Nikol Paşinyan bu oyunun peşkasına çevrilib
Bəli, bu faktordur. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin uzun illərdir davam etməsinin əsas səbəblərindən birinin işğalçı ölkənin beynəlxalq hüquq normalarına hörmətsizliyidirsə, digər tərəfdən dünya birliyinin bu ədalətsizliyə seyirçi mövqe nümayiş etdirməsi, ikili standartları və siyasi riyakarlığıdır. Bu vaxta qədər Ermənistana qarşı hər hansı bir sanksiyanın tətbiq edilməməsi, BMT Təhlükəsizlik Şurasının 27 il əvvəl qəbul etdiyi 4 qətnamənin hələ də kağız üzərində qalması, münaqişənin nizamlanmasında vasitəçiliyi öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi Ermənistanı daha da azğınlaşdırıb.
Məlum olduğu kimi, bu il aprelin 21- də Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov A.M.Qarçakov adına İctimai diplomatiyaya dəstək klubunun üzvlərinin “dəyirmi masa”sında çıxışı zamanı BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinə münasibət bildirib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair plan və təkliflərdən də söhbət açıb. S.Lavrovun münaqişənin həllinə mərhələli yanaşma ilə bağlı səsləndirdiyi şərhinə Ermənistanın Xarici İşlər naziri əsl işğalçı kimi cavab verib. Görünən budur ki, nə Ermənistanın Baş Naziri Nikol Paşinyan, nə də Xarici İşlər naziri sülh danışıqlarına yaxın gəlmək fikrində deyillər və mövcud status-kvonu saxlamaq üçün min bir oyuna əl atırlar.
İşğalçı ölkənin Xarici İşlər naziri Zohrab Mnatsakanyanın Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun açıqlamasına verdiyi cavab da bunu təsdiqlədi «Qarabağ əhalisinin təhlükəsizliyi prioritet yanaşmamızdır. Lavrovun açıqlamasında göstərilən rayonlar təhlükəsizlik zonasıdır və müdafiə xəttini təşkil edir. Heç kəs Qarabağ əhalisinin təhlükəsizliyini nəzərə almadan birtərəfli güzəştlərə gedilə biləcəyini güman etməsin. Sülh tənzimlənməsi qarşılıqlı güzəştlər əsasında mümkündür. Ermənistan heç vaxt birtərəfli güzəştlərə getməyəcək. Qarabağ xalqı olmadan heç bir qərar qəbul edilə bilməz. Lavrov öz, mən də öz mövqeyimi açıqladım”.
Qriqori Trofimçuk: "Paşinyan danışıqlarda əsas qeyri-sabitlik yaradan amildir"
Rusiyalı siyasi və təhlükəsizlik məsələləri üzrə analitik Qriqori Trofimçuk sözügedən məsələyə münasibət bildirərək «rus tərəfi hər zaman olduğu kimi bütün lazımi sənədlərin çoxdandır masada olduğu barədə qeyd edib. Və Rusiya Xarici İşlər naziri Sergey Lavrovun həll formatı ilə bağlı qeyd etdiyi tezisdə hər hansı sensasiya yoxdur və olmayıb, çünki mərhələli variant 25 il ərzində müzakirə olunub, məqsədə doğru hərəkət etmək üçün mərhələli yol haqqında danışıq hər zaman olub”.
Trofimçuk, həmçinin hazırkı mərhələnin probleminin hakimiyyətə gəlmiş Nikol Paşinyanın ümumiyyətlə siyasət deyilən məfhumdan çox-çox uzaq olmasında olduğunu deyib: «Məhz bu savdsızlığın nəticəsidir ki, Paşinyan həmin bu mərhələlilik üzərinə xətt çəkib. Üstəlik, aydındır ki, o, heç kimə heç bir ərazini verməyə hazırlaşmır və bu baxımdan Paşinyan açıq şəkildə Bakını rədd etməyən Sarkisyandan daha radikaldır. Paşinyan Bakını müharibəyə təhrik edir, lakin sonuncu hansısa bir şeydən ehtiyat edir və hələlik öz yerində dayanıb. Böyük hesabla danışıqlar masası ətrafında heç nə baş vermir, hər şey dondurulub». Trofimçuk qeyd edib ki, Paşinyan danışıqlarda əsas qeyri-sabitlik yaradan amildir.
Karen Bekaryan: “Dağlıq Qarabağ münaqişəsinin danışıqlar prosesi xaosa çevrilib”
Erməni siyasi analitik Karen Bekaryan isə bildirir ki, bu gün elə bir vəziyyətlə işimiz var ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar prosesi sözün əsl mənasında xaosa çevrilib: «Son 2 ildə Qarabağ münaqişəsinin həll prosesində səlahiyyətlilərin münasibətinə, davranışına və onun ətrafında olan inkişaflara baxaq. Bizim kifayət qədər geniş spektirli amillərimiz var ki, bu amillər zaman keçdikcə inkişaf edərək son günlərdə şahidi olduğumuz dayanacağa çatdı (Rusiya Xarici İşlər naziri Sergey Lavrovun danışıqlar masasında mərhələli variantın olması haqqında bəyanatı)». İnanın, bunların sayı kifayət qədər böyükdür”, - deyə o qeyd edib.
Armen Aşotyan: "Paşinyan və onun xarici siyasət komandası Qarabağ probleminin həllinin mərhələli və paket yanaşmalarının fərqlərini başa düşmür!"
Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan Paşinyan və onun komandasının hələ bu günə kimi mərhələli və paket yanaşmalarının fərqini başa düşmədiklərini deyib: «Paşinyan və onun xarici siyasət komandası Qarabağ probleminin həllinin mərhələli və paket yanaşmalarının fərqlərini başa düşmür. Adamın öz qəzeti və bu qəzetdə mətnlər yerləşdirmək imkanı olanda yaxşıdır. Paşinyan isə ölkənin baş naziri olaraq işləmək və ya həyati əhəmiyyətli məsələr haqqında xalq qarşısında dərhal izahat vermək əvəzinə yenidən bizimlə anonim məqalələrlə danışanda pisdir. Təəssüf ki, yaxın gələcəkdə Qərbdən də “a la Lavrov” bəyanatları eşidəcəyimizə şübhəm yoxdur. Bəs həmin vaxt nə edəcəksən, Nikol? Biz səlahiyyətlilərə xain olduqlarını söyləmirik, cahil, təkəbbürlü olduqlarını, mərhələli və paket yanaşmalarının fərqini başa düşmədiklərini deyirik».
Erməni publisist: "Paşinyan Ermənistanda yalan danışmağı səlis bacarır"
Erməni publisist Vahan İşxanyan Paşinyanın Ermənistanda yalan danışmağı səlis bacardığını deyərək, Azərbaycan Prezidenti İlham
Əliyev qarşısında dəfələrlə həqiqəti hıqqanaraq da söyləyə bilməsini Nikola xatırladaraq bildirib ki, hər zaman yalan danışdığı məlumdur, çünki həqiqəti bilmir: "Paşinyanın nə siyasi, nə iqtisadi sahədə savadı sıfırdırsa, Azərbaycan Prezidenti İlham Əliyev kimi bir dahi diplomatla üz-üzə gölməsi gülüş doğurub. Elə keçirilə görüşlərdə də Prezident İlham Əliyev Qarabağ müzakirələrində də konkret faktlarla Paşinyanı darmadağın edib. Və dünya ictimaiyyəti dəfələrlə Ermənistanın acizliyini, yalana əsaslanan tezislərinin darmadağın olduğunun şahididir. Paşinyan isə artıq son günlərini yaşayır, erməni xalqı onu gəldiyi yerə də tez bir zamanda atacaq".
Beləliklə, Paşinyanın bu addımları ciddi təhlükə olmaqla yanaşı, dövlətçiliyin isə məhvə doğru sürüklənməsinə gətirib çıxaracaq.
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB