Mobil tətbiqlə bu smart kartların balansını artırmaq olacaq

Mobil tətbiqlə bu smart kartların balansını artırmaq olacaq

May ayının sonunadək "Azərişıq" ASC-nin mobil tətbiqi vasitəsilə elektrik sayğacların smart kartların balansını artırmaq mümkün olacaq. SİA xəbər verir ki, abonentlər bu əməliyyatları smartfonlar üçün nəzərdə tutulan xüsusi kart oxuyucular vasitəsilə apara biləcəklər.

Cihazlar artıq sifariş olunub və may ayının 12-dək ölkəyə gətiriləcəklər. Daha sonra xidmət sınaqdan keçirilərək istifadəçilərin ixtiyarına veriləcək. Satışa çıxarılacaq kart oxuyucuların qiyməti 18-20 manat civarında olacaq. ASC-dən əlavə olaraq bildirilib ki, yeni xidmət yalnız istismarda olan 300 min ədəd "PoudRaad" şirkətinin sayğaclarının SMART-kartlarına şamil olunacaq.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə