“Şamaxı yolu” istiqamətində hərəkət məhdudlaşdırılıb

“Şamaxı yolu” istiqamətində hərəkət məhdudlaşdırılıb

Moskva prospekti “Şamaxı yolu” adlanan ərazi istiqamətində hərəkət məhdudlaşdırılıb. SİA-ya bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 28-29 aprel tarixlərində 20 Yanvar dairəsindən “Şamaxı yolu” adlanan ərazi istiqamətində hərəkət məhdudlaşdırılır.

Alternativ olaraq sürücülər Ziya Bünyadov prospekti - Asif Məhərrəmov küçəsi, Ziya Bünyadov prospekti - 3-cü mikrorayon dairəsi - Tbilisi prospekti və ya Ziya Bünyadov prospekti - 20 Yanvar dairəsi - Müzəffər Həsənov küçəsi - Alatava istiqamətlərindən istifadə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə