Ölkədə 1013 nəfər virusdan sağalıb

Ölkədə 1013 nəfər virusdan sağalıb

Hazırkı dövrədək ölkəmizdə 1592 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1013 nəfər müalicə olunaraq sağalmış, 21 nəfər vəfat etmiş, 558 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. SİA Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi məlumata əsasən xəbər verir ki, həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 114.410 test aparılmışdır.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə