Son günlər ən çox gündəmdə olan AXCP sədri Əli Kərimlinin sosial şəbəkələrdən "ev dustağı" olması və internetinin "kəsilməsi" ilə bağlı çağrışları olub. Ancaq növbəti yalanları ilə Ə.Kərimli "qaş düzəltdiyi yerdə" vurub… o kor olan gözlərini də çıxardı. İstədi ki, müxalifət "həmfikirlərini" də inandırsın, əksinə daha da belə bir vəziyyətdə "keflərinə soğan" doğradı. Və tərəfdarları Əli Kərimlinin vəziyyəti ilə bağlı ona dəsətək vermədiyinə görə digər müxalifət partiyalarını kəskin ittiham etməyə başladı.
"Satqın və fırıldaqçı Əli Kərimlinin, nəinki koronaviruslu, hətta şeytanla da iş qura bilər…"
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev satqın və fırıldaqçı Əli Kərimlinin, nəinki koronaviruslu, hətta şeytanla da iş qura bildiyini deyib: "Bu Əli Kərimlinin növbəti oyunudur. Bu ərəfələr hamı evdə qalmalıdır. Bu o demək deyil ki, hamımız etiraz etməliyik. İndi heç kəs heç kəsin internetini kəsmir, özün kontr yükləyisən və nə qədər danışırsan danış. Mən bu iddiaları qətiyyən qəbul eləmirəm. Bu, özünü əzabkeş obrazında, xalqa canıyanan kimi sırımaq bəhanəsidir. O siyasi dələduzdur. Onu vaxtilə hakimiyyətdə olan adamlar bu səviyyəyə gətirib çıxartdı. Kərimov Əlini Azərbaycanda ana müxalifət etmək istəyən qüvvələr, indi də onu maliyyələşdirirlər. İstiyirlər ki, bundan zəhmətkeş, barışmaz radikal müxalifət obrazı yaratsınlar. Bir də necə interneti kəsilib ki, sosmal şəbəkələrin "ulduzuna" çevrilib”.
Partiya sədri vurğulayıb ki, heç kəs belə cəfəngiyyat fikirləri ilə sadə insanları aldada bilməz: “Kərimov Əlinin bu cür “tryukları” keçməyəcək. 27-30 ildir “mən müxalifətəm” deyərək, siyasi alverlə məşğul olub. Alveri də “Allah işini avand eləsin”, çox “xod” gedir. O, həm hakimiyyətin müəyyən dairələrindən alır, həm keçmiş vurulan nazirlərdən. Çalşırlar ki, Kərimov Əlidən başqa heç kim gündəmdə olmasın. Bu yalançı müxalifətin dırnaqarası liderinin Avropada, Qərbdə Leyla Yunus, Qənimət Zahid kimi informasiya dəsətkçiləri çoxdur. Biz də gedib Amerikaya, Avropaya, Qərb dövlətlərinə satılsaydıq, digər başqa qrupların əlinin altında işləsəydik, bizim də pulumuz çox olardı. Bizim də xaricdə saytlarımız olardı və bizi də oradan tərifləyərdilər. Biz də özümüzü əzabkeş göstərib, hay-küy salardıq”.
H.Hacıyev Əli Kərimlinin müdafiəsinə qalxaraq sosial şəbəkələrdə digər partiya liderlərinin ittiham edilməsinə də birmənalı yanaşmayıb. O, özünün Əli Kərimliyə ünvanladığı tənqidi fikirlərin, məhz Əli Kərimli tərəfdarları tərəfindən ona və digər müxalif partiyalarının liderlərinə qarşı ünvanlamasını insanların çaşqın vəziyyətə salınmasına yönəldiyini ifadə edib: “Kərimov Əlinin tərəfdarları getsinlər davalarını ona daha yaxın olan Arif Hacılıyla çəksinlər. Əgər Arif buna dəstək durmursa, biz neyniyək. Bunlar daim birgə hərəkət ediblər, Azərbaycan milli hakimiyyətini birgə deviriblər. Bu günə qədər Azərbaycan xalqının başına gələn bəlaların başında bu iki partiyanın siyasətbazları durub. İndi İsanın, da adını çəkirlər. Amma İsa Qəmbər də kölgədə gizlənib”.
Ayının bir oyunu var… kim daha çox qrant alacaq, kim daha çox "əzabkeş" bəhsi
H.Hacıyev vaxtaşırı belə halların ortaya atılmasını, “ayının min oyununun, … kim daha çox qrant alacaq, kim daha çox "əzabkeş" bəhsində olduğunu da deyib: “Əlbəttə ki, indi Kərimov Əlinin dəstəsi hamımızı günahkar çıxaracaq. İqbal Ağazadəni də günahkar çıxaracaq, digərilərini də... Azərbaycanda heç kim gedib Kərimov Əlini müdafiə eləməməlidir. Hamımız evdəyik. Amma onun pulları Amerikadan da gəlir, familiyasını dəyişmiş ingilislərdən gəlir. Bəs bizə nə gəlir. Gərək onda biz də müharibə elan edək ki, evdə oturub acından ölürük? Ona görə də Kərimov Əlinin trolları heç kəsdən inciməsinlər. Getsinlər 20 illik dayılarından umsunlar. Biz bu camiyənin içindəyik, kimin əli kimin cibindədir, kim hara xidmət edir, kim hansı oyunu qurub hamımız yaxşı bilirik”.
H.Hacıyev onu da bir daha vurğulayıb ki, heç kim Əli Kərimliyə arxa duran deyil: "Azərbaycan xalqı ağıllı xalqdır və öz gələcəyini artıq müəyyənləşdirib. Xalq ölkə Prezidenti ilə bir yerdədir və bəzi çətinliklərə baxmayaraq xalqla dövlət, dövlət başçısı ilə xalq arasında böyük təmas qurulub. Bunu da istəməyən qüvvələr öz niyyətlərinə çatmayacaqlar”.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB