Biz Sizə inanırıq, cənab Prezident! - MƏKTUB

Biz Sizə inanırıq, cənab Prezident! - MƏKTUB

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması istiqamətində atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Füzuli rayonundan məcburi köçkün Ülkər Fərzəliyeva Bakıdan yazır:

Hörmətli Prezidentimiz cənab İlham Əliyev.

Mən, ilk növbədə, Sizə salamlarımı çatdırıram. COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə gördüyünüz işlərə və qabaqlayıcı tədbirlərinizə görə Sizə təşəkkürümü bildirirəm.

Koronavirus böyük bəladır, ancaq əminik ki, Azərbaycan xalqı bu virusdan az zərərlə qurtulacaq. Çünki bizim Sizin kimi Prezidentimiz var. Sizi bu xalqa bəxş edən ata və ananıza Allah rəhmət eləsin.

Həkimlərimizin və polis əməkdaşlarının koronavirus tədbirlərinə qarşı mübarizədə gördükləri işləri yüksək qiymətləndirdiyinizə görə də Sizə təşəkkürümü bildirirəm. Onlar insanların koronavirus xəstəliyinə tutulmamaları üçün bütün güclərini səfərbər ediblər. Bunların hamısı Sizin hər bir sahədə çalışan insanlara göstərdiyiniz qayğının, gördüyünüz qabaqlayıcı tədbirlərin nəticəsidir.

Atalar sözü var: "EI gücü, sel gücüdür". Biz hamımız birləşərək COVID-19 pandemiyasına qalib gəlməkdəyik. Allah Sizə və ailənizə cansağlığı versin. Azərbaycan xalqının başı üzərindən əskik olmayasınız. Günəş işığı kimi tükənməyəsiniz. Çox sağ olun.

Biləsuvar rayonundan İsmayıl Əlili yazır:

Möhtərəm cənab Prezident.

Mən Biləsuvar rayon 4 saylı orta məktəbin 8-ci sinif şagirdiyəm. Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Respublikamızda koronavirus pandemiyasına qarşı gördüyünüz tədbirlər müsbət nəticələrini göstərməkdədir. Məktəblilər evdə qalsalar da, dərsdən qalmırlar. Təhsilimizi onlayn formada davam etdiririk. Bu, bizim üçün bir təcrübə oldu. Ancaq sözün düzü, məktəbin yerini tam verə bilməz. Məktəb üçün çox darıxmışam. Məktəbə qayıdacağım günü səbirsizliklə gözləyir və bunun həvəsi ilə yaşayıram. Əminəm ki, Siz tezliklə bu həsrətimizi sona çatdıracaqsınız. Koronavirus təhlükəsi birdəfəlik aradan qalxacaq və biz şagirdlər əvvəlki günlərə qayıdacağıq.

Orta məktəb şagirdi olaraq, bir daha Sizə dərin minnətdarlığımı bildirirəm. Söz verirəm ki, məktəbə qayıtdıqdan sonra dərslərimə məsuliyyətimi daha da artıracağam. Sizi çox istəyirəm, mənim əziz Prezidentim!

Bərdə Rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov:

Hörmətli cənab Prezident.

Koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması üçün Sizin rəhbərliyinizlə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən operativ və qabaqlayıcı tədbirlər nəticəsində bu xəstəliyin ölkəmizdə geniş yayılmasının qarşısının alınmasında uğurlu nəticələrə nail olunmuşdur ki, bu da dünyanın ən inkişaf etmiş ölkələri üçün nümunədir. Bu xəstəliyin yayılması ilə əlaqədar bütün ölkələrin, o cümlədən dövlətimizin də maliyyə itkilərinə məruz qalmasına baxmayaraq, hər zaman olduğu kimi, bu ağır günlərdə də Sizin Azərbaycan vətəndaşına, Azərbaycan sahibkarlarına göstərdiyiniz diqqət və qayğı bir daha təsdiqlədi ki, ümummilli liderimiz Heydər Əliyev dühasının layiqli davamçısı olaraq əsas məramınız yalnız Azərbaycan dövlətinin və onun vətəndaşının mənafeyidir.

Bütün bunlara görə Bərdə Rayon Ağsaqqallar Şurasının üzvləri, həmçinin bütün bərdəlilər adından Sizə təşəkkürümüzü bildirir və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Möhtərəm Prezidentimiz, Sizə inamımız böyük və sonsuzdur.

Balakən rayonundan Günel Xəlilova yazır:

Möhtərəm cənab Prezident.

COVID-19 pandemiyasına qarşı aparılan bu ümumxalq mübarizəsində xalqımızın sağlamlığını ən vacib amil hesab etməyiniz biz səhiyyə işçilərini sevindirir. Bu çətin və böhranlı günlərdə Azərbaycan xalqının həmrəyliyi bizi çox qürurlandırır. Dövlətimizin həyata keçirdiyi tədbirlər sayəsində insanlarımızın sağlamlığının qorunması üçün hər cür lazımi şərait yaradılır. Balakən RMX-sı artıq 1 aydır ki, zona üzrə pandemiya xəstəxanası kimi fəaliyyət göstərir. Hazirırda COVID-19 infeksiyasına yoluxmuş xəstələrin müayinə və müalicəsi, həmçinin bizim xəstəxanamızda da davam etdirirlir. Sevindirici haldır ki, sağalaraq evə yazılan xəstələrimiz də az deyil. Burada istər tibb personalı, istərsə də xəstələr üçün hər cür şərait yaradılıb və lazımi avadanlıqlarla təchiz olunub.

Cənab Prezident, Sizin bu çətin və ağır vəziyyətdə Azərbaycanın səhiyyə işçilərinə göstərdiyiniz dəstək və qayğı sayəsində biz tibb işçiləri əzmlə, yorulmadan çalışırq və bu çətin sınaqdan uğurla çıxacağımıza inanırıq. Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizənin çox yüksək səviyyədə təşkil edilməsinə görə kollektivimiz və bütün balakənlilər adindan Sizə dərin təşəkkürümüzü bildiririk. Biz birlikdə güclüyük

Yardımlıdan Balaxan Mayılov yazır:

Möhtərəm Prezident.

Mənim 94 yaşım var. Ömrümün ahıl çağlarını yaşayıram. Ağlım kəsəndən zəhmət çəkmişəm, çoxlu rəhbərlər görmüşəm. Tam səmimiyyətlə deyirəm ki, mərhum atanız və Siz xalqın qəlbində əbədi yer tutmuş insanlarsınız.

Bu çətin dövrdə, xəstəliyin tüğyan etdiyi bir vaxtda gördüyünüz işlər, həyata keçirdiyiniz tədbirlər bir daha sübut edir ki, Siz təkcə müdrik və uzaqgörən bir rəhbər, lider deyil, həm də qəlbi hər bir vətəndaşın ürəyi ilə döyünən həssas bir insansınız.

Siz bu günlərdə xalqımızın rifahı üçün atdığınız addımlarla özünü müxalifət adlandıranların ümidlərini puç etdiniz. Allah Siz və xalqımızı qorusun.

Şəmsəddin Şükürovğ Masallıdan yazır:

Əziz Prezident.

Sizin sayənizdə Azərbaycan koronavirusun az yayıldığı və əhaliyə sosial dəstəyin yüksək səviyyədə olduğu ölkələrdən biridir. Pandemiya ilə mübarizədə bütün güclü dövlətlərdən əvvəl gördüyünüz qabaqcıl tədbirlər tez bir zamanda faydasını verdi. Bütün bunlar biz vətəndaşların sağlamlığı üçün planlaşdırılıb. Axı, həyatda insandan, insan həyatından qiymətli heç nə yoxdur. Siz uşaqdan böyüyə kimi hamını düşünürsünüz. Tələbələri, iş adamlarını Vətənə qaytardınız, hər bir şəxsə fərdi yanaşma tətbiq edildi. Sizin humanist və qayğıkeş insanlıq meyarlarınız dünyadakı bütün azərbaycanlıların qürur mənbəyidir. Uğurlarınıza, qələbənizə sevinirik və Ümummilli Liderin təbirincə desək, indi hamımız bir nəfər kimi fəxr edirik ki, biz azərbaycanlıyıq. Bu gün Sizin sayənizdə üçrəngli bayrağımız ən uca zirvələrdə dalğalanır.

Hörmətli cənab Prezident, Sizin bütün dialoq və çıxışlarınız, xüsusilə Münxen Təhlükəsizlik Konfransındakı tarixi, intellektual, heyrətamiz çıxışınız məni də bir insan kimi valeh etdi. Bütün bunlara görə Sizə minnətdarlığımı ifadə edirəm. Mən öz vətəndaşlıq duyğularımı Sizə bildirirərək demək istəyirəm ki, Siz Azərbaycanın Milli Qəhrəmanı adına layiqsiniz. Bu millətin Prezidenti yalnız Siz ola bilərsiniz və öz işlərinizlə, çoxşaxəli fəaliyyətinizlə bunu sübut edirsiniz. Biz Sizə inanırıq, cənab Prezident!

Məsuliyyətli və şərəfli fəaliyyətinizdə Sizə uğurlar arzulayıram. Həmişə Allahıın nəzərində olasınız.

Sumqayıt şəhərindən Haqverdi İsgəndərov yazır:

Hörmətli cənab Prezident.

Sizin hər bir işiniz xalq tərəfindən bəyənilir və dəstəklənir. Eyni zamanda, dünya liderləri arasındakı siyasi nüfuzunuz getdikcə artmaqdadır.

Sizin xalqımıza göstərdiyiniz diqqət və qayğınızın, uğurlu daxili və xarici siyasəətinizin nəticəsidir ki, biz məcburi köçkünlər tezliklə doğma Laçınımıza qayıtmaq eşqi ilə yaşayırıq.

Hazırda dünyada yayılmış COVID-19 pandemiyasının ölkəmizdə qarşısının alınması üçün təcili və təxirəsalınmaz işlər görürsünüz. Hətta imkansız və işsiz insanlara maddi yardımları artırır, onların sosial vəziyyətini diqqət mərkəzində saxlayırsınız. Buna görə Laçın rayonundan məcburi köçkünlər adından və ailəmizin adından müstəqil Azərbaycanımızın daha da inkişafı istiqamətində hər bir işinizdə Sizə nailiyyətlər arzu edirəm.

Qusar rayonundan Səbinə Hüseynovanın məktubundan:

Möhtərəm cənab Prezident.

Bu gün Azərbaycan xalqı çətin bir sınaq qarşısındadır. Xalqımız bütün dünyanı cənginə almış pandemiya ilə mübarizə aparır. Sizin özünütəcrid çağırışlarınıza əməl edərək, xəstəliyin yayılmasının qarşısının alınması üçün hər birimiz daha intizamlı olmağa, qoyulan qaydalara əməl etməyə çalışırıq. Çünki bu xəstəliyin dünya ölkələrində səbəb olduğu itkiləri görürük. Pandemiyanın yayılmağa başladığı ilk günlərdən bu məsələyə göstərdiyiniz xüsusi diqqət, çevik münasibət, səhiyyə sisteminin, həmçinin bütün dövlət qurumlarının səfərbər olunması və digər qabaqlayıcı tədbirlər xalqımız ağır itkilərlə üzləşməkdən xilas etdi. Pandemiyaya qarşı mübarizə, eləcə də adət etdiyi həyat tərzini dəyişərək təcrid şəraitində yaşayan xalqımıza sosial xidmətlərin, maddi dəstəyin göstərilməsi ilə bağlı sərəncamların imzalandığını, sosial paketlərin icra edildiyini görürük. Qusar rayonunda yaşayan aztəminatlı ailələrə, imkansız və işsiz vətəndaşlara, yaşlı nəslin nümayəndələrinə müxtəlif yardımlar göstərilir. Bu, bizi çox sevindirir. Sizin daim insanlarımızın yanında olmağınız, çətin gündə öz diqqət və qayğınızı əsirgəməməyiniz xalqını sevən hər bir vətəndaşa, eləcə də biz gənclərə gözəl bir nümunədir. Biz qusarlı gənclər də Sizdən nümunə götürməyə, pandemiyaya qarşı mübarizəyə öz töhfəmizi verməyə çalışırıq.

İnanırıq ki, Sizin ətrafınızda sıx birlik nümayiş etdirməklə biz bu sınaqdan da uğurla çıxacağıq.

Cənab Prezident, xalqımızın bu çətin günlərində nümayiş etdirdiyiniz əzmkarlığa, qətiyyətə və qayğıkeşliyə görə Sizə minnətdarlığımızı bildiririk.

Bütün xəbərlər Facebook səhifəmizdə