Mücadilə davam edir

2019-cu ilin dekabrında Çinin Hubey vilayətinin Uhan şəhərindən başlayan və heç kəsin ağlına belə gəlmədiyi sürətlə bütün dünyanı bürüyən, zülmətin, qaranlığın rəmzlərindən biri olan, yarısı siçan, yarısı quşa bənzər bədheybət yarasa mənşəəli, mutasiya edən, indi “COVİD-19” adlanan koronovirus kabusu bütün planeti sürətlə dolaşmaqdadır. Bu gün bu Taclı ölüm mələyinin aldığı canların sayı yüz minlərlədir. Dünyanın bütün nöqtələrində hər gün minlərlə can almaqda davam edir bu Mələk.

Bəlkə də səmavi kitablarda alın yazısı deyilən anlam doğrudur. Əgər doğrudursa, deməli yüz minlərlə insanın alnina eyni yazı yazılıbmış.

Tarixin müxtəlif dövrlərində, dünyanın müxtəlif guşələrində, məkanlarında, müxtəlif epidemiyalar-taun, xolera, yatalaq, vəba, quş qripi, donuz qripi, SARS. MERS kimi epidemiyalar olmuşdu və bu epidemiyalar zamanı bəşəriiyət çoxsaylı qurbanlar vermişdir. Lakin Tanrı bu bəlalarin heç birinə həm miqyasına, həm coğrafiyasına, həm təhlükəsinə görə heç zaman COVİD19 adlanan ölüm mələyinə verdiyi qədər hökm verməmişdi. Yer üzünə bəşər tarixində belə bir misli görünməmiş bəla gəlməmişdi.

Bu virusun yaranması ilə əlaqədar cox müxtəlif versiyalar var. Kimi deyir ki təkamül nəticəsində təbiət yaradıb bu virusu. Kimi də deyir ki, bu fövqəl bəlanı insan yaradıb. Və buna təkzibolunmaz faktlar da gətirilir. COVİD19 pandemiyasına qədər bu virus haqında son onillikdə çoxsaylı yazılar, məqalələr, elmi araşdırmalar yazılıb, filmlər çəkilib. Ancaq bu yazı və filmlərin heç birində bu bəlanın miqyası və coğrafiyası, həm də fəsadları bu qədər miqyaslı təsvir edilməmişdir.

Ötən ilin dekabrında virus haqqında ilk məlumatlar yayılanda, ABŞ bu virusun Çin tərəfindən hzırlandığını elan etdi. ABŞ prezidenti Çinin adı ilə adlandırdı bu virusu. Hətta ABŞ bu vrusu hazırlayaraq Çinə satan virusoloq barədə cinayət işi qaldıraraq onu həbs də etmişdi. Çin tərəfi isə bu fəlakətdə Amerikanı günahlandırmaqda davam edir. Bəlkə fövqəldövlətlər arasında növbəti bir dünya müharibəsinin başlanğıcıdır bu savaş?

….Sən demə yaşadığımız Yer kürəsi -bizim qalaktikanın Günəş sisteminin Yer adlanan planeti bizim təsəvvür etiyimizdən çox kiçik imiş, bu dünya yumruq boydaymış. Bir zamanlar ucu-bucağı, az qala sonsuzluq qədər təsəvvür edilən, səyyahların dəmir çarıq geyib sonuna çatmadığı, bu böyük dünya, sən demə çox balaca imiş, Yer kürəsinin səthini tamamilə örtmək üçün gözə görünməz taclı virusa cəmi 1-2 ay lazım imiş.

Bu yeni virusun qarşısında heç bir maneə tab gətirə bilmir. Bu Taclı mələyin öhdəsindən təbiət qüvvələri- yağış, leysan, qar-boran, şaxta-sazaq, od-atəş, ildırım-şimşək aciz qalıb. Dünyanın fövqəl dövlətləri hərə öz ölkəsində müxtəlif qadağalar tətbiq edib. Sərhədlər bağlanıb, uçuşlar dayandırılıb, qatarların, gəmilərin, avtobusların hərəkəti dayandırılıb. Dünyanın ən məşhur turizm mərkəzləri, öz gözəlliyi ilə bəşəriyyəti heyran qoyan şəhərlər, küçələr, muzeylər boş qalıb. İnsanlar bir vahimə içindədir. Bəlkə də bəşər tarixində ilk dəfədir ki, insan təbiət qarşısında geri çəkilir, öz acizliyini, gücsüzlüyünü etiraf edir. Dünyanın ən füsünkar guşələri, təbiətin yaratdığı və insan əlinin hələlik toxuna bilmədiyi əsrarəngiz mənzərələr insansız qalıb. Bəşəriyyətin min illər bundan öncə yaratdığı tarixi abidələrinin yerləşdiyi turizm mərkəzləri, şəhərlər, çaylar, göllər, dənizlər, dağlar, meşələr insan ayağına, elə insan da bu yerlərə həsrət qalıb. Yox həsrət qalmayıb həsrət qoyub bu taclı virus. Hər şey insansız miskin, gərəksiz, mənasız görünür.

Bu “mələk” nə var tanıyır, nə dövlət, nə böyük tanıyır, nə kiçik, nə vəzifə tanıyır, nə də mənsəb. Bu mələyin qarşısında hamı bərabərdir. Heç kəs sığorta olunmayıb bu bəladan.

Bu gün təbii virusdan daha çox siyasi virus kimi, danışılan “COVİD-19” mənşəyinin və onun yaradılmasında məqsədin nədən ibarət olduğu az-çox zaman keçəcək və aydın olacaq. Lakin fakt-fakt olaraq qalamaqdadır. Bütün bəşəriyyət bu virusla dünya müharibəsi vəziyyətindədir.

Böyük Yaradanın yaratdıqlarının ən alisi hesab edilən insan da bu bəlanın qarşısında aciz qalıb.

Hələlik sürətlə bütün dünyanı cənginə alan bu kabusun qarşısının alınmasının yegane yolu TƏCRİDDİR. Nə qədər çətin olsa da insanların biri-birindən, doğmalarının, dostlarının, əzizlərin bir-birindən təcridi. Bu gün dünyanın 215 ölkəsini bürümüş bu dəhşətli, təhlükəli virusdan qorunmağın bir şüarı var. "EVDƏ QAL". Dinindən, dilindən, irqindən, cinsindən, vətəndaşlığından aslı olmayaraq dünyada nə qədər dil varsa, o dillərin hamısında səslənir bu şüar:"Evdə qal". Dünyanın ən məşhur söz adamları şairlər, yazıçılar, bəstəkarlar, müğənnilər, rəssamlar, heykəltəraşlar öz əsərlərində ifadə edir bu şüarı "Evdə qal". "Evdə qal"a musiqilər, mahnılar yazılır, layihlər hazırlanır. Hər kəs öz bacardığı qədər, öz isedadı imkan verdiyi qədər bu şüara dəstək verir. Təki o, musiqilər, mahnılar, o, əsərlər insanlara təsir etsin, insanlar o şüarı eşitsin. Və həm də təkcə eşitməsin həm də əməl etsin. Bəlkə onda bəşəriyyəti xilas edək. İndiyədək bəşər tarixində elə bir şüar olmayıb ki, dünyanın 5 mindən çox dilndə danışan, dünyanın 7,7 mlrd əhalisi bu şüarı bilməsin.

Bəli hələlik yegane nicat yolu budur. Hər kəs öz yuvasına, ən təhlükəsiz, ən rahat, ən təmiz yuvasına-evinə çəkilməlidir. Hələlik evdə qalmalıyıq. Bir dostum “evdə qal”la bağlı fikirlərini bölüşəndə yazmışdı:” Gəlin bircə anlıq fiziki hərəkət etmək iqtidarında olmayan, ömrü boyu evdə qalmağa məhkum olunmuş insanları xəyalımıza gətirək”. Heyrətamiz misal deyilmi?

Təhlükəli düşmən bizdən cəmi iki metr aralıda dayanıb, nəfəs məsafəsi qədər aralı. Biz hər kəsdən iki metr aralı dayanmalıyıq, bunu hamıya təlqin etməliyik.

Koronavirus, COVİD 19 adlanan bu taclı mələk təkcə canlar almıır, dünya iqtisadiyyatını da çökdürməkdədir. Bütün dünyada iqtisadiyyatın əsas göstəticisi olan neftin qiyməti, neft bazarının bütün tarixində belə aşağı düşməyib və bu gün nefti alana hətta üstündə dollar da verirlər ki, öz bazarlarını itirməsinlər.

Dünyada hökmranlıq uğrunda amansız bir savaş gedir, bu taclı mələk kimin tərəfində olacaq. Bunu hələlik heç kəs bilmir. Bəlkə bu mübarizə dünyada nəhayət uzun illər davam edən birqütblülüyün hökmranlığına son qoyacaq. Bəlkə İngiltərə ilə yarpaq tökümü başlayan Avropa Birliyinin də sonunu yaxınalaşdıracaq. Əgər belə deyilsə həmişə dünyaya meydan oxuyan, öz sarsılmaz birliyi ilə bütün dünyaya nümunə olmağı nümayiş etdirən Avropa birliyinin dövlətləri bir biri ilə niyə bircə anda sərhədlərini bağladı Bu idimi onların sarsılmaz ittifaqı?

Bu müharibə Azərbaycanımızdan da yan keçməyib. Çağrılmamış, gözlənilməz, arzuolunmaz və gözəgörünməz qonaq bizim də qapımızı döydü. Prezident İlham Əliyevin tapşırığı əsasında virusun təhlükəsini azaltmaq və maksimum dərəcədə qarşısını almaq məqsədilə verdiyi tapşırıqların icrası nəticəsində Azərbaycanda mövcud vəziyət digər dünya və qonşu ölkələrlə müqayisədə şükürlər olsun ki, çox yaxşıdır.

Bütün dünyada olduğu kimi, bizim ölkəmiz də gözəgörünməz düşmənlə müharibə vəziyyətindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Baş nazirin sədrliyi ilə yaradılmış Operativ Qərargah Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə uyğun olaraq ləngimədən bütün zəruri tədbirlər görür. Respublikamızda “COVİD-19” – la mübarizə üçün hər cür şərait, tibbi personal, zəruri avadanlıqlar, digər ləvazimat və mümkün dərman vastələri mövcuddur və kifayət qədərdir. Lakin bunula belə məkirli düşmənlə mübarizə aparmaq üçün hər bir ölkə vətəndaşı bu mübarizəyə qoşulmalıdır. Mübarizənin də başlıca şərti ondan ibarətdir ki, heç kəs panikaya uymamalı, hər kəs özünü qorumalı maksimum dərəcədə ünsiyyətdən kənar durmalı, hər kəslə iki metr məsafə saxlamalıdır, şəxsi gigiyena və fərdi qoruyucu vasitələrdən istifadə etməli, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyə və tapşırıqlarına ciddi əməl etməlidir. Belə olduqda minimum itkilərlə düşmənə qalib gəlmiş olacağıq.

Koronavirus pandemiyası dövründə yaddaşımıza həkk olunası bir məqamı xüsusil qeyd etmək istəyirəm. Pandemiya elan olan vaxtda dünyanın ən inkişaf etmiş, ən təhlükəsiz, ən gözəl dövlətləri hesab edilən ABŞ, Fransa, Almaniya, İngiltərə, İtaliya, İspaniya, Danimarka, Niderland, Belçika, Çexiya və s. ölkələrdə bu və ya digər səbəbdən yaşayan, işləyən, bu ölkələrdə təhsil alan soydaşlarımızın böyük əksəriyyəti öz həyatlarını həmin ölkənin hökumətlərinə, xidmətlərinə etibar etməyib vətənimizə döndülər. Ölkə Prezidenti Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq minlərlə vətəndaşının olkəyə gətirilməsi təmin edildi. Bütün bunlar səbəbsiz deyildi:

1. Ölkə xaricində yaşayan soydaşlarımızın Azərbaycandakı doğmaları elə ilk günlərdəcə həmin ölkədən vəziyyətləri Azərbaycanla müqayisə edərək, əmin oldular ki, bizim Prezidentimizin və hökumətimizin gördüyü tədbirlər daha etibarlıdır. Burda pandemiyanın qarşısının alınması üçün görülən tədbirlər zaman etibarı ilə vaxtında görülmüş eyni zamanda və mükəmməl təşkil edilib.

2. Pandemiyanın tüğyan etdiyi zamanda bütün məsələlərlə bağlı Azərbaycanda yaşamaq daha təhlükəsiz, daha etibarlı, daha rahatdır, bütün həyat əhəmiyyətli mallara, xidmətlərə əlçatanlıq təmin edilmişdir.

3. Vətəndaşların Pandemiya dövründə zəruri məsələlərlə əlaqədar hərəkəti üçün mükəmməl icazə sistemi təşkil edilib, əhalinin təhlükəsiz və rahat hərəkəti üçün hər cür şərait yaradılıb.

4. Əhalinin sosial müdafiəsi, aztəminatlı ailələrin, işsizlərin, karantinlə əlaqədar fəlaiyyəti qadağan edilən sahibkalara dəymiş ziyanın üdənilməsi və digər ziyan cəkən fiziki və hüquqi şəxsəlrin pandemiya dövründə problemlərinin həlli üçün dövlət tərəfindən geniş spektirli kompleks tədbirlər görülür.

5. Ölkədə müxtəlif xeyriyyəçi təşkilatların, insanların, sahibkarların müxtəlif xeyriyyə aksiyaları getdikcə daha kütləvi xarakter alır. İnsanlar vəziyyəti ağır olan qohumlarına, qonşularına, ehtiyacı olanlara yardımları getdikcə genişlənir.

”Biz birlikdə güclüyük”.

6. "ASAN", "Regionların inkişafı” İctimai Birliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Yeni Azərbaycan Partiyasının könüllülərinin yaşı 65-dən yuxarı olan tənha-ahıl vətəndaşlara göstərdiyi yardım və xidmətlər vüsət alır.

Və bir də qədim bir bayatıda deyildiyi kimi "Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı". Vətən çəkib gətirib bu insanları.

Bu günlər hər bir Azərbaycan vətəndaşının yanında, başının üstündə olan, onu hər bəladan hifz edən, hər problemini həll edən dövləti var.

”İnsanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür deyən” İlham Əliyev kimi ağıllı, müdrik, güclü, iradəli, qətiyyətli, müstəqil siyasət yürüdən dövlət başçısı var.

Bəşər tarixi sübut etmişdir ki, bütün zamanlarda insanın idrakı, zəkası və iradəsi bütün savaşlardan onu qalib çıxarıb. Bu dəfə də belə olacaq. Bir az da keçəcək, insanlıq bu müharibədən də qalib çıxacar. Lakn indi hər kəs bir az dözüm, bir az təmkin, bir az səbr, bir az iradə,bir az da nizam-intizam nümayiş etdirməlidir.

Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanımın dediyi kimi: “Bizim hər birimiz dövlət tərəfindən görülən tədbirlərin vacibliyini birmənalı olaraq dərk etməli və maksimum dərəcədə vətəndaş məsuliyyəti nümayiş etdirməliyik. Məhz bu cür, bir-birimizi qayğı ilə dəstəkləyərək, dözüm və anlayış göstərərək biz taleyin bizi üzləşdirdiyi bu qorxunc sınaqdan üzüağ çıxıb koronavirus üzərində qələbədən sonrakı həyat üçün bir-birimizi qoruya bilərik. Bu qələbə mütləq baş tutacaq! Mən bu qələbəyə inanıram”!

Ramiz Göyüşov

YAP Binəqədi rayon təşkilatının sədri,

Bütün xəbərlər Facebook səhifəmizdə