Ermənistanın “milli qəhrəmanları” kimlərdir?: Terrorçu, “general” “Dro”
Njde və digərləri ilə birlikdə faşistlərlə çox sıx əməkdaşlıq edən erməni lider Dro (Drastamat Kanayan) idi. Azərbaycan torpaqlarında qatı cinayətlər törədən bu adam cəzasız qalmış və onun Amerikada rahat həyat sürməsinə şərait yaradılmışdır. Drastamat Kanayan 1 May 1883-cü ildə İrəvan Guberniyasının Sürməli uyezdndə (indiki Iğdır vilayətinin Tuzluca mahalına bağlı Sürmeli kəndi) doğulmuş, İrəvanda oxumuşdu. Çar rəhbərliyinə qarşı inqilabçı hərəkata girmişdi. Erməni İnqilabçı Federasiyası - Daşnaksutyunun üzvü idi. I Dünya müharibəsində Rusiya İmperator Ordusu tərkibindəki Erməni Könüllü alaylarında komandirlik etdi. 1918 Aprelində qurulan Demokratik Erməni Respublikası tərəfindən "Qərbi Ermənistan Rəhbərliyi" Hərbi Komissarlığına rəis təyin edildi. Qars və Ərzurum cəbhələrində Osmanlı Ordusuna qarşı döyüşdü.
Eyni il Ermənistan Müdafiə Nazirliyinə gətirildi. Mart 1920-dəki Ermənistan-Azərbaycan müharibəsində və 28 oktyabr - 7 noyabr 1920 tarixlərində Erməni-Türk müharibəsində Erməni ordusuna rəhbərlik etdi. 8 noyabr 1920-ci ildə Kazım Qarabəkir əmrindəki TBMM ordusu tərəfindən məğlubiyyətə uğrayaraq Gümrü şəhərini türklərə təslim etdi. Daha sonra 30 noyabr 1920-ci ildə qəbul edilen Gümrü Andlaşmasını imzalayan Erməni heyətində yer aldı. 1 Dekabr 1920-ci ildə Ermənistanın bolşeviklər tərəfindən işğalından sonra İrana qaçdı. Daha sonra Almaniyaya yerləşdi. II.Dünya Müharibəsində Almaniya ordusu (Vermaxt) tərkibində ermənilərdən ibarət 812. batalyonun başına gətirildi. Krım və Şimali Qafqaz cəbhəsində yer aldı. Müharibədən sonra hərbi cinayətkar elan olunsa da onun ABŞ-a qaçmasına imkan yaradıldı. Almaniyadakı uzun mühacirət dövründə Nasizmin yüksəlişini maraqla izləyən bu erməni çeteci Nasyonal Sosialist Partiyasının iqtidara gəlişi ilə özünü Adolf Hitlerə yaxından tanıtmaq üçün xeyli əlləşmişdi. Hitler, xarici irqlərdən şəxslərə güvənmək kimi bir xasiyyəti olmamasına baxmayaraq onun qırğınlar sahəsində zəngin siyahısını görüncə bu erməni faşistinə tam səlahiyyət verib onu SS birliklərinə bağlı "812-ci Erməni Batalyonu" nu qurmasına imkan vermişdi. Əksəriyyəti ermənilərdən ibarət olan və sonrakı illərdə "Erməni Legionu" adını alacaq olan bu batalyonun ilk mərhələdəki vəzifəsi Almaniya içində yəhudi və qaraçı ovu olmuşdu, sonrakı mərhələlərdə isə Şərq cəbhəsində ruslara vuruşmaq olmuşdu ,daha sonrakı mərhələdə isə o Türklərə qarşı müharibədə yer alacaqdı. Bu Hitlerin tapşırığı da Kanayanın can-başla yerinə yetirdiyi hərbi vəzifə idi. Türkiyənin İğdır Universitetinin dosenti Sözer Akyıldırım “Yeşil İğdır” adlı yerli qəzetdə I Dünya müharibəsi illərində türklərə və azərbaycanlılara, daha sonra II Dünya müharibəsi dövründə yəhudilərə qarşı kütləvi qətliamlar törətmiş erməni faşistdən - “Dro” ləqəbli Drasamat Kanayandan yazır.
Akyıldırım məqaləsində “Dro”nun indiki dövrdə Türkiyə türkləri arasında tanınmadığını, amma Azərbaycanda nifrət edilən bir şəxs olduğunu qeyd edir. Bildirir ki, ömrünü türklərin kökünü qazımağa həsr etmiş qatil olan “Dro” 1914-1918-ci illərdə Erzurum Ərzincan, Van və Qars vilayətlərində 200 minə yaxın müsəlman əhalinin qətlinə görə birbaşa məsuliyyət daşıyır.
Müdafiəsiz türk və müsəlman kəndlərini bombalayıb işğal edən, bir nəfərin belə kəndi tərk etməsinə imkan verməyib qadınlı, uşaqlı hamını qıran cani, türklərin və azərbaycanlıların sistemli qətlini həyata keçirən, etnik təmizləmə aparan qatil 1884-cü il mayın 31-də o dövrlərdə Rusiya imperiyasının tərkibində yer alan İğdırda dünyaya gəlib. Atası tacir olub, uşaq yaşlarında İğdırda məktəbə yazılıb. Məktəbin ətrafında yerləşən hərbi birlikləri müşahidə etməkdən böyük xpşbəxtlik duyurdu. Belə ki, rus işğalı dövründə İğdırda Rusiya ordusunun piyada birlikləri, kazak dəstələri və sərhəd keşikçiləri yerləşirdi.
Sonradan oğlunun kitabla, dərslə maraqlanmadığını görən atası Martiros onu İğdırdakı məktəbdən çıxarıb İrəvan Gimnaziyasına qoydu. Drastamat orada da yaxşı oxumurdu, təhsil rus dilində idi və ruslaşdırma siyasəti aparılırdı. Bu da Drastamatın xoşuna gəlmirdi. Nəhayət o, general Andranikin Osmanlı imperiyasındakı nailiyyətlərindən ruhlanaraq “Daşnaksütun” hərəkatına üzv olub, daşnakların təşkil etdikləri aksiyalara qatılıb. 1905-ci ildə Bakıda meydana gələn erməni-müsəlman qarşıdurmaı zamanı şəhər meri, ermənilərin ölümünə görə günahkar saydığı Nakaşidzeni küçənin ortasında bomba ilə öldürüb. O vaxt Drastamatın cəmi 21 yaşı vardı.
Drastamat I Dünya müharibəsi illərində Rusiya imperiyası ordusuna bağlı erməni könüllü alaylarında qulluq edib. Könüllü alayın ikinci batalyonunun tərkibində ilk dəfə Bəyazit yaxınlığında döyüşə girib, 24 saat davam edən döyüşlərdə “Dro” ağır yaralanıb. Amma sağ qalıb. Onun batalyonu sonradan Osmanlı ordusuna qarşı 11 döyüşə qatılıb, bu döyüşlərdə “Dro” populyarlaşıb və tanınan hərbi lider olub. 1918-ci ildə Erməni Milli Məclisi “Dro”nun qarşısında Ağrını tutmaq vəzifəsi qoyub, həmin ilin aprelində qurulan Ermənistan Demokratik Respublikası onu “Qərbi Ermənistanın hərbi komissarı” təyin edib. Qars və Ərzurum cəbhələrində Osmanlı ordusuna qarşı döyüşüb, həmin il Ermənistan Müdafiə Naziriliyinə təyin edilib.
1918-ci ildə “Dro”nun qüvvələri İğdıra hücuma keçir, amma Mələkli-Taşburun arasında gedən döyüşlərdə İğdır Milli Cümhuriyyəti başqanı, İrəvan gimnaziyasında tələbə yoldaşı və dostu olmuş Əli Əkbər Tufanın komandanlıq etdiyi qüvvələrə məğlub olur. Əsir düşməkdən son anda canını qurtarır.
1920-ci ilin əvvəllərində “Dro” Azərbaycan torpaqlarından Şuşa yaxınlarına qədər irəliləyib. Həmin il Novruz bayramı günlərində Qarabağ erməniləri üsyan qaldırmışdı. Bu üsyanda minlərlə azərbaycanlı ermənilər tərəfindən qətlə yetirildi. 7 mindən çox ev yandırıldı, “Dro” və adamları Şuşada da qətliam törətdilər və minlərlə azərbaycanlını öldürüb mal-mülklərini qarət etdilər. Həmin ilin aprelində Azərbaycanı işğal edən Qırmızı Ordu “Dro”ya Qarabağdan çəkilmək barədə ultimatum verir.
1920-ci il noyabrın 14-də İğdır Atatürkün silahdaşı Kazım Karabekirin komandanlıq etdiyi qüvvələr tərəfindən ermənilərdən təmizlənərkən “Dro” Gümrü anlaşmasını imzalayan erməni heyətin tərkibində yer alırdı. Həmin ilin dekabrında Ermənistandan qaçan “Dro” İrana, oradan Almaniyaya yerləşir.
Almaniyadakı sürgün illərində “Dro” faşistlərin yüksəlişini yaxından izləyirdi və Hitlerin başçılıq etdiyi Milli Sosialist Əmək Partiyası hakimiyyətə gələndə onun da uluzu parladı. “Dro” Hitlerlə yaxından tanış oldu, Hitler başqa irqlərdən olanlara güvənməsə də erməni faşistin hansı kütləvi qətliamlar törətdiyini bilib ona tam səlahiyyət verdi, general rütbəsi iə təltif edib SS birliklərinin tərkibində 812-ci erməni polku yaratmasına nail oldu.
Sonradan “Erməni legionu” adlanan bu polkun vəzifəsi əvvəlcə Almaniyada yəhudiləri təmizləmək, müharibənin sonrakı mərhələsində isə türklərə qarşı döyüşmək idi. Türklərə və azərbaycanlılara qarşı qətliamlarla ad çıxarmış “Dro” tezliklə yəhudi qətliamları ilə də faşistləri heyran qoydu. SS içərisində “yəhudi ovçusu” kimi şöhrət qazandı. Hitler onu Krımda və Şimali Qafqazda idarəçi təyin etməyə hazırlaşırdı.
Amma faşist Almaniyası müharibədə məğlub olanda “Dro” üçün bir daha “qürbət yolları” görünür. Şübhəsiz ki, SSRİ onu amansız vətən xaini hesab edirdi, KQB-nin hazırladığı siyahıda ən öəmli hərbi canilər arasında yer alırdı. ABŞ, İsrail və SSRİ müharibə canilərinin ovuna başlamışdı. “Dro” yaxalanmamaq üçün Beyruta gedir, orada bir müddət gizlənir.
Bir müddət sonra liqanlı bu qatil erməni diasporunun yardımları sayəsində “mühacir” statusunda ABŞ-a yerləşir, özü ilə bütün ömrü boyu rahat yaşamağ bəs edəcək qədər sərvət də götürərək Massaçustes ştatının Boston şəhərində yaşamağa başlayır. Orada FTB “Dro”ya tək xəbərdarlıq etmişdi-“səsini kəs, az danış”. Və “Dro” bu xəbərdarlığa əməl edir, ABŞ-da yaşadığı dövrdə yəhudi agentləri birdəfə də olsun onu narahat etmir. 1956-cı ildə 72 yaşında ölür və Massaçustesdə basdırılır.
Nəhayət 1990-cı illərdə sonrakı nəsil erməni faşistləri Ermənistanda baş qaldıranda “Dro”nun qalıqlarının Ermənistana gətirilib dəfn olunması məsələsi qalxır. Erməni xalqının bu “milli qəhrəmanının” qalıqlarının Ermənistana gətirilməsi üçün diaspora yardım çağırışı edilir. Qısa müddət ərzində-iki günə diaspor bu işə 1 milyon dollar toplayır və Yerevana göndərir. 2000-ci prezident Robert Köçəryan “Dro”nun sümüklərinin Ermənistana gətirilib Aparan şəhərində, piramida şəkilli abidə-məzarda dəfn edilməsini təşkil edib.Müəllif daha sonra ABŞ-ın Osmanlı Türkiyəsindəki səfirliyinin müşaviri Robert Dannın I Dünya müharibəsində gördüklərindən bəhs edən və 1952-ci ildə Nyu-Yorkda çapdan çıxmış kitabında “Dro”nun törətdiyi qətliamlar barədə səhnəni sitat gətirir: “...Sonra “Dro”nun birlikləri gəldi. Sırada əvvəlcə düz qara saçlı, iri gözlü müsəlman qız uşağı vardı. Ən çoxu 12 yaşında olardı. Onu az əvvəl qarət etdikləri çuvallardan yerə tökülmüş taxıl dənələrinin üstünə üzü üstə yatırtdılar. Ermənilərdən biri ətrafa çox qan sıçramasın deyə tüfəngini dərhal onun iki köksünün arasına uzatdı və bu məsafədən tətiyi çəkdi. Atəş etdiyi nöqtədə qurbanın əldə toxunma paltarı dərhal qana boyandı...Ardınca sıra 10 yaşında, bəlkə də daha kiçik müsəlman oğlan uşağına gəldi. Üstündə xam dəridən jaket və şalvar var idi. Ermənilər onu yola üzü üstə uzatdılar, bu vaxt uşağın əlindəki qalaylı qab düşüb diyirləndi. Onu da vurdular. Güllə uşağın alnının bir az aşağısından girib onurğasını parçaladı. Bu arada ətrafdakı müsəlman kəndlərində qırğın bütün gücüylə davam edirdi. Ancaq mən bu mənzərəyə daha baxa bilmədim. Sonradan “Dro”nun yanındakı erməni polkovnik kənddən tək bir canlının belə qaça bilmədiyini, hamısını bir-bir öldürdüklərini danışdı...”.
Vahid Ömərov
Fəlsəfə üzrə fəlsəfə doktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB