Bir neçə ölkə pandemiya ilə əlaqəli məhdudiyyətləri yumşaltdı SİYAHI
Bu gündən bir sıra ölkələrdə yeni koronavirusla bağlı tətbiq olunan məhdudiyyətlər nisbətən zəiflədilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Çexiyada bu gündən bəzi məhdiyyətlər aradan qaldırılıb. Belə ki, ötən cümə günündən etibarən hökumət on nəfərdən çox olmayan qruplarda həmvətənlərinin tətil üçün xaricə getməyə, eləcə də insanların evdən kənarda sərbəst hərəkət etməsinə icazə verib.
Yumşaldılma tədbirlərinə əsasən, Çexiyada bu gündən satış sahəsi 2,5 min kvadrat metrə qədər olan mağaza və xidmət müəssisələri, idman mərkəzləri, kitabxanalar və zooparklar (qapalı yerlər istisna olmaqla) açıla bilər və kilsələrdə xidmətlər bərpa oluna bilər.
Xorvatiya hökuməti də 27 aprel tarixindən etibarən ölkə iqtisadiyyatının və ictimai həyatın tədricən bərpası üçün plan təqdim edib. Ölkənin Nazirlər Kabinetinin üç mərhələli planına əsasən ilk olaraq mağazalar açılacaq. May-iyun aylarında isə şəhərlərarası və beynəlxalq nəqliyyat tədricən fəaliyyətə başlayacaq, təhsil və səhiyyə müəssisələrinin, idman və mədəniyyət mərkəzlərinin fəaliyyəti də bərpa edilir.
İsveçrədə də koronavirusla əlaqəli qadağaların qaldırılması üç mərhələdə həyata keçiriləcək. Belə ki bu gündən etibarən ümumi tibbi otaqları, stomotoloji xidmətlər, gözəllik, masaj salonları, avtoyuma məntəqələri və məişət əşyaları mağazaları açılır.
Yunanıstanda koronavirusa görə tətbiq olunan məhdudiyyətlər mərhələli şəkildə yumşaldılması 63 gün davam edəcək və pandemiyanın inkişafından asılı olaraq yeni tədbirlər nəzərdən keçiriləcək. Belə ki, ölkənin baş naziri Kyriakos Mitsotakisin ölkə əhalisinə müraciətində yeni tədbirlərin detalların açıqlanacağını söyləmişdi. Belə ki, aprelin 27-dən etibarən Yunanıstanda bəzi dövlət xidmətləri, ipoteka ofisləri, birinci instansiya məhkəmələrinin fəaliyyəti bərpa edilib.
Gürcüstan hökuməti də bu gündən müəyyən məhdudiyyətləri aradan qaldırmağa başlayıb. Belə ki, artıq bu ölkədə avtomobillərin, taksilərin hərəkətinə tamamilə icazə verilib, onlayn ticarətə (həm topdan, həm də pərakəndə), istənilən məhsulun çatdırılması xidmətləri və açıq kənd təsərrüfatı bazarlarının açılmasına dair məhdudiyyətlər aradan götürülüb.
İspaniya ciddi karantin rejimi tətbiq edən ölkələrdəndir. Burada sakinlər yalnız müstəsna hallarda - yemək, dərman almaq, xəstəxanaya getmək, öz öhdəsindən gələ bilməyən insanlara kömək etmək, işə getmək, evin yaxınlığında it gəzdirdikdə evdən çıxmaq hüququna malikdirlər.
Baş nazir Pedro Sançez bu gündən etibarən yalnız 14 yaşına çatmamış uşaqların gəzintiy\ə çıxması üçün icazə verildiyini açıqlayıb.
Məlumat üçün nəzərinizə çatdıraq ki, yeni növ koronavirus pandemiyası demək olar ki dünyanın bütün ölkələrini əhatə edib. Ümüdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada virusa yoluxanların sayı 2.8 milyona çatıb, 195 minə yaxın insan dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB