"Bank kartları Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən sifariş ediləcək. Bununla da banklar tərəfindən yaradılacaq". Bu sözləri SİA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinini İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov birdəfəlik 190 manat birdəfəlik ödəmə ilə bağlı "e-sosial.az" portalına qeydiyyatların başa çatması ilə bağlı danışarkən deyib.
Şöbə müdiri bildirib ki, "e-sosial.az" portalına müraciətlər dayandırılıb və hazırda emal prosesi gedir:
"Hazırda müraciətlər dayandırılıb. İndiyə qədər gələn müraciətlərin emalı davam edir. Daha 200 min şəxs müəyyən ediləcək və onlara birdəfəlik ödəmə həyata keçiriləcək. Bundan sonra ikinci ayın ödənişləri həyata keçiriləcək".
Bəs, ikinci ayın ödənişləri üzrə proseslər "Asan Xidmət" vasitəsilə həyata keçirilə bilərmi? - sualına isə Fazil Talıbov belə cavab verib:
"Xeyr. "Asan Xidmət" burada rol oynamayacaq. İkinci ayın ödənişləri bank vasitəsilə həyata keçiriləcək. Hər bir vətəndaş banka dəvət olunacaq və onlara bank kartı təqdim ediləcək. Vətəndaşlar ikinci ayın ödənişlərini bank kartı vasitəsilə əldə edəcəklər".
Vətəndaşlar bank hesablarını özləri yaratmalıdır ya bu proses Nazirlik tərəfindən həyata keçiriləcək? - sualının cavabı olaraq şöbə müdiri bildirib ki, bu proses Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB