"Uğurlu siyasətiniz nəticəsində Azərbaycanımızı dünyaya örnək etdiniz" - PREZİDENTƏ MƏKTUB

"Uğurlu siyasətiniz nəticəsində Azərbaycanımızı dünyaya örnək etdiniz" - PREZİDENTƏ MƏKTUB

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması istiqamətində atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Prezidentin saytına istinadla Xızı Suvarma Sistemləri İdarəsinin kollektivi adından Fərrux Haqverdiyevin yazısını təqdim edir:

Hörmətli cənab Prezident.

Bu gün aktuallığı ilə dünyada diqqət mərkəzində olan koronavirus pandemiyasına qarşı ölkəmizdə Sizin rəhbərliyinizlə aparılan işlər, virusun yayılmaması üçün görülən qabaqlayıcı tədbirlər bütün xalqımız, eyni zamanda, beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanır. Həyat fəaliyyətinin bütün istiqamətlərində olduğu kimi, pandemiyaya qarşı mübarizədə də Azərbaycanı bir çox ölkələrdən fərqləndirən Sizin müdrik rəhbərliyiniz, xalqımıza tükənməz sevginiz, ölkəmizin taleyi üçün hamıdan çox məsuliyyət daşımağınızdır.

Meliorasiya və su təsərrüfatı sahəsinə göstərdiyiniz diqqət və qayğı ölkəmizdə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına, kənd təsərrüfatı məhsullarının qıtlığının qarşısının alınmasına böyük köməkdir.

Cənab Prezident, Azərbaycan xalqını koronavirus təhlükəsindən qorumaq üçün ilk günlərdən atdığınız addımlar onu göstərir ki, Siz daim xalqın sağlamlığını, təhlükəsizliyini, rahatlığını və rifahını hər şeydən üstün tutursunuz. Uğurlu siyasətiniz nəticəsində Azərbaycanımızı dünyaya örnək göstərilə biləcək bir məmləkətə çevirmisiniz. Bu xalq Sizin rəhbərliyinizlə bir çox çətinliklərin öhdəsindən gəlib. Dünyanın qabaqcıl ölkələrində bu xəstəlik səbəbindən həyatın iflic olduğu dönəmdə Azərbaycanda hər şeyin öz axarı ilə davam etməsi Sizin sayənizdədir. Vaxtında verdiyiniz sərəncamlar, görülmüş təxirəsalınmaz tədbirlər virusun ölkəmizdə kütləvi yayılmasının qarşısını aldı.

Bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildiririk. Biz Sizinlə fəxr edirik və hər zaman yanınızdayıq.

Bütün xəbərlər Facebook səhifəmizdə