Sərdar Cəlaloğlu: “Əli Kərimli koronavirus şəraitində başına gələnlərdən siyasi reytinq düzəltmək istəyir”
Görünür, artıq "müxalifət" deyilən düşərgədə son aylar bəşəriyyətin sınağa çəkildiyi belə bir məqamda yenə də Azərbaycan dövlətininq qətiyyətli və operativ fəaliyyət göstədiyi müsbət nəticələrə sosial şəbəkələrdən böhtandolu çıxışları müxalifət liderlərinin də əsəblərini gərildib. Xüsusilə, AXCP sədri Əli Kərimlinin "evdə qalla blokadaya” alındığını deməsi və düşərgə liderlərindən ona dəstək vermədiklərinə görə müxalifət partiyalarının hədəfə alınması ilə bağlı fikirlərinə biganə qalmayan ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, Əli Kərimli özü belə vəziyyətlərdə həmişə müxalifətin əməkdaşlıq təkliflərindən imtina edib: "Faktiki olaraq Əli Kərimli özünə qarşı olan təzyiqlərə siyasi karyerasını inkişaf etdirmək və yaxud müəyyənləşdirmək vasitəsi kimi baxıb. Əli Kərimlinin tutduğu xətt bundan ibarətdir ki, bütün müxalifətdən ayrılsın, özünü hakimiyyətin hədəfinə gətirsin. Bu, bir çox hallarda düşünülmüş şəkildə edilir. Məsələn, bir mitinq keçirir, orda bir neçə nəfər həbs olunursa, il boyu həmin o tutulanların azadlığı məsələsini gündəmdə saxlamaqla özü üçün bir siyasət qurur. Halbu ki, o mitinqin nə özünə, nə partiyasına, nə xalqa heç bir xeyri olmur. İndi də Əli Kərimli koronavirus şəraitində başına gələnlərdən siyasi reytinq düzəltmək istəyir”.
"Əli Kərimli satqınlığına görə ona kimsi həmrəy ola bilməz"
ADP sədri, eyni zamanda, Əli Kərimlinin heç bir partiyanı müxalifət kimi qəbul etmədiyini, mövcud fəaliyyətini bu istiqamətdə qurduğunu deyib: “Axı sən həmişə satqınçılıq etmisən, həmçinin, Azərbaycanda heç bir partiyanı müxalifət kimi qəbul eləməmisən. Heç bir partiya ilə əməkdaşlıq eləmirsən. Yaxud, sən bu günə qədər hər hansı bir siyasi liderin, partiyanın başına gələn hadisə ilə bağlı hansı həmrəylik nümayiş etdirmisən ki, bu gün də başqa partiyalardan belə bir dəstək tələb edirsən. Qaldı ki, Əli Kərimlinin internetinin kəsilməsi, ondan qabaq isə tərəfdarlarının həbs olunması ilə bağlı, bir söz deyərdim etdiyin əmiəllərin bədəlidir. Bir də, bu qədər yalan olmaz. Hansı yolla sənə lazım olanlarla əlaqə yarada bilirsən?. Bəsdir, o qatar getdi… Əgər sən özün başqalarının səni müdafiə etməsi ilə maraqlanmırsansa, deməli sənin bu giley-güzarın da əsassızdır, reytinq üçündür. Bizim partiya onun katibəsi deyil ki, hər hərəkətinə qiymət versin, yaxud, bütün işlərimizi kənara atıb onun reklamı ilə məşğul olaq”.
S.Cəlaloğlu hesab edir ki, Əli Kərimli nə etdiyini yaxşı bilir və bu gün tərəfdarlarının başqa partiyaları tənqid etməsi də onun siyasətinin bir tərkib hissəsidir: “Fikir yaratmaq istəyir ki, bu radikal müxalifətdir, ondan başqa digər partiyalar hökumətin tərəfdarlarıdırlar, ondan başqa heç kəs müxalifət deyil. Halbu bu ki, sən gözünü yumubsan. Sənə başqa nə dəstək verə bilərəm. Gəlib sənə internet çəkəsi deyiləm ki. Əli Kərimli özünün başına gələnlərdən bir siyasi mazəmə düzəltməklə məşğuldur".
S.Cəlaloğlu istər AXCP-nin, istərsə də Müsavatın 30 ildir ki mitinq deyə özlərini xalqa partiya kimi dəstəkləməyə çalışsalar da, xalqın inamına nail olmadıqlarını deyib: "Xalq 30 ildir inanıblar ki, bu gündədirlər də…İndiyə kimi hərəkatın qabağında kim gedib, Müsavatla AXC! 27 ildir nə edə biliblər, heç nə!. İndii də, "Milli Şura"nın 2+3 mitinqi. Onların elədiyi heç bir hərəkəti, hansı ad altında olursa olsun, Azərbaycan maraqlarına uyğun hərəkət kimi dəyərləndirmirəm, izləmirəm. Bunu anlamaq o qədər elementardır ki... Mən inanmıram ki, AXCP üzvləri hansısa müstəqil düşüncə qabiliyyətinə malikdir. Hamısı zombiləşib".
"Osmanqızı Tv Əli Kərimlinin tribunasıdır"
Xüsusilə, epidemiya zamanıda Sevinc Osmanqızının "Osmanqızı TV"-də Ə.Kərimlinin çıxışları ilə bağlı münasibət bildirərəkən "Osmanqızı TV Əli Kərimlinin tribunasıdır", - deyib: "O Əlini söydürməyə çağırıb, tərifləməyə yox. Guya Əli Kərimli aydan arı, sudan duru mələkdir, yerdə qalanlar hamısı kələkdir?! Ay kommunistin qızı, sənin atan Ayaz Mütəllibovu müdafiə edib 20 yanvar hadisəsinin törədildiyi vaxt biz azadlıq uğrunda vuruşurduq. İndi biz olmuşuq qeyri-demokrat, sən olmusan demokrat?! Keçmiş kommunistin qızı ilə Əli Kərimlinin ittifaqı və Əli Kərimli haqqında deyilənlər sizcə təsadüfdür? Kiminsə Amerikada oturması o demək deyil ki, o, Amerika tərəfdən dəstəklənir. Rusiyanın maraqlarını müdafiə edən adamların çoxu amerikada, İngiltərədədir, Avropadadır. Sevinc Osmanqızı Azərbaycan jurnalistlərinin içərisində bacarığına qabiliyyətinə görə bəlkə də yüzüncüdür. Mən ona Karl Manxeyn deyirəm, deyir Makkeyn. Deyirəm Manxeyn, döndərib bir də deyir Makkeyn. Bu adam Karl Manxeyn kimi məhşur sosioloqun adını eşitməyib. Gəlib mənə sosiaologiyadan dərs deyir ki, sən niyə bunu eləmirsən. İndi gəlib mənə dərs deyir ki, niyə sosial şəbəkədə yoxsuz? Orda olsam məni söyəcəklər ha. Deyirəm sənə nə, mən səndən soruşuram ki, niyə ordasan? Sevinc Osmanqızı ağzına gələni danışa bilər, amma kütlə ona baxanda inanmalıdır. Bilirsiz burda bizim problemimiz nədədir? Bu adamlar özləri siyasi cəhətdən çox-çox zəifdirlər və kimlərəsə "ağıl" vermək istəyirlər. Ancaq xalq hər şeyi çox yaxşı bilir və görür. Belə çıxışlar isə, görünür hələ çox çəkəcək".
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB