Dünən iqtidarçı, bu gün müxalifətçi, sabah heç kim…

Dünən iqtidarçı, bu gün müxalifətçi, sabah heç kim…

Yaxud Gültəkin Havcıbəyli - siyasi savadsızlıq və səbatsızlıq

Bir müdrük kəlamda deyilir ki, “Hansı yana gedəcəyini bilmirsənsə, hansı yolla getməyinin heç bir əhəmiyyəti yoxdur”. Siyasətin çirkin iş olduğu haqqında da belə deyirlər ki, “əslində siyasət çirkin deyil, onunla çirkin insanlar məşğul olanda çirkin olur”.Bəli, bu gün dağıdıcı müxalifət düşərgəsində koronavirusla bağlı «evdə qal»a alışa bilməyən radikal düşərgə təmsilçiləri yaman alışıb yanırlar. Belə ki, AXCP sədri Əli Kərimlinin “danışan dili” olan “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin baş verən bu hadisələrdən, görünür yaman cuşə gəlib. Belə ki, sosial şəbəkələrdəki həqiqətdən uzaq, şər-böhtan dolu çıxışlarını dinlədikcə həmin fikirlərin həqiqət olduğuna bir daha əmin oluruq.

Kor tutduğunu buraxmayan Hacıbəyli…

Kor tutduğunu buraxmayan kimi satqınçılığın min sifətli Gültəkin Hacıbəyli burnunu soxmadığı yer qalmadı, indi də epidemiyanın tuğyan etdiyi məqamda başlayıb sosial şəbəkələrdə çağırışlar etməyə ki, "Azərbaycan ağır durumdadır". Bax, budur kor olmaq. Yadımdadır, "Azadlıq" qəzeti son günün yaşadığı anlarda G.Hacıbəyli qəzetin bütöv səhifəsini özününküləşdirərək çeynənmiş cızma-qarasını gördüm. Bunları tutuquşu kimi əzbərləyib artıq neçə illərdən bəri təkrar edirsən. Düz o vaxtdan ki, deputatlıq pilləsi əlindən çıxdı. Birbaşa deyilsə də, deputatlıqdan sonra müəyyən bir dövr keçdi və sənin siyasi əqidən (əgər o səndə ümumən var idisə) tamamilə dəyişdi. Gəl sənin əvvəlki çıxışlarına, danışıqlarına baxaq, bu gün söylədiklərinə baxaq. Bu iqtidar cəbhəsindən müxalifət cəbhəsinə keçməyinin səbəbləri…tarixi çox müəmmalıdı. Axı deputatlığının son illərində sən çox hətərən-pətərən danışırdın. Artıq bu küçə sənə, necə deyirlər, dar gəlirdi. Sən əmin idin ki, səni hələ daha böyük vəzifələr, daha yüksək zirvələr gözləyir və bu gün-sabah bunlar hamısı gerçəkləşəcək. Bəlkə də olmalıydı, amma olmadı. İlk növbədə sənin qeyri-peşəkar fəaliyyətin nəticəsində. Və bu ümidlərin puç olduqda başladın “mənəm-mənəm” deməyə, bu da bir nəticə vermədi. Bəlli oldu ki, hay-küylə istəyə nail olmaq olmaz. O zaman üz tutudun müxalifətə.

Bax, yuxarıda qeyd etdiyim kimi, burnu girmədiyi yer də qalmayıb, bax fakt-faktlığında qalır. Ancaq kim və nəyə nail oldun?. Bu yerdə aşıqların yanında olan züy tutan yadıma düşdü. Ancaq züy tutanlar məndən inciməsin, gözəl sənətdir, musiqiyə rəng verir. Ancaq Əli Kərimli kimi satqın şeytan, iblisin yanında ancaq kimə isə «əmrləri» yerinə yetirən ola bilərsən, o baxımdan da G.Hacıbəyli uzaq başı kimə isə ancaq züy tuta bilərdin. Çünki Milli Məclisin iclaslarında dəfələrlə aydın görürdük ki, dərin biliyə və qabiliyyətə malik deyilsən. Və məhz bu gün koronavirusla bağlı dövlətin apardığı uğurlu addımları görə bilməyərək "Azərbaycan ağır durumdadır" deyə sosial şəbəkələrdən "konslagerdən" xilas olmağın çıxış yolu evdə qalmamaq» çağırışını etməklə, bir daha əsil sifətini göstərirsən. Və xalqı "haqq" yoluna çağırışlar edirsən. Sən bu günə kimi haqla nahaqqı ayırd edə bilməmisən... Doğurdan da, adam özündə olmayandan danışmaq … Sən daxilən o qədər miskinləşmisən ki, bizim dünya boyda olan Azərbaycanı kor gözlərinlə zülmət içində, qaranlığa qərq olmuş görürsən. Sual edərdim, 10 il ərzində nəyə nail olmadın, ay nankor? Bir də bu təəccüb də doğurmur. Çünki bu vətəni heç vaxt sevməmisən. Çünki şeytanla belə «iş birliyi» qurduğun üçün həmişə də ermənilərə işləmisən. Bir də, Əli Kərimli kimi erməni çörəyi yeyən şeytan, iblisin yanındasan və bu gün belə bir ağır anda xalqı mitinqə çağırırsan. Hansı üzlə xalqın adını çəkirsən? Əsil xalq düşməni sizin kimi satqınlardır. Görünür, xəstə beynində xalqın adından iqtidara böhtan atmaq sənə görə daha tutarlı səslənir? Doğru deyiblər: kor gözləri görməyən deyil, görmək istəməyəndi.

"Gücsüzlər neyləyir eləsin, axır yenə güclülərdir qalib gələn"

Görünür, bu savadsız, satqın Gültəkin Hacıbəyli Şillerin bu ibrətamiz sözlərindən xəbərsizdir. Xəbərin olsun ay şeytanla "iş birliyi" quran rəzil qadın. Şiller deyirdi ki, "gücsüzlər neyləyir eləsin, axır yenə güclülərdir qalib gələn". Və bu gün sənin kimi rəzillər bilməlidir ki, Azərbaycanın qalib iqtidarı ilə məğlub müxalifətinin əmin-amanlıq içərisində yaşamağı da elə bu iqtidarın təntənəsidir. Və bir məqamı da unutma ki, nə edirsənsə, bu virusun dünyanı bürüdüyü bir məqamda sosial şəbəkələrlə nə qədər çağırışlar edirsən et, xalqı sizin kimiləri çoxdan arxivin zibilliyinə atıb. Və böyük Sabir demişkən: "Çalxalandıqca, bulandıqca zaman nehrə kimi, Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur!..".

Bir də bu həqiqəti də unutma ki, sən illər keçsə də, sən heç kim olaraq qalacaqsan... Çünki sən o Gültəkinsən ki, dünən iqtidarçı, bu gün müxalifətçi, sabah heç kim olacaqsan!. Bax, buna görə adamın yazığı gəlir sənə. Ona görə ki, insanın - Ə.Kərimlinin, İ.Qəmbərin, A.Hacılının, İ.Məmmədovun və …bu kimi satqınların timsalında rəzil günə düşməsi, elə də təsirli deyil. Ancaq qadının bu kökə düşməsi dəhşətdir.

Yazıqlar və LƏNƏTLƏR OLSUN SİZLƏRƏ!!!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə