“Xoşməramlı addımlar zamanın iqtidarın xeyrinə işlədiyini göstərir” Araz Əlizadə
“İqtidar düzgün və milli maraqlara xidmət edən siyasət aparır. Parlamentdə yer qazanan müxalifət partiyalarından Milli Məclisin rəhbərliyində təmsil olunan oldu. Bununla da ehtirasları küçələrdən parlamentə keçirdi”. Bunu SİA-ya açıqlamasında ASDP sədri Araz Əlizadə deyib.
Onun sözlərinə görə, Ali Məhkəmənin keçirilən plenum iclasında “REAL"ın sədri İlqar Məmmədovun və “REAL” Partiyasının İdarə Heyətinin üzvü, İnsan Hüquqları Klubunun sədri Rəsul Cəfərov barəsində cinayət işi üzrə şikayətlərinə baxılarkən, hər iş üzrə cinayət işinə bəraətverici əsaslarla xitam verilib və onlara təzminat ödənilməsi qərarı verilib: “Bu Azərbaycanda ədalətli, humanist məhkəmənin mövcudluğu deməkdir. Siyasi baxışlarına görə, kiminsə, təqib olunmasından söhbət gedə bilməz. Müxalifətin bu istiqamətdə hay-küy qaldırması isə boşboğazlıqdan başqa bir şey deyil. Həm də, özlərinin ağır durumlarını daha da gərginləşdirilər. Çünki, cəmiyyət onların hay-küy qaldırmaqla məqsədlərinin nədən ibarət olduğunu çox yaxşı bilir”.
A.Əlizadə dövlətin Azadlıq Partiyasının sədri Əhməd Oruca və ailəsinə göstərdiyi maddi və mənəvi dəstəyin xeyirxahlığın nümunəsi olduğunu bildirdi: “Bu kimi xoşməramlı addımlar zamanın iqtidarın xeyrinə işlədiyini göstərir. Müxalifət isə bunun fonunda tarixin zibilliyində eşələnməkdədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB