Ermənistanda koronavirusa yoluxma halı artmaqda davam edir. Bu rəqəm 1677-yə çatıb. SİA xəbər verir ki, məlumatı Ermənistanın Xəstəliklərə nəzarət və profilaktika mərkəzi yayıb.
Belə ki, aprelin 24-də infeksiyaya yoluxma halı 1596 nəfər olub. Lakin son sutka ərzində yoluxanların sayı 81 nəfər artıb.
Ölüm sayı 28 (son gündə +1), sağalanların sayı isə 803-dür. Ölkədə 17342 test aparılıb.
Müəllif: Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB