Binə qəsəbə sakininin avtomobilindən beşbarmaq və digər soyuq silahlar aşkar edilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Bakı ŞBPİ Cinayət Axtarışı İdarəsi və Xəzər RPİ 3-cü PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbə sakini B.Əsgərovun idarə etdiyi “BMW” markalı avtomobilə baxış zamanı 1 ədəd beşbarmaq, 1 ədəd elektroşok və 2 ədəd bıçaq aşkar edilərək götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB