Azərbaycan xalqı bir yumruq kimi Sizin ətrafınızda birləşib! - PREZİDENTƏ MƏKTUB
Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması istiqamətində atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.
Sabirabad rayonundan fermer, Azərbaycan Kənd Qadınları Assosasiyası tərkibində Qadın İnkişaf və Müəssisə Qrupunun sədri Alma Cəfərova yazır:
Hörmətli cənab Prezident.
Bütün dünyada yayılan koronavirus infeksiyasının qarşısının alınmasında dünyanın inkişaf etmiş ölkələri aciz qaldığı halda, Sizin vaxtında gördüyünüz təcili və təxirəsalınmaz tədbirlər bu vurisun ölkəmizdə yayılmasının qarşısını aldı. Sizin yüksək idarəçilik və humanist qərarlarınızın nəticəsində kəndlərdə təsərrüfat işləri aparıldı. Karantin dövründə və gələcəkdə insanların sağlam qida ilə təmin olunması işləri də nəzarətdə saxlanıldı. Koronovirus pandemiyası şəraitində çətin vəziyyətdə olan insanların kənd təsərrüfatı məhsulları ilə təmin olunmasında biz fermerlərin üzərinə çətin və məsuliyyətli iş düşürdü. Çox sağ olun ki, məhsullarımızı şəhərlərə çatdırmaq və əkin işlərini vaxtında aparmaq üçün lazımı tapşırıqları verdiniz. Beləliklə bildirdiniz ki, Siz həmişə fermerlərin yanındasınız. Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında Sərəncamınız buna bariz nümunədir. Biz birlikdə güclüyük. Fermerlər hər zaman Sizin yürütdüyünüz siyasəti dəstəkləyir və bəyənir.
İsmayıllı rayonundan Şəfa Tarverdiyeva:
Hörmətli cənab Prezident.
Biz dünyanı cənginə alan koronavirus adlı bəşəri bəlanın çətin dövrünü yaşayırıq. Amma buna baxmayaraq bu çətinliyin bir işığı var ki, o da Sizinlə bağlıdır. Karantinin ilk günlərində insanlarda bir çaşqınlıq vardı. Amma Sizin uzaqgörən və məqsədyönlü qərarlarınız, atdığınız qətiyyətli addımlar biz sadə vətəndaşları düşdüyümüz təşvişdən qurtardı, bu bəladan xilas edəcəyinizə əminlik yaratdı. Siz ilk gündən hamımızın yanında oldunuz, tükənməz enerjinizlə, insanlarımıza böyük sevginizlə dayaq oldunuz, Mehriban xanımla birlikdə xalqı ruhdan düşməyə qoymadınız. Əlinizdən gələni, mümkün olan və olmayan hər şeyi etdiniz. Ölkəmiz həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər nəticəsində digər inkişaf etmiş ölkələrlə müqayisədə daha az itki verib. Biz sadə insanlarda bu çətin sınaqlardan sonra həyat eşqi, ümid işığı yaranır. Biz bu ümid işığını indi həyatımızda görürük. Sizin ölkəmizin rifahı yolunda həyata keçirdiyiniz gözəl əməllərdən ruhlanır, Sizinlə fəxr edirik, cənab Prezident. Sizi dəstəkləyir və hər zaman yanınızda olduğumuzu bildiririk. Sizə möhkəm cansağlığı arzulayırıq.
Laləzar Qurbanova Şəmkir rayon sakini:
Möhtərəm cənab Prezident.
Dünyanı cənginə almış koronavirus pandemiyası ölkəmizdə də öz təsirini göstərdi. Sizin müdrik və uzaqgörən siyasətiniz sayəsində ölkəmizdə virusun yayılmasının qarşısının alınmasında mühüm tədbirlər görülüb. Əminəm ki, xalqımız bu sınaqdan da üzü ağ çıxacaqdır. Sizin yürütdüyün uzaqgörən siyasət bunu bir daha sübut etdi. Ölkəmizdə aparılan işlər, görülən tədbirlər bir vətəndaş olaraq bizi çox qürurlandırır. Azərbaycan xalqı Sizinlə güclüdür. Biz Sizə inanır və güvənirik. Allah Sizi və Azərbaycan xalqını qorusun.
Təbiət elmləri təmayüllü gimnaziyanın 8 "b" sinif şagirdi Səid Qüdrətli Sumqayıt şəhərindən yazır:
Möhtərəm cənab Prezident.
Sizin dünyanın çətin sınaq mərhələsində hadisələri öncədən görməyinizi və qabaqlayıcı tədbirlər görməyinizi alqışlayır və dərin minnətdarlığımı bildirirəm. Bu tədbirlər təhlükəli virusun Azərbaycanda geniş yayılmasına imkan vermədi. İnanıram ki, Sizin sayənizdə Azərbaycan xalqı bu pandemiyaya qalib gələcək və dövlətimiz gündən-günə çiçəklənəcək. Öz adımdan ilk öncə Sizə, aidiyyəti dövlət qurumlarına və birlik göstərən xalqıma təşəkkür edirəm.
Hörmətli Prezident, bu çətin vaxtda xalqımız üçün gördüyünüz işləri dəyərləndirməyi özümə borc bildim. Sizə təşəkkür bildirir, möhkəm cansağlığı arzu edirəm.
Qumru İsmayılova Sumqayıt şəhərindən yazır:
Hörmətli Prezidentimiz İlham Əliyev cənabları.
Mən Azərbaycan Respublikasının vətəndaşı olaraq Sizin yürütdüyünüz siyasəti hər zaman dəstəkləyirəm. Hər kəsə məlum olan bu karantin rejimində gördüyünüz tədbirlər dünya dövlətləri arasında Sizi uzaqgörən dövlət başçısı kimi bir daha təsdiqlədi. Biz hər zaman Sizin yanınızdayıq. Sizə inam və etibarımız böyükdür. Siz və ailəniz öz xeyirxah, insansevər əməlləriniz ilə həmişə öndəsiz və bizlərə örnəksiz. Müqəddəs Ramazan ayının gəlişi ilə Sizi və ailənizi səmimi qəlbdən təbrik edirəm. Uca Yaradan bütün müsibətləri Vətənimizin, xalqımızın başı üstündən aparsın. Sizə və ailənizə cansağlığı, uzun ömür bəxş etsin. Amin.
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC Qax Suvarma Sistemləri İdarəsinin kollektivi adından “Tərəqqi” medalı ilə təltif edilmiş Soltan Camalov yazır:
Hörmətli cənab Prezident.
Sizin rəhbərliyiniz, bacarığınız və qayğınız sayəsində respublikamız hər il yeni iqtisadi və sosial uğurlar, nailiyyətlər qazanır. Bütün dünyanı lərzəyə salan koronavirus pandemiyası, təbii ki, ölkəmizdən də yan keçmədi. Lakin Sizin hadisələri qabaqcadan görmək qabiliyyətiniz və verdiyiniz qərarlarla həyata keçirilən təcili tədbirlər nəticəsində Azərbaycanda bu virusun geniş yayılmasının qarşısı alındı. Virusla mübarizə üçün tez bir zamanda 2,5 milyon manat vəsait ayrıldı. Aztəminatlı ailələrə yardımlar edilməsi, saibkarlara görstərilən dəstək, həssas qrupa daxil olan tələbələrin təhsil haqlarının dövlət tərəfindən ödənilməsi, elektrik enerjisinin aylıq istehlak həcminin artırılması, 65 yaşdan yuxarı məhbusların əfv edilməsi Sizin hər zaman xalqın yanında olmağınız, xalqı düşünməyiniz deməkdir. Sizin və hörmətli Mehriban xanımın bir illik maaşlarınızı Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürməyiniz göstərdi ki, xalqımızın Sizin kimi böyük ürəkli Lideri var. Azərbaycan xalqı bir yumruq kimi Sizin ətrafınızda birləşmişdir.
Hörmətli Prezident, belə çətin günlərdə xalqımıza arxa, dayaq olduğunuza görə, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC Qax Suvarma Sistemləri İdarəsinin kollektivi adından Sizə dərin minnətdarlığımı bildirirəm.
Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevdən:
Möhtərəm cənab Prezident.
Azərbaycan voleybol ictimaiyyəti adından Sizə dərin minnətdarlığımızı bildiririk. Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində ucaltdığı əzəmətli, müstəqil Azərbaycanın bugünkü inkişafı birmənalı olaraq Sizin uğurlu siyasətinizin nəticəsidir. Biz idmançılar dünyanın bir çox ölkələrində mötəbər yarışlarda çıxış etmişik. Bu gün ölkəmizin şəhər, rayon və kəndlərində olan yenidənqurma işlərini, hər bir vətəndaş, o cümlədən biz idmançılar üçün yaratdığınız lazımı şəraiti yüksək qiymətləndirir və dərin təşəkkürümüzü bildiririk.
Qeyd etməliyik ki, ölkəmizdə keçirilən yarışlar hər zaman aparıcı idman ölkələri üçün belə nümunə olaraq göstərilib. Gündən-günə çiçəklənən, inkişaf edən ölkəmizi təmsil edən idmançılarımız bu gün dünyanın ən güclüləri sırasında yer alırlar. Hər birimizin əldə etdiyimiz uğurlar isə Sizin bizlərə göstərdiyiniz diqqət və qayğının nəticəsidir. Bacardığımız qədər Sizin etimadınızı doğrultmağa çalışırıq və buna davam edəcəyik.
Bu gün bütün dünya koronavirus pandemiyası ilə vuruşur. Dünya bu virusun qarşısında aciz qalıb. Belə bir çətin vaxtda Azərbaycan xalqı öz dövlətini, şəxsən Sizi yanında görməklə, öz Prezidentindən hər gün, hər an qayğı hiss etməklə təbii ki, böyük məmnunluq hissi keçirir. Voleybol ictimaiyyəti hər zaman Sizin siyasətinizi dəstəkləyib. Bu günlərdə bir daha sübut olundu ki, Sizin doğru siyasətiniz Azərbaycanı bir çox ölkələrə nümunə edib. Siz və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman Azərbaycan xalqına, böyükdən kiçiyə kimi hər kəsə həm maddi, həm mənəvi dəstək olursunuz.
Cənab Prezident, voleybol ictimaiyyəti hər zaman Sizin dəstəyinizi hiss edib. İnanırıq ki, tezliklə bütün dünya bu xəstəliyə qalib gələcək. Azərbaycan mötəbər yarışlara ev sahibliyi edəcək, biz idmançılar isə həmin yarışlarda ölkəmizi layiqincə təmsil edəcəyik.
Möhtərəm Prezident, biz Sizinlə fəxr edirik, hər zaman Sizin yanınızdayıq.
İsmayıllı rayon təhsil işçiləri adından Azad Həmkarlar İttifaqı İsmayıllı rayon Komitəsinin sədri Hafiz Kərimov yazır:
Möhtərəm cənab Prezident.
Dünyanı cənginə almış COVID-19 pandemiyası, sözsüz ki, bizim ölkəmizdən də yan keçməyib. Bu çətinliklərin lap ilk günündən Sizin cəsur sərkərdə kimi mübarizənin önündə dayanıb, ağıllı, uzaqgörən siyasətinizlə döyüşü idarə etməyiniz, həmçinin ölkə vətəndaşlarının virusun törədə biləcəyi xəstəliklərdən təcrid olunaraq evdə - təhlükəsiz şəraitdə qalması, evdə qalarkən də onların sosial rifahının yaxşılaşdırılması yalnız və yalnız xalqımızı, millətimizi düşünməyinizdən, onun qayğısına qalmağınızdan irəli gəlir.
Biz, İsmayıllı təhsil işçiləri vətəndaşlarımıza belə həssas münasibətinizi alqışlayır və Sizə minnətdarlığımızı bildirirk. Son günlərdə yoluxma hallarının azalması, sağalan xəstələrin sayının dinamik artımına baxmayaraq karantin rejiminin uzadılmasını labüd bilməyiniz yenə də xalqımıza və dövlətimizə olan sevginin təzahürüdür.
Biz inanırıq ki, ümumbəşəri bir bəla olan COVID-19 pandemiyasına Sizin səyinizlə və rəhbərliyinizlə qalib gələcək, bu çətin vəziyyətdən minimum itki ilə çıxacağıq. Dediyiniz kimi, vahid cəbhədə birləşə biliriksə, demək, biz birlikdə güclüyük.
Lerik rayonu, Küsəkəran kənd sakini Əfqan Vəlizadə:
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Son vaxtlar dünya gündəminin əsas mövzülarından biri də koronavirus epidemiyasıdır. Dünya ölkələrində bu xəstəlikdən gündə yüzlərlə insan öz həyatını itirir. Sizin uzaqgörən siyasətinizin, alicənabləğınızın nəticəsində ölkəmiz bu xəstəlikdən çox az itkilərlə çıxdı. Siz bütün qüvvələri tez bir zamanda səfərbər etdiniz və biz vətəndaşlar da öz həmrəyliyimizi, birliyimizi nümayiş etdirərək, deyilən qaydalara əməl etdik. Biz bir daha əmin olduq ki, ölkəmiz əmin əllərdədir. Uca Tanrıya şükürlər olsun ki, sizin kimi Prezidentimiz var. Biz Sizinlə fəxr edirik. Uca Tanrı Sizi və ailənizi qorusun. Yaşasın Azərbaycan! Biz birlikdə güclüyük!
Şəki şəhər 17 saylı tam orta məktəbin direktor müavini İlqar Mustafayev yazır:
Hörmətli cənab Prezident.
Əvvəlcə Sizə şəxsim adından və bütün ailə üzvlərim adından dərin minnətdarlığımı bildirirəm. Bəşəriyyətin bu çətin günlərində məhz Sizin uzaq görənliyiniz sayəsində doğma Azərbaycanımızda COVID-19 virusu geniş yayılmamışdır. Xalqımızın sosial rifahı və sağlamlığı üçün atdığınız qətiyyətli addımlar bizlərdə qürur hissi yaradır. Hər bir xalq istər ki, heç olmasa bir əsr ərzində bir dəfə böyük Lideri, savadlı rəhbəri olsun. Azərbaycan xalqı çox şanslı xalqdır ki, nəinki bir əsrdə, yenidən müstəqillik qazandığımız otuz il ərzində iki böyük dahi rəhbəri oldu. Sizə gələcək işlərinizdə uğurlar arzulayırıq. Xalq Sizinlədir, buna əmin olun.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB