kütləvi şəkildə normalar daxilində, etik və hüquqi yöndən, ictimai insanlarda problem yaratmadan həll olunması üçün heç bir problem yoxdur: "Köməkçi sistemlər və həkim briqadaları yaranır. Eyni zamanda bu işin tam şəkildə görməyə hazır olan xaricdə təhsil alan kadrların geri dönməsi bizlərin də bu işin üzərinə daha sürətlə getməsi üçün bir imkan yaradır. Bu işdə dövlət strukturlarının o cümlədən Səhiyyə Nazirliyinin dəstəyi bu cür işdə maksimal nəticələrin əldə edilməsinə gətirib çıxaracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə