"Siz Azərbaycanı yaşadır, inkişaf etdirirsiniz" - MƏKTUB

"Siz Azərbaycanı yaşadır, inkişaf etdirirsiniz" - MƏKTUB

Azərbaycan Prezidenti İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. SİA Prezidentin saytına istinadla minnətdarlıq məktublarının daha bir neçəsini təqdim edir.

Bakıda yaşayan 4 qat dünya, 4 qat Avropa çempionu Zaur Cəfərov məktubunda yazır:

Möhtərəm cənab Prezident. Sizə nə qədər təşəkkür etsək, nə qədər öz dərin minnətdarlığımızı bildirsək azdir. Siz hər zaman Azərbaycan xalqının yanında olmusunuz və daim ölkə vətəndaşlarının sosial rifahının yüksəlməsinə xidmət edən siyasət irəli sürmüsünüz. Vətəndaşların sağlamlığı Sizin üçün hər şeydən önəmlidir. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Koronovirusla Mübarizəyə Dəstək Fonduna ayrılan maddi vəsait, Sumqayit Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışı, Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlər, telekanallarda izlədiyimiz çıxışlarınız, açılışlarında şəxsən iştirak etdiyiniz səhiyyə ocaqları, bu və digər tədbirlərin həyata keçirilməsi bir daha sübut edir ki, Siz Azərbaycanı yaşadır, inkişaf etdirirsiniz.

Siz hər bir azərbaycanlının Prezidentisiniz. Mən bir vətəndaş və Azərbaycanın idman şərəfini daim ləyaqətlə təmsil edən idmançı olaraq Sizə öz dərin minnətdarlığımı bildirirəm.

Cənab Prezident, Sizinlə fəxr edirik. Allah Sizi və ailənizi qorusun.

Mingəçevirdə yaşayan Kəlbəcər rayonundan məcburi köçkün Emil Xanlarov yazır:

Hörmətli cənab Prezident. Mingəçevir şəhərində məskunlaşmış kəlbəcərli məcburi köçkünlər olaraq Sizin diqqət və qayğınız sayəsində bizlərə verilən təmirli və müasir avadanlıqla təchiz olunmuş mənzillərdə yaşayırıq. Sizə ailəmiz adından təşəkkür etməyi və minnətdarlığımızı bildirməyi özümə borc hesab edirəm.

Məlum olduğu kimi, dünyanı cənginə almış koronavirus (COVID-19) pandemiyası bizdən də yan keçməyib. Bu çətin dönəmə baxmayaraq, Sizin müdrik, operativ və düşünülmüş qərarlarınız həmişə olduğu kimi, yenə də neçə-neçə ailənin rahat və təhlükəsiz şəraitdə öz evində qalmasına, onların sosial təminatlarının ödənilməsinə şərait yaradıb.

Sizin liderliyiniz məhz xalqa illər boyu yorulmadan göstərdiyiniz xidmətləriniz sayəsində formalaşıb. Sizin siyasətinizin prioritetini bir tərəfdən vətəndaş amili, digər tərəfdən dünya hüdudlarından kənarda Azərbaycan adını ucaltmaq təşkil edir. Bu missiyanı isə Ulu Öndərimizdən sonra yalnız Sizin kimi rəhbər icra edə bilərdi. Bu baxımdan Siz Ümummilli Liderimizin dəst-xəttini çox layiqli şəkildə davam etdirirsiniz.

İnşallah, biz - kəlbəcərlilər, Mingəçevirin mədəniyyət işçiləri, şəhərdəki Heydər Əliyev Mərkəzinin əməkdaşları ömrümüzün sonuna kimi yanınızda olmağı özümüzə şərəf və borc bilirik. Allah Sizi qorusun.

Bütün xəbərlər Facebook səhifəmizdə