Koronovirusla Mübarizəyə Dəstək Fonduna ianələr davam edir

Koronovirusla Mübarizəyə Dəstək Fonduna ianələr davam edir

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi koronavirus (Covid-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən işlərə yardım edib. SİA-nın verdiyi məlumata görə, belə ki, ölkə iqtisadiyyatına, əhalinin sağlamlığı və rifahına dəstək olmaq məqsədi ilə ölkə başçısı cənab İlham Əliyevin sahibkarlıq subyektlərinin sosial məsuliyyət və sosial həmrəylik nümayiş etdirmələri barədə tövsiyələrini rəhbər tutaraq, Koronovirusla Mübarizəyə Dəstək Fonduna Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 20.000 manat, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti 300.000 manat vəsait köçürüb. Eyni zamanda 277 aztəminatlı işçilərə ərzaq sovqatı paylanılıb. İşçilərin sosial müdafiəsini təmin etmək üçün 8600 əməkdaşın əmək haqları ödənilməklə məzuniyyətə buraxılıb.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunan koronavirus infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində ofis, istehsal sahələrində mütəmadi olaraq dezinfeksiya işləri aparılır və mühüm profilaktik tədbirlər həyata keçirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə