Bələdiyyələrin vəzifələrinin artırılması nəzərdə tutulur. SİA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin su təsərrüfatı haqqında” qanuna təklif edilən dəyişiklikdə (birinci oxunuş) əksini tapıb.
Bələdiyyənin vəzifələri sırasına tullantı sularını təmizləyərək, təkrar dövriyyəyə yönəltmək, bu, mümkün olmadıqda zərərsizləşdirərək istehsal sahələrindən, şəhər və qəsəbələrdən kənara axıdılmasını təşkil etmək vəzifəsi qoyulur.
Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul edilib
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB