2019 -cu il oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edən Prezident İlham Əliyevin işğalçı Ermənistanın faşist ideologiyasını ifşa etməsi bu ölkəyə ağır zərbə oldu. Ermənistanın nasizmi dövlət siyasətinə çevirdiyini diqqətə çatdıran dövlətimizin başçısının həmin iclasda səsləndirdiyi fikirləri bir daha xatırlatmaq istərdik: “Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib”.
Dövlət başçısı vurğulamışdır ki, 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”.Alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana Ermənistanda heykəl qoyulması ermənilərin faşimzə olan sevgisindən xəbər verir. Azərbaycan torpaqlarının işğal edilməsində, xalqımıza qarşı soyqırımı həyata keçirilməsində ermənilərin faşizmə sevgisi böyük rol oynayır. Faşizmə sevgi sanki bu millətin qanına hopub. Ona görə də günahsız insanlara əzab-əziyyət verməkdən, qadınları, körpələri, yaşlı insanları xüsusi amansızlıqla qətlə yetirmələrindən zövq alırlar. Bu gün Rusiyanın müxtəlif ərazilərində məskunlaşmış ermənilərin bir sıra kütləvi informasiya vasitələrində söz sahibi olması heç kimə sirr deyil. “Sputnik”, “Russia Today”, “Life News”, “Regnum” kimi böyük xəbər agentlikləri Simonyan, Qabrelyanov, Akopyanov kimi ermənilərin əlindədir. Onlar Rusiya vətəndaşı olsalar da, yalnız erməni maraqlarını qorumaq barədə düşünür və əsasən bu istiqamətdə hərəkət edirlər. Rusiya mediasını ələ almış ermənilər rusları inandırmağa çalışırlar ki, guya, Njde, heç vaxt Sovet İttifaqına qarşı vuruşmayıb, ancaq Ermənistanın maraqlarını müdafiə edib. Ancaq faşizm tərəfdarlarının fəryadına baxmayaraq, Armavirdə bu satqın qatilin xatirə lövhəsi söküldü.Hazırda dünyanın müxtəlif ölkələrində məskunlaşmış ermənilər əllərinə düşmüş fürsətlərdən istifadə edərək, faşist ideologiyasını təbliğ edir, nasizmə olan hüsn-rəğbətlərini gizlətmirlər. Vesti.az saytının yaydığı məlumatda belə bir hadisənin Rusiya Federasiyasının ərazisində də baş verdiyi bildirilir. Bu yaxınlarda ermənilər Rusiya TV-nin efirində Qaregin Njdedən başqa digər bir “hitlerçi–erməni”nin təbliğatına başlayıblar. Budəfəki nasist də iyrənc və qatı cinayətkar Dro ləqəbli Drastamat Kanayandır. Ermənilər bu cəlladı milli qəhrəman kimi təqdim etmək üçün dəridən-qabıqdan çıxırlar. Onlar bu qatilin təbliğatında uşaqları bir vasitə seçiblər. Rusiya Federasiyasının Çelyabinsk vilayətində yaşayan ermənilərin və erməni mədəniyyət mərkəzinin dəstəyi ilə yerli OTV televiziya kanalının “Səhər” proqramında “Qusan” və “Şirak” ansamblının müşayiəti ilə (bədii rəhbər Tsaqik Xaçaturyandır) uşaqlar Aqhasi İspiryanın məşhur “Daşnak Dro” mahnısını ifa ediblər. Dro ləqəbli erməni nasist kimdir? İkinci dünya müharibəsi illərində Dro Qaregin Njde ilə birlikdə, erməni əsirləri və Avropada yaşayan erməni legion birləşmələrinin tərkibində faşistlərə xidmət edib. O, 1945-ci ildə amerikalılar tərəfindən tutulsa da, tezliklə sərbəst buraxılıb. Bəzi məlumatlarda bildirilir ki, hətta Qaregin Njde Stalinə yazdığı məktubda da Dronun satqın və nasist olduğunu etiraf edib. Buna baxmayaraq, Çelyabinsk vilayətində yaşayan ermənilər bu nasisti milli qəhrəman kimi təqdim etmək üçün təbliğata başlayıblar. Bu, ermənilərin faşizmə olan əbədi sevgisinin növbəti təzahürüdür. Görünür, Njdenin iç üzünün açılmasından və onun abidəsinin sökülməsindən sonra daha bir erməni nasistinə abidə qoydurmaq niyyətinə düşüblər.
Faşizm ideyalarını daşıyan Ermənistan.Bu Ermənistan rejiminin idealogiyasına ucaldılan abidədir. Faşizm ideologiyasının banisi Hitlerin dostu olan Qarigen Njde. Özəlliklə Qarabağ və Zəngəzur canisi Garegin Njde alman faşizminə bənzər bir təlim ortaya atmışdır: Tsexakronizm. Bunun alman faşist “yeni nizam” anlayışına nə qədər bənzəri olduğunu irəlidə araşdıracağıq.
Əslində faşizm- sinif və gender fərqi nəzərə almadan cəmiyyətin birgə yaşamını müdafiə edən, dövlətin hər şeydən üstün olduğunu vurğulayan, tək partiyalı, “vətənpərvər”, həddindən artıq milliyyətçi, anti-demokratik, anti-kommunist, anti-kapitalist, popülist və avtoritar bir sistemdir. Bir rejimin “faşist” olaraq bilinməsi üçün, o rejimin ideologiyasının milliyyətçi olması və millətin varlıq və maraqlarını hər şeyin üstündə tutması gərəkdir.Hədəfə çatmaq üçün isə iqtisadiyyat üzərində möhkəm bir dövlət yumruğu tətbiq etmək, həyat tərzinin aşağı düşməsinin qarşısını almaq üçün qiymət siyasətinin tətbiqi kimi tədbirlər faşizmin əsas siyasəti olmuşdur. Faşizm, siniflər arasındakı ziddiyyətləri ortadan qaldırmağı nəzərdə tutur. Bu istiqamətdə dövlətin əliylə korporativ peşələr qurulur və fəhlə ilə işəgötürən arasında müqavilə təmin edilir. Cəmiyyətdəki yoxsul və orta sinfin ehtiyacları dövlət tərəfindən ən yaxşı şəkildə qarşılanır. Məsələn, Almaniyada çıxan torpaq qanunuyla kəndlilərin torpaqlarının ipoteka yolu ilə əllərindən alınmasının qarşısı alınmış və sərmayəçilərin kəndlini istismar etməsi əngəllənmişdir. Almanlarda bu Hitlerin hakimiyyəti ilə üstünlük qazanmışdı. Ermənilərdə də ideoloji baxımdan hər şey bu sistemə uyğun idi. Milliyyətçi və ya irqçi fikirlərin mənimsənilməsi ölkələrə görə fərqli olmuşdur. Məsələn, italyan faşizmində “İtalyan vətəndaşlığı” anlayışı ön planda ikən, alman nasizmində isə “Alman qanı daşıma” düşüncəsi ön plandadır. Mussolininin doktrinasında vətəndaşlıq anlayışına üstünlük verilir, Hitlerin doktrinasında isə qan bağı xüsusi vurğulanır. İtalyan faşizmi milliyyətçidir, alman nasizmi isə irqçidir. Erməni faşizmi italyan faşizminə deyil, alman faşizminə yaxındır. Əsas hədəfə çatmaq üçün ermənilər almanlara özlərini sırımağa çalışırdılar. Eyni irqdən olduqlarını isbatlayan dəlillər axtarmaları da uzun sürmədi. Hitlerin “irq dövləti” anlayışı Ermənistanda da eyni anlama gəlir.
Bəlkə də Sarkisyan rejiminin Qaragin kimi qara ləkəsini Paşinyan hakimyyəti silsəydi, baş nazir MBD ölkələrinin qarşısında başı bükük oturmazdı. Lakin hadisələr tam əksinə cərəyan etdi. Gəlin öncə sizə Qaragin Njdedən danışım.
Qareqin Ter-Arutyunyan 1886-cı ilin yanvar ayının 1-də İrəvan Quberniyasının Naxçıvan qəzasında anadan olub.
Njde ləqəbin isə Qareqin Daşnaksütuna üzv olduqdan sonra alır.
Njde "Tseqakron" hərəkatını təsisçisidir. Bu hərəkat qatı millətçi, faktiki faşist ideologiyasına malik bir təşkilat olub. 1937-ci ildə Daşnaksütunun sıralarından ayrılır. Faşist Almaniyası ilə əlaqələr yaradır və Nasional Sosialist Alman Fəhlə Partiyasın rəhbəri Rozenberqlə görüşür, onları Türkiyəyə hücum etməyə çağırır və öz köməyini təklif edir.
1942-ci ildə Dro ləqəbli general Drastamat Kanayanla birlikdə Vermaxt nəznində erməni hərbi birləşmələrinin formalaşdırılmasında iştrak edir.Dro və Njdenin başçılıq etdiyi erməni hərbi birləşmələri, Krım yarımadasının işğalında və Qafqazdakı döyüşlərdə iştirak ediblər.
Sovet hərbi əks-kəşfiyyatı onu həbs edərək Moskvaya göndərir. Bir müddət Dövlət Təhlükəsizlik Nazirliyinin həbsxanasında qaldıqdan sonra Njde İrəvana göndərilir. Məhkəmə zamanı Qareqin Njde antisovet fəaliyyətində və kütləvi qətlləri təşkil etməkdə günahkar bilinir və 25 illik həbs cəzasına məhkum olunur.
Njde 1955-ci ilin dekabr ayının 21də Vladimir şəhərində həbsxanada ölür. Njdenin kimliyi barədə məncə kifayət qədər danışdıq, indi isə qayıdaq mətləbə. Ermənistanın əvvəlki prezidenti Serj Sarkisyan başda olmaqla erməni rejimində təmsil olunanların əksəriyyəti Azərbaycan torpaqlarının işğalında, azərbaycanlılara qarşı qəddarlıqla törədilən qətliamlarda birbaşa iştirakçı olub. Xocalıda nasizm üslubu ilə soyqırım törədən Sarkisyan yəhudi soyqırımını həyata keçirənlərdən birinə - Njdeyə abidə ucaldır. Bunu sadecə təsadüf olması inandırıcı deyil. Belə olan təqdirdə Paşinyanın Aşqabadda MDB dövlət başçılarının qarşısında təşvişə düşməsinin əsl mahiyətini anlamaq çətin deyil.
Paşinyan gördüki onların yürütdüyü siyasətin əsl mahiyəti üzə çıxır.
Araşdırmalarımızdan belə qənaətə gəldikki, Dağlıq Qarabağ münaqişəsinin eləcədə Ermənistanın Azərbaycanın ərazi iddialarının mərkəzindədə elə Njdenin ideyaları dayanıb. Rusiya Xarici İşlər Nazirliyinin "Nasizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə” adlı məruzəsində bu faktları xatırlatmaqla Ermənistanda nasizmin qəhrəmanlaşdırılmasını qınayıb. Rusiya Xarici İşlər Nazirliyinin Qaragin Njde ilə bağlı rəsmi münasibəti Rusiya Federasiyası Müdafiə Nazirliyinin Baş Redaksiya Komissiyasının ordu generalı Sergey Şoyqunun sədrliyi ilə nəşr edilən 12 cildlik ensiklopediyanın "Gizli müharibə: Böyük Vətən müharibəsi illərində kəşfiyyat və əks-kəşfiyyat" adlı 6-cı cildində qeyd olunub.
Ensiklopediyada bildirilib ki, Abverqrup 114-də aparılan agentura işi çərçivəsində əks-kəşfiyyatçılar daşnak ordusunun keçmiş generalı, "Njde" təxəllüsü ilə nasistlərə xidmət edən emiqrant Ter-Arutyunyanı aşkar edib və yaxalayıblar. Böyük Vətən müharibəsi illərində Njde Bolqarıstan ərazisində 30-dan çox milliyyətcə ermənini fəaliyyətə cəlb edib, onların Qızıl Ordunun arxa cəbhəsində diversiya hazırlığında iştirak edib. Əks-kəşfiyyat baş idarəsinin əməkdaşları tərəfindən 17 Njde tərəfdarının yaxalanaraq onların terror aktı törətmələrinin qarşısı alınıb.
Müasir Rusiyada həqiqətən məlumdur ki, Qareqin Njde yalnız nasistlərin məxfi agenti deyil, həm də döyüşən ordunun arxa cəhbəsində diversiya-terror aktları törətmək üçün cəlb edən şəxs olub. Sizi bilmirəm ancaq bu faktların təsadüf olduğuna inanmıram. Ermənilər tarixin onlara məxsus bu qara səhifələrini nə qədər dəyişdirməyə çalışsalarda, bu onların alnına yazılan qara ləkə kimi qalacaq.
Ermənistan əvvəlki hakimiyyətinin Qarigen Njdeyə abidə qoyulması faşizmi və nasizmi qəbul etməyən beynəlxalq ictimaiyyət, həmçinin, İrəvanın özünə müttəfiq hesab etdiyi Rusiya tərəfindən belə ciddi tənqidlə qarşılandı. Bəyan edildi ki, Ermənistanın faşizm kimi qaniçən rejimin əlaltılarını qəhrəmanlaşdırması qəbuledilməzdir.
Vahid Ömərov
Fəlsəfə üzrə fəlsəfə doktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB