Dubayda qalan azərbaycanlılar ölkəyə qayıdacaq

Dubayda qalan azərbaycanlılar ölkəyə qayıdacaq

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qalan vətəndaşlarımızın aprelin 28-də ölkəyə qayıdacağı göslənilir. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya bildirilib ki, koronavirus pandemiyası üzündən Dubaydan geri dönə bilməyən 75 azərbaycanlı kömək məqsədilə Dövlət Komitəsinə müraciət edib.

Martin 26-dan bu günə qədər Komitə onların otellərdə yerləşdirilməsini təmin edib və digər gündəlik iaşə xərclərini ödəyib.

Əldə olunan məlumata görə, həmin soydaşlarımız aprelin 28-də ölkəyə qayıda biləcəklər.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə