BNA avtobusların yubanma məsələsinə aydınlıq gətirdi ÖZƏL - AÇIQLAMA
"Post-karantin dövründə də bu işlər aparılacaq və pandemiya aradan qalxdıqdan sonra da dezinfekiya işləri tərəfimizdən davam etdiriləcək". Bu sözləri SİA-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev post-karantin dövründə də marşrutlarda dezinfeksiya işlərinin davam etdiriləcəyindən danışarkən deyib.
Onun sözlərinə görə, ictimai nəqliyyatda, şəhər nəqliyyat infrostrukturunda əks-epidemik tədbirlər fevral ayının sonlarından başlayaraq aparılmaqdadır, əslində bu dövri olaraq və qanunvericiliyə uyğun şəkildə müəyyən bir intervalla pandemiya dövründən əvvəl də aparılırdı: "Epidemik vəziyyət nəzərə alınaraq bu tədbirlər daha da gücləndirildi. Fevral ayının sonlarından başlayaraq gündəlik olaraq 30 qarajda hansı ki, müntəzəm sərnişin daşıması ilə məşğul olan avtobuslar həmin qarajlardan çıxırlar, həmin qarajlarda dezinfeksiya işləri aparılır. Avtobus dayanacaqları dezinfeksiya olunur. "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində də müvafiq işlər aparılır. Post-karantin dövründə də bu işlər yenə də aparılacaq. Hətta, pandemiya aradan qalxdıqdan sonra da dezinfekiya işləri tərəfimizdən davam etdiriləcək. Çünki, dediyim kimi avtobusların, eyni zamanda "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinin mütəmadi olaraq dezinfeksiya olunması əvvəlcədən də bizim qanunvericilikdə, müvafiq hüquqi normativ sənədlərdə əksini tapmış bir məsələdir. Sadəcə indiki epidemik vəziyyətlə əlaqədar olaraq bunun dövriliyi daha da artırılıb".
Sıxlığın və yubanmaların qarşısını almaq məsədilə marşrut xətlərində avtobusların sayı artırıla bilərmi? - sualına isə Mais Ağeyev belə cavab verib: "Karantin dövründə avtobuslarn sayı azaldılmamışdı. Karantindən əvvəl necə idisə elə də saxlanılmışdı. Marşrut xəttinə yetərincə avtobus buraxılır. Sadəcə karantinlə bağlı olaraq yollarda yoxlama postları var. Xüsusilə də səhər saatlarında postların ətrafında sıxlıq yaranır. Bu sıxlıqda avtobuslar müəyyən qədər gözləməli olurlar. Belə desək, 50 post var və hər birində 10 ədəd avtobus gözləsə bu 500 avtobus deməkdir. Bununla da ictimai nəqliyyatın hərəkəti yubanır. Lakin, biz tərəfdən bütün zəruri addımlar atılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB